Messinin varisi o oldu
Argentina millisinin baş məşqçisi Lionel Skaloni ulduz futbolçu Lionel Messinin beynəlxalq karyerasını başa vurmasından sonra əfsanəvi 10 nömrəli formanı 21 yaşlı Niko Paza verməyi planlaşdırır.
"Qafqazinfo" xəbər verir ki, bu qərarın Messi və Nikolas Otamendinin 2026-cı il Dünya Çempionatından sonra milli komandadan ayrılacağı ehtimalı fonunda verildiyi bildirilir.
ESPN-in məlumatına görə, Enzo Fernandes və Aleksis Mak Allister kimi ulduzlar da 10 nömrəli forma üçün namizədlər arasında olsa da, Skaloni seçimində Pazın üzərində dayanıb.
Argentinalı jurnalist Federiko Bueno bildirib ki, Skaloni milli komanda ilə müqaviləsini yeniləsə, 10 nömrəli forma Paza veriləcək. Onun sözlərinə görə, bu məsələ artıq komanda daxilində qərarlaşdırılıb.
"Komo"da çıxış edən Paz indiyədək Argentina millisində 18 nömrəli formanı geyinib.
Messi isə 2009-cu ilin martında Dieqo Maradonanın baş məşqçi olduğu dövrdə ilk dəfə 10 nömrəli formanı geyinib. Ulduz futbolçu bu forma ilə milli komandada 172 oyuna çıxaraq rekord müəyyənləşdirib.
Messidən əvvəl 10 nömrəli forma Dieqo Maradona, Ariel Orteqa, Xuan Roman Rikelme və Marselo Qallardo kimi əfsanələrə məxsus olub.
Paz klub səviyyəsində də 10 nömrəli forma ilə uğurlu çıxış edib. Gənc yarımmüdafiəçi "Komo"nun Çempionlar Liqasına tarixi vəsiqə qazanmasına 13 qol və 7 məhsuldar ötürmə ilə töhfə verib.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 504 Tarix: 03 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sabah"ın oyununa 45 min bilet satılıb
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu oyun üçün paket biletlərlə birlikdə 45 minə yaxın bilet satılıb. "Sabah"ın Çempionla
5 oktyabr"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satılıb
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib. O
5 oktyabrMessi Argentina millisində karyerasını başa vurur
Argentinanın milli komandasının kapitanı Lionel Messi oktyabrın 7-nə keçən gecə yığmanın heyətində sonuncu oyununu keçirəcək. xəbər verir ki, vida matçı Buenos-Ayresdəki "Monumental" stadionunda Benin seçməsinə qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 03:00-da başlayacaq. Arenanın kassalarınd
6 oktyabrCüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazanıb
Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib. "Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda çilidən olan Mari Di Varqas Leyi məğlub edib. K.Əliyevanın növbəti rəqibi rusiyalı Sabina Giliazova olacaq. Qeyd edək ki
4 oktyabrElcan Hacıyev və Murad Fətiyevdən qələbə - Yenilənir
Azərbaycanın daha dörd cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq. "Qafqazinfo" xəbər verir ki, yarışın beşinci günündə Südabə Ağayeva (70 kq), Elcan Hacıyev, Murad Fətiyev və Süleyman Şükürov (hamısı 90 kq) tatamiyə çıxacaqlar. S.Ağayevanın 1/32 finaldakı rəqib
8 oktyabrRafinya "Barselona"nın növbəti iki oyununu buraxacaq
İspaniyanın "Barselona" komandasının hücumçusu Rafinya növbəti iki matçda iştirak etməyəcək. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik məlumat verib. Mütəxəssis braziliyalı futbolçunun zədələnmədiyini, lakin ehtiyatlı olmalı olduqların
9 oktyabrPrezident Əhmədə nə dedi? - Fotolar
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Prezident əvvəlcə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşüb
5 oktyabr"Çelsi" futbolçusu Koul Palmerlə müqavilənin müddətini uzadıb
İngiltərənin "Çelsi" klubu yarımmüdafiəçi Koul Palmerlə müqavilənin müddətinin uzadıldığını elan edib. "Report" London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun müqaviləsinin müddəti 2034-cü il iyun ayının sonuna qədər nəzərdə tutulub. K.Palmer 2023-c
10 oktyabr