Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə və kanoe üzrə ölkə çempionatının qalibləri müəyyənləşib.
Bu barədə Sonxeber.az-a AKAF-ın mətbuat xidmətindən məlumat verilib.
İkinci yarış günündə avarçəkənlər 16 dəst medal uğrunda mübarizə aparıblar və qalib gələn idmançılar diplom və medallarla mükafatlandırılıblar.
2010-2011-ci il təvəllüdlü oğlanlar arasında K2 500 metr məsafədə Elmir Tarverdiyev - Mustafa Vəlizadə cütlüyü, K1 500 metr məsafədə Mustafa Vəlizadə, K2 1000 metr məsafədə Tahir Mövsumov - Sənan Cəfərzadə tandemi, C1 500 metr məsafədə Fəxri Sadıqlı, C1 1000 metr məsafədə isə Vaqif Mustafazadə çempion olublar. Həmçinin K2 500 metr mix yarışında Mustafa Vəlizadə - Gülay Cümşüdlü cütü finişə birinci çatıb. Eyni yaş qrupunda qızlar arasında K1 500 metr məsafəyə yürüşdə Darina Xayretdinova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində K1 500 metr məsafədə Əlimurad Hacızadə, C1 500 metr və C1 1000 metr məsafələrdə Hüseyn Səmədli, K1 1000 metr məsafədə İvan Vorobyanski, K2 500 metr məsafədə Tengiz Qaqnidze - Qiyas Əhmədov tandemi, 2x1500 metr məsafədə isə Azər İlyasov - Tunar Məmmədzadə cütlüyü birinci olublar.
2012-2013-cü il təvəllüdlü avarçəkənlər arasında K1 500 metr məsafədə Yunus Əhmədov, K2 500 metr məsafədə Mehdi Mehdizadə - Yunus Əhmədov cütü, 2x1000 metr məsafədə isə Yusif Əliyev - Zahid Əmiraslan cütlüyü bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıblar.
Qeyd edək ki, Azərbaycan çempionatında fərqlənən idmançılar "Mingəçevir Reqatası" beynəlxalq turnirində mübarizə aparacaq komandanın heyətinə cəlb olunacaqlar.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 272 Tarix: 03 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ronaldu millidən ayrıldı, Portuqaliyada kütləvi etirazlar başladı - Video
Portuqaliya millisinin azarkeşləri Kriştianu Ronaldunun milli komandadan qalmaqallı şəkildə ayrılmasına etiraz olaraq aksiya keçiriblər. xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində küçələrə çıxan azarkeşlər futbolçunun adını səsləndirib və əfsanəvi oyunçuya hörmət tələb ediblər. Azarkeşlərin narazılığ
4 oktyabrOlisedən tarixi göstərici
Fransa millisi UEFA Millətlər Liqasının qrup mərhələsində ötən gün Belçika yığmasını 4:1 hesabı ilə məğlub edib. xəbər verir ki, bu görüşdə Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Maykl Olise iki qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. Bununla da futbolçunun Fransa millisind
6 oktyabrBir dövr qapandı: Messi milli ilə belə vidalaşdı (VİDEO)
Lionel Messi 21 illik Argentina millisindəki karyerasına Buenos-Ayresdəki "Monumental" stadionunda vida edib. 39 yaşlı ulduz Beninlə keçirilən yoldaşlıq oyununda sonuncu dəfə "Albiceleste" formasını geyinib. Qayanrinfo xəbər xəbər verir ki, Argentina Benini 3:0 hesabı ilə məğlub edib
7 oktyabrOlimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Bakıda keçirilən dünya çempionatında ilk görüşünü qələbə ilə başa vurub. xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və 2024-cü ilin dünya çempionu 100 kq çəki dərəcəsində mübarizəyə 1/32 final mərhələsindən başlayıb. Z.Kotsoyev ilk görüşündə Türkmənista
9 oktyabrƏfsanəvi futbolçu Artyom Dzyuba karyerasını başa vurdu
Rusiyanın məşhur hücumçusu Artyom Dzyuba 38 yaşında peşəkar futbolçu karyerasını başa vurub. xəbər verir ki, bu barədə 38 yaşlı futbolçunun özü açıqlama verib. Dzyuba son olaraq "Akron"da çıxış edib və klubdan ayrıldıqdan sonra azad agent statusunda idi. O, karyerası ərzində "Spartak Moskva"
4 oktyabrBakı növbəti mühüm idman yarışına hazırlaşır
Dünyada idman ölkəsi kimi böyük nüfuza malik Azərbaycan cari ilin 22-30 oktyabr tarixlərində növbəti beynəlxalq turnirə ev sahibliyi etməyə hazırlaşır. Tarixdə ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalı paytaxt Bakıda təşkil olunacaq. xəbər verir ki, bu mötəbər yarışın ölkəmizdə keçirilməs
5 oktyabrƏhməd Yusifov dünya çempionu oldu - YENİLƏNİB
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatının qalibi olub. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı finalda qazaxıstanlı Şerzod Davlatovu məğlub edib. Beləliklə, Azərbaycan yarışdakı ilk medalını əldə edib. 15:50. Azərbaycan cüdoçusu Əhmə
4 oktyabr