Qazaxıstan hökumətinin yeni tərkibi təsdiqlənib
Qazaxıstanda hökumətin yenilənmiş tərkibi təsdiqlənib - yeni hökumətdə dörd yeni nazir təmsil olunur.
"Report"un Qazaxıstan bürosunun verdiyi məlumata görə, müvafiq qərarlar Oljas Bektenovun yenidən baş nazir vəzifəsinə təyin edilməsindən sonra qəbul edilib.
Xarici İşlər Nazirliyinə yenidən Muxtar Tleuberdi rəhbərlik edib. O, Yermek Koşerbayevi əvəz edib. Tleuberdi 2019-2023-cü illərdə XİN başçısı vəzifəsini tutub, yeni təyinata qədər isə Qazaxıstanın Avstriyadakı səfiri işləyib.
Fövqəladə hallar naziri vəzifəsinə əvvəllər Manqistau vilayətinin Fövqəladə Hallar Departamentinə və FHN aparatına rəhbərlik etmiş Murat Muxanov təyin edilib. O, bu postda Çingis Arinovu əvəz edib.
Yeni ekologiya və təbii sərvətlər naziri Alibek Kuantırov olub. Əvvəllər o, xarici işlər nazirinin müavini vəzifəsində çalışıb, bundan əvvəl isə Milli İqtisadiyyat Nazirliyinə rəhbərlik edib.
2025-ci ildən Qazaxıstan Prezidentinin daxili siyasət və kommunikasiyalar üzrə köməkçisi işləyən Arman Kırıkbayev mədəniyyət və informasiya naziri təyin edilib. O, Qazaxıstan Təhlükəsizlik Şurası sədrinin müavini təyin edilmiş Aida Balayevanı əvəz edib.
Bununla yanaşı, sosial bloku kurasiya edən baş nazir müavini vəzifəsi vakant qalır.
Hökumət üzvlərinin əksəriyyəti öz postlarını qoruyub saxlayıb. Nurlıbek Nalibayev baş nazirin birinci müavini kimi fəaliyyətini davam etdirəcək. Qalımjan Koyşıbayev yenidən baş nazirin müavini - hökumət aparatının rəhbəri, Kanat Bozumbayev isə baş nazirin müavini təyin edilib.
Serik Jumanqarin baş nazirin müavini - milli iqtisadiyyat naziri, Jaslan Madiyev isə baş nazirin müavini - süni intellekt və rəqəmsal inkişaf naziri vəzifəsini qoruyub saxlayıb.
Həmçinin daxili işlər naziri Yerjan Sadenov, müdafiə naziri Dauren Kosanov, maliyyə naziri Madi Takiyev, nəqliyyat naziri Nurlan Sauranbayev, energetika naziri Yerlan Akkenjenov, sənaye və tikinti naziri Yersayın Naqaspayev, ticarət və inteqrasiya naziri Arman Şakkaliyev və ədliyyə naziri Yerlan Sarsembayev də öz postlarını qoruyub saxlayıblar.
Bundan başqa, maarif naziri Juldız Süleymenova, səhiyyə naziri Akmaral Alnazarova, su ehtiyatları və irriqasiya naziri Nurjan Nurjiqitov, əmək və əhalinin sosial müdafiəsi naziri Askarbek Yertayev, kənd təsərrüfatı naziri Aydarbek Saparov, turizm və idman naziri Yerbol Mırzabosınov, elm və ali təhsil naziri Sayasat Nurbek yenidən qeyd olunan vəzifələrə təyin ediliblər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Azərbaycanda yağ kəskin bahalaşdı
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Süni intellekt indi də oğurluq etdi
Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)