Yaşıl iqtisadiyyat və gələcəyin iqtisadi modeli - AÇIQLAMA

Yaşıl iqtisadiyyat və gələcəyin iqtisadi modeli - AÇIQLAMAYaşıl iqtisadiyyat nədir? Yaşıl iqtisadiyyat təbiətlə dost, ağıllı iqtisadiyyatdır. Planetə zərər vermədən işləmək, istehsal etmək -yaşıl iqtisadiyyat budur. Yaşıl iqtisadiyyatda az tullantı ilə çox fayda əldə edirik, ekologiya daha təmiz qalır. Yenidən istifadə və təkrar emal əsasdır. Bəs yaşıl iqtisadiyyat gələcəkdə ənənəvi iqtisadi modeli əvəz edə bilərrmi və bu keçidin ölkələrin iqtisadi inkişafına hansı təsirləri ola bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov yaşıl iqtisadiyyatın mahiyyətindən danışıb:

"Sözün düzü mən düşünmürəm ki, yaşıl iqtisadiyyat ənənəvi iqtisadi modeli tamamilə əvəz edə biləcəkdir. Ona görə də hazırki proseslərdə düşünürəm ki, ən doğru yanaşma bu olardı ki, ənənəvi iqtisadi model özü tədricən bir qədər transformasiya edəcəkdir və paralel olaraq da yaşıl iqtisadiyyat ayrıca qol kimi deyil, ənənəvi iqtisadi modelin transformasiyasında bir faktor olaraq yüksələcəkdir. Yəni bu proses düşünürəm ki, əslində başlayıb ona görə ki, həm ayrı-ayrı ölkələrin iqtisadi siyasətində, eyni zamanda beynəlxalq enerji agentliyinin hesablamasında onların verdiyi tövsiyələrdə bu tip yanaşmalar artıq görünür"

Ekspert statistik göstəriciləri açıqlayıb:

"Belə ki ,2025-ci ilə də dünyada enerji sektorunda yatırılan 3,3 trilyon dollarlıq investisiyanın təxminən 2,2 trilyon dolları məhz təmiz enerji texnologiyalarına yönəlib. Oradan cəmi 1,1 trilyonu neft-qaz və kömürə yönəlib. Bu təxminən 66 faizin 33 faizə nisbəti deməkdir. Kifayət qədər böyük bir istiqamətdir. Yəni qlobal investisiyada da, ayr-ayrı ölkələrdə də(bir neçə ölkə istisna olmaqla) yaşıl enerji istiqaməti çox böyük xüsusi çəkiyə malikdir"

İqtisadçı son olaraq vurğulayıb ki, yaşıl iqtisadiyyat yalnız günəş və külək enerjisindən ibarət iqtisadi sistem deyil. Onun sözlərinə görə, ətraf mühitə zərər vurmadan,təbiətə zərər vermədən həyata keçirilən istənilən iqtisadi davranış həm də özündə yaşıl iqtisadiyyatın elementlərini ehtiva edir:

"Yəni məsələn elektrik nəqliyyatıdır, enerji səmərəliliyidir, tullantıların təkrar emalıdır, yaşıl tikintidir. Ümumiyyətlə yeni sənaye texnologiyalarının tətbiqidir, enerjinin saxlanması üçün sistemlərdir, yaşıl maliyyə alətləridir və sair kimi istiqamətlərdə olan fəaliyyət yaşıl iqtisadiyyatın düşünürəm ki, kateqoriyaları kimi qəbul edilməlidir"

Lalə Məmmədova


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 268   Tarix: 26 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. AZƏRTAC xəbər verir ki, Türkmənistan Prezidentinə işğal dövründ

23 iyun
.

Ukraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO

Ukraynada məzun qızlarla ataları arasında yaşanan duyğusal anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. xəbər verir ki, məzuniyyət günündə çəkilən görüntülər müharibənin ailələr üzərində buraxdığı izləri bir daha nümayiş etdirib. Bəzi məzunlar həyatlarının ən önəmli günlərindən birində Rusiya-Ukrayn

16 iyun
.

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. Oxu.Az "Reuters" agentliyinə ist

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 896-ya yüksəlib. Son hesabata əsasən, ölkədə sutka ərzində infeksiyaya 21 yeni yoluxma hal

19 iyun
.

Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr

Ebola virusuna yoluxmuş Afrika sakinlərinin 30 gün ərzində Avropa və Asiyanın əsas tranzit hava limanlarında olması ehtimalı yüksəkdir. -ın xəbərinə görə, bu barədə yapon alimlərinin - Ryo Kinosita, Motoi Sudzuki və Daysuke Yoneokinin "medRxiv" portalında dərc olunmuş riyazi modelləşdirməsind

16 iyun
.

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili

18 iyun
.

MEDİA və Audiovizual Şuranın tərkibində yeni qurumun yaradılması niyə aktualdır?

"Hazırda biz müasir informasiya cəmiyyətinə qədəm qoymuşuq və son dövrün texnoloji yenilikləri, rəqəmsəl texnologiyaların informasiya sistemlərinə tətbiq olunması, süni intellektin xüsusi bir vasitə kimi informasiya sisteminə daxil olması bu sahədə islahatları zəruri edir". xəbər verir ki

16 iyun
.

Bakıda 19 yaşlı qız eyvandan yıxıldı

Bakıda 19 yaşlı qız binadan yıxılıb. -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Z.Hüseynova yaşadığı binanın 3-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Z.Hüseynovanın vəziyyəti ağırdır

22 iyun
.

Bakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında

Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla

18 iyun
.

Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Moldova səfiri Lilian Dariy bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib. "Rusiya XİN-ə çağırılan Moldov

26 iyun