Lotu Bəxtiyar hansı "vor zakona" "kriminal aləmin imamı" deyirdi?

Lotu Bəxtiyar hansı "vor zakona" "kriminal aləmin imamı" deyirdi?Moskva metrosunun "Novoslobodskaya" stansiyasının yaxınlığında görüş təyin edir. Təmtəraqsız, sıradan bir kafedir. İçəridə stolların üstündəki çaydanlardan bəllidir ki, azərbaycanlıların kafesidir. Amma içəridə əyləşmirik. Əvvəlcədən danışıbmış, ayrıca otağa keçirik. İçəri girən kimi də siqaretini stolun üstünə atıb, gödəkçəsini çıxarır. Söhbətə isə tamam başqa mövzudan başlayır.

- Dostumdur, bayaq məni düşürən. Restoran işlədir, burada yaxında. Milyonu var, amma yenə də köhnə "Volvo"da gəzir. Bilirsənmi niyə?

- Gözə girməmək üçün?

- Xeyr, xeyr, əzizim, həmin "Volvo"da bir vaxtlar Cövhər Dudayev gəzib. Bu da həmin avtomobili Peterburqda kimdənsə alıb. O avtomobilin Peterburqa necə gedib çıxması isə mənə maraqlı deyil, düzü. Amma maşın Dudayevin olub, bu, dəqiqdir. Sonradan bu avtomobili Avropadakı çeçenlər ondan almaq istəmişdilər, dəyərindən qat-qat artıq pul təklif etmişdilər, amma razı olmamışdı. Nə isə… Çay, ya kofe? Bu nə sualdı mən verirəm, bakılı niyə kofe içsin ki?!

Çay sifariş verir. Özü də əncir mürəbbəsiylə.

- Bilirsiniz, yazdıqlarınız kimi deyil hər şey. Uzağı, 10-15 faizi doğrudur. O gün oxuyuram "Piçuqa"dan (hazırda həbsdə olan qanuni oğru Yuri Piçuqin) yazıblar. Az qala Rusiya kriminalitetinin atası kimi təqdim edirlər. Yoxdu əziz qonaq, bitdi. Ded Xasandan sonra bitdi hər şey…

***

Bakılıdır həmsöhbətimiz. Bir vaxtlar Ukraynada özündən söz etdirmiş birisi. İndi vaxtının çoxunu Rusiya paytaxtında keçirir. Kiyevə isə darıxanda gedir, özü demişkən. Bakıya? Yox, illərdir bura gəlmir.

(əvvəli burada http://news.lent.az/news/270477)

- Əgər bilmək istəyirsinizsə, azərbaycanlıların Rusiya və eləcə də Ukraynaya kütləvi axını 1991-92-ci illərdən sonra başladı. Düzdür, buna qədər də azərbaycanlılar tutaq ki, Moskvaya və ya Rusiyanın iri şəhərlərinə mer-meyvə, tərəvəz, gül aparırdılar. Amma bütün bunlar qısa müddətli xarakter daşıyırdı. Yəni apardı, satdı, qayıtdı gəldi. Kütləvi sürətdə məskunlaşma isə məhz dediyim vaxtdan başladı. Bir yandan SSRİ dağılmışdı, ölkədə iş yox idi, digər və ən əsas səbəb isə o idi ki, daha sovet vaxtında olduğu kimi bazarlarda əbədi oturanlara alverçi, müftəxor gözüylə baxmırdılar. Məhz bu səbəblərdən azərbaycanlılar bazarlarda məskunlaşmağa başladılar. Moskvadakı bazarlar isə hamıya yetirdi. Təxminən 200 bazar vardı paytaxtda.

İndi başqa bir məqamdan danışaq. 90-ların əvvəllərində Moskva bazarları şəhər təsərrüfatının hansısa qurumuna daxil idi. Yəni meriyanın mülkiyyətində idi. Amma bütün bunlar formal xarakter daşıyırdı. Çünki bazarlar tədricən iri mafioz qrupların, kriminal briqadaların əlinə keçməyə başlamışdı. Həmin qruplar isə dövlət büdcəsinə sadəcə qəpik-quruş ödəyirdilər. İri pullar təbii ki, ciblərə gedirdi. Bundan başqa, bazarların əksəriyyəti ilk vaxtlar məhz rus qanuni oğruların nəzarətində olub. Məsələn, Orexevo briqadası Moskvanın cənubunda bütün ticarət nöqtələrinə haqq qomuşdu. Bu briqadanın tutaq ki, Peçatniki rayonundakı "smotrayuşisi" isə azərbaycanlıydı. Yeri gəlmişkən, məndə olan məlumata görə, bu azərbaycanlı "smotrayuşi" sonradan həmin rayonun deputatı da seçildi. Amma Moskvanın ən böyük cinayətkar qruplaşması olan Orexevo qruplaşmasının lideri "Silvester" - Sergey Timofeyevi - azərbaycanlıların hamısı tanımırdı axı. Onlar elə bilirdilər ki, bu bazarın, ya yarmarkanın yiyəsi də məhz onların haqq ödədiyi azərbaycanlıdır. Yəni belə təəssürat yaranırdı hamıda. Yeri gəlmişkən, Orexevo qruplaşması barədə bir məqamı da deyim. Həmin vaxtlar onların əlində böyük bir ərazi cəmləşmişdi. "Silevster" az qala Moskvanın 30 faizinə nəzarət edirdi. O, ABŞ-da "Yaponçik"lə də görüşmüşdü. "Yaponçik"dən razılıq alandan sonra bütün Moskvaya nəzarəti ələ keçirmək istəyirdi. Daha doğrusu, "Yaponçik" ona bu səlahiyyəti vermişdi. Amma ABŞ-dan gələndən sonra öldürüldü. Onun ölümündə Berezovskidən tutmuş, məşhur Kvantaraşvili qardaşlarına qədər hamını günahkar bilirdilər. Amma qətlin kim tərəfindən törədildiyi məlum olmadı. "Silvester"dən əvvəl isə onun 3 ən yaxın əlaltısı azərbaycanlılara məxsus "Kiparis" restoranında gülələnmişdi. Qatillər aradan çıxmışdı. "Silvester" restoran sahibinin onun adamlarını pusquya salmasından şübhələnmişdi və az qala azərbaycanlılara qarşı kütləvi qisasa başlayacaqdı. Amma Lotu Bəxtiyarın müdaxiləsindən sonra fikrindən daşındı. Daha doğrusu, Bəxtiyar ona başa saldı ki, bu məsələdə azərbaycanlıların heç bir günahı yoxdu. Sadəcə "Kiparis" azərbaycanlıya məxsusdur və baş verənlər hamısı təsadüfdür.

- "Silvester" də qanuni oğru idi?

- Maraqlıdır ki, yox. O, sadəcə bandit idi. Deyilənə görə, ona qanuni oğru adı almağı təklif ediblər. Amma istəməyib. Hə, o qəddar bir bandit və həm də biznesmen idi. Amma onu da başa düşürdü ki, nüfuzlu qanuni oğrularla toqquşmaq ona xeyir verməz. Məhz bu səbəbdən "Yaponçik"in böyüklüyünü qəbul edirdi. Məhz bu səbəbdən Bəxtiyarın sözünü yerə salmamışdı.

- Anlaşıldı. Bazarlardan danışırdıq axı…

- Hə, bayaq dediyim kimi, kimsə iddia edirsə ki, bazarların tam sahibi azərbaycanlılar olub, boş şeylərdir. Düzdür, əksəriyyətinə məhz azərbaycanlılar nəzarət ediblər deyə, çoxları fikirləşib ki, məsələn, filan bazarın sahibi azərbaycanlıdır. Düzdür, istisnalar da olub. Məsələn, "Fantomas Nəsrəddin" və ya əslən səhv etmirəmsə, Lənkərandan olan "Şah", eləcə də Ata adlı ucarlının şəxsən ələ keçirdiyi bazar və ticarət nöqtələri olub. İndi bilmirəm durur, ya yox, məsələn, Moskvanın şimalında "Tuşino" bazarı vardı, onun sahibi Misirxan idi. Əlibaba vardı, o, "Çeryomuşka" bazarını nəzarətdə saxlayırdı. Amma qanuni oğru culfalı Bayramın hesabına. Yeri gəlmişkən, culfalı Bayram Sabirabadlı Hikmətlə bir yerdə qətlə yetirildi. Onlarla bir yerdə ağdamlı Mürvət də olmuşdu, ağır yaralanmışdı. Onun sonrakı taleyindən xəbərim yoxdu.

Bazarlardan danışmışkən, bir məsələyə də diqqət edək. Moskvadakı bazarların əksəriyyəti regional prinsiplər üzrə bölüşdürülmüşdü. Moskvanın regionları üzrə yox ha, Azərbaycanın regionları üzrə. Məsələn, Moskvanın ərazicə ən böyük bazarı adını çəkdiyimiz Sarıyev qardaşlarının nəzarətindəydi. Həmin qardaşlar öz qanları hesabına bazarı qoruyub saxlamışdılar. 9 qardaşdan, səhv etmirəmsə, üçü qətlə yetirilib.

Moskvanın şimalındakı Xlebnikov bazası Samir adlı azərbaycanlının nəzarətindəydi.

Keçmiş "Pokrovski" bazası isə bütünlüklə şəmkirlilərin alver yeri idi. Məlum Orxan Zeynalov hadisəsindən sonra bu bazar bağlandı.
İndi ümumiyyətlə əksər bazarlar bağlanır. Moskva meri Yuri Sobyanin bir neçə il də vəzifəsində qalsa, Moskvada ənənəvi bazarlar ləğv ediləcək. İndi "Food-City" Moskvanın əsas topdansatış meyvə-tərəvəz bazası kimi fəaliyyət göstərir. Belə də Moskva sakini supermarketlərdən istədiyi göyərti və ya tərəvəzi rahat ala bilir.

Hə, deməli, SSRİ vaxtında olduğu kimi, indi də Moskvanın gül bazarının azı 70 faizi azərbaycanlıların əlindədir. Moskvanın "Kiyevskaya" metrostansiyasından çıxan kimi sanki kiçik Bakıya düşəcəksiniz. Özü də təmiz Bakı ləhcəsiylə danışır hamı. Əksər gül topdansatışı bir qədər əvvələdək burada idi. Gül monopoliyası isə bakılıların əlində. Amma Zarah İliyev və Qod Nisanov bu ərazilərdə iki böyük ticarət mərkəzi tikdirdilər. Bakılıların ticarət nöqtələrinin əksəriyyəti də dağıdıldı. Bununla bərabər, Kiyev vağzalı ətrafında yenə də ticarət nöqtələri qura biliblər. Moskvada hamı bilir ki, ən ucuz gül burada satılır. Odur ki, müştəri sarıdan əziyyət çəkmirlər. Həm də halal xoşları, səhər saat beşdən, axşam saat ona kimi ayaq üstə durmaq sizə asan gəlməsin.

- Bizim qanuni oğrular doğrudanmı bazar məsələlərindən uzaq idilər, ya necə?

- Dediyim kimi, klassik qanuni oğruları deyirsinizsə, məsələn, Bəxtiyar, ya Hikmət, ya da tutaq ki, Yasamallı Yunus, bunlara başımla cavabdehəm. İndi Yunus sağdı təkcə, bildiyimə görə, Bakıda həbsdəydi, bəlkə də çıxıb. Səhv etmirəmsə, iki il əvvəl Moskvada tutmuşdular və xüsusi təyyarə ilə Bakıya göndərmişdilər. Yeri gəlmişkən, Bəxtiyar ona kriminal aləmin imamı deyirdi.

- Niyə?

- Sadə və ədalətli həyat tərzinə görə. Yunus klassik qanuni oğurlardandır.

- Yunusu Bəxtiyar taclandırıb?

- Bax, bunu deyə bilmərəm. Dəqiq bilmirəm. Amma Masallı Mamedi, Dağlı Cavanşiri, Cərrah Həmidxanı Bəxtiyar taclandırıb. Lotu Hikmət və səhv etmirəmsə, Yetim Hüseynlə birgə. Bəlkə yadınızdadır, bilmirəm. 1999, ya 2000-ci ildə Qobustanda həbsxanada qiyam olmuşdu. (General Vahid Musayevin başladığı məşhur Qobustan qiyamını deyir - S.M.) Həmin vaxt Yunus da orada otururdu. Məhz o sıravi dustaqların qiyama qoşulmasına imkan verməmişdi, neçə-neçə insanın qanının tökülməsinin qarşısını almışdı. Bu mujiklərin işi deyil, bu qiyamın bizə, yəni oğru aləminə aidiyyəti yoxdur deyə, dustaqları kameralara göndərmişdi. Əsl qanuni oğru hərəkəti idi bu...

- Yeri gəlmişkən, nə qədər azərbaycanlı qanuni oğru var indi? Neçə nəfərdirlər, haradadırlar?

mənbə:lent.az


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2129   Tarix: 25 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həbsxanının önündə həyat yoldaşının azadlığa çıxmasını gözləyən qadının rəqsi gündəm olub - VİDEO

Marmara Həbsxanası bu dəfə tanınmış məhbusları ilə deyil, həbsdən çıxmasını gözlədiyi həyat yoldaşı üçün rəqs edən bir qadının videosu ilə gündəmə gəlib. türk mediasına istinadən xəbər verir ki, Silivridə yerləşən həbsxananın qarşısında çəkilən görüntülərdə gənc qadın Ragga Oktayın "Yeniden"

15 dekabr
.

Qusarda ağır qəza: İki nəfər ölüb, dörd nəfər yaralanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərha

14 dekabr
.

Məktəblilər arasında bıçaqlı dava: 16 yaşlı yeniyetmə yaralanıb - VİDEO

Türkiyənin Kocaeli vilayətinin Körfəz rayonunda parkda lisey şagirdləri arasında baş verən bıçaqlı dava nəticəsində 16 yaşlı yeniyetmə xəsarət alıb. türk mediasına istinadən xəbər verir ki, hadisə Fatih məhəlləsi, Cumhuriyet prospekti üzərində yerləşən parkda qeydə alınıb. Əldə olunan məlumata görə

15 dekabr
.

Bakıda toy karvanında 6 maşın toqquşdu - Video

Bakıda toy karvanında zəncirvari qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Qəza nəticəsində 6 avtomobil toqquşub. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hadisə ilə əlaqədar toy karvanlarında hərəkət edən sürücülərə müraciət edib

15 dekabr
.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərin xahişi ilə tədbirdə şeir səsləndirib - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "AK Parti Gənclik Görüşləri - Kampus Proqramı" çərçivəsində Sağlamlıq Elmləri Universitetinin Haydarpaşa Kampusunda gənclərlə bir araya gəlib. türk mediasına istinadən xəbər verir ki, tədbirdə çıxış edən Prezident Ərdoğan Türkiyənin savadlı universite

15 dekabr
.

Qapısı açıq "Hyundai"dan oğurluq edən şəxs saxlanıldı

Paytaxtın Nəsimi rayonunda "Hyundai" markalı avtomobildən pul və bank kartı oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinə

14 dekabr
.

72 yaşlı kişi təmir etdiyi avtomobilin altında qalıb öldü

Gəncədə 72 yaşlı kişinin üzərinə təmir etdiyi avtomobili düşməsi nəticəsində ölüb. xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib. 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov evinin qarşısında VAZ-21011 markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb, nəticəsində onun avtomobi

14 dekabr
.

Oğurladıqları telefonun siqnal vasitəsi ilə aşkar edilməməsi üçün görün nə etdilər

İstanbulun Beyoğlu rayonunda dörd oğrunun oğurladıqları mobil telefonun yerinin müəyyən edilməməsi üçün onu alüminium folqa ilə bükdüyü məlum olub. türk mediasına istinadən xəbər verir ki, hadisə rayonun Kuloğlu məhəlləsində baş verib. Aprelin 6-da gecə saatlarında yolda hərəkət edən İrfan Y.-nin arxasınc

16 dekabr
.

Dənizə düşən 32 yaşlı şəxsin meyiti tapılıb

Türkiyənin Samsun şəhərinin Atakum rayonunda dənizə düşdüyü iddia edilən 32 yaşlı kişinin cansız bədəni dalğıc polis əməkdaşları tərəfindən tapılıb. türk mediasına istinadən xəbər verir ki, Hadisə Atakum rayonunun Cümhuriyyət məhəlləsində yerləşən Çobanlı körpüsündə baş verib. İlkin məlumata görə, bi

16 dekabr