Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
İş üzrə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunda baş məsləhətçi İsa Şəmsəliyev və icra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Rəşad Nadirli mühakimə edilib. Onlardan yalnız Q.Abdullayev həbsdə olub.
Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxslər cinayət baş verən dövrdə rayon icra hakimiyyətinin başçısı işləmiş Süleyman Mikayılovun qərarlarına qanunsuz təsir edərək müxtəlif şəxslərə pul qarşılığında işlər görməyə icazə veriblər.
Zərərçəkmiş şəxslər əsasən ev tikmək məqsədilə torpaq sahəsinə yerləşmə cizgisinin təsdiqlənməsi üçün müraciət ediblər. Onlar 3, 5, 6 min manat pul verdikdən sonra torpaq sahəsinə icra başçısı tərəfindən təsdiqlənmiş sənəd alıblar.
İş materiallarından görünür ki, qanunsuz fəaliyyətlərdə əsas rol oynayan təsərrüfat şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev olub. Məhkəmədə onun Süleyman Mikayılovun uşaqlıq dostu olduğu da üzə çıxıb. İcra başçısı bir çox işləri həll etməyi də məhz ona həvalə edib.
Sabiq məmurlar icra başçısının qərarına qanunsuz təsir etdiklərini boyunlarına almayıblar. Onlar ifadələrində deyiblər ki, yerləşmə cizgisinin təsdiqlənməsi yalnız icra başçısının möhürü ilə mümkün olub. Onlar da kiməsə "icra başçısının qərarına təsir edə bilərik" deməyiblər.
Məhkəmə yekunda təqsirləndirilən şəxslərin üçünü də nüfuz alveri cinayətində təqsirli bilib. Hökmə əsasən, Qafar Abdullayev 1 il 3 ay həbs, İsa Şəmsəliyev 10 min, Rəşad Nadirli isə 9500 manat cərimə cəzasına məhkum edilib.
Qeyd edək ki, cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Bu əməliyyatdan sonra S. Mikayılov vəzifəsindən azad edilib, o, saytımıza açıqlamasında sözügedən cinayət işi ilə bağlı istintaqa cəlb edilmədiyini bildirmişdi.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 607 Tarix: 02 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vüsalın qətlinə görə cəmi 10 min veribmiş...
13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham aktını elan edib. Xəyal Əli-Zadə 2013-c
28 sentyabrGədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili
31 avqustBacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi
Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs
7 sentyabrHəmin qəzanın səbəbi təkərdəki nasazlıq imiş...
Dünən İsmayıllı rayonununun Balik kəndində ölümlə nəticələnən yol qəzası avtomobillərdən birinin nasaz vəziyyətdə olması səbəbindən baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Göyçay rayon sakini Yasər Mustafayev "VAZ"
17 oktyabrBakıda kişi arvadını dişlədi, tava ilə döydü
Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü İsa Sərdarov (ad və soyad şərtidir - red.) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr
5 oktyabrQohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejiml
12 sentyabrMehriban Rəhimliyə hökm oxundu
ABŞ-nin "German Marşal Fondu"nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonr
7 oktyabrToyda qohumlar dalaşdı, xəsarət alan var
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, qohumlar arasında qanla nəticələnən mübahisə yaranıb. Hadisə zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu bıçaqlanıb
12 oktyabr