İbrahim Tatlısesin son görüntüsü pərəstişkarlarını narahat etdi
Uzun müddətdir səhhəti ilə bağlı problemlərlə mübarizə aparan məşhur türkiyəli sənətçi İbrahim Tatlıses İzmirin Çeşme rayonunda kafelərdən birində görüntülənib. Müğənninin əvvəlki dövrlə müqayisədə daha arıq görünməsi pərəstişkarlarının diqqətindən yayınmayıb.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, türk musiqisinin tanınmış simalarından olan İbrahim Tatlıses yay tətilini keçirdiyi Çeşmedə obyektivlərə tuş gəlib. İzmirin məşhur istirahət məkanlarından biri olan Ilıcadakı kafelərdən birində vaxt keçirən sənətçi ətrafdakı insanların marağı ilə qarşılaşıb.
Tatlısesi görən bəzi pərəstişkarları onun yanına gələrək söhbət etmək və foto çəkdirmək istəyiblər. Sakit şəkildə vaxt keçirən sənətçi onlara diqqət göstərərək foto çəkdirmək istəyini geri çevirməyib.
Tatlısesin görüntülərdə əvvəlki dövrlərlə müqayisədə daha arıq görünməsi xüsusilə diqqət çəkib. Üz cizgilərinin daha da müəyyənləşdiyini görən pərəstişkarları sənətçinin səhhətindən narahat olduqlarını bildiriblər.
Çeşmedə çəkilən görüntülərdən sonra İbrahim Tatlısesin səhhəti ilə bağlı hər hansı açıqlama verib-verməyəcəyi maraq doğurub. Lakin sənətçidən görüntülərlə bağlı hələlik hər hansı açıqlama gəlməyib.
Keçmişdə müxtəlif səhhət problemləri yaşayan Tatlıses buna baxmayaraq musiqi fəaliyyətini davam etdirir və zaman-zaman ictimaiyyət qarşısına çıxır. Sənətçinin Çeşmedəki son görüntüləri də pərəstişkarlarının diqqətini çəkib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 810 Tarix: 03 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər tarixdə ilk dəfə yaşıl rəngli ulduz aşkar ediblər
Alimlər ilk dəfə yaşıl rəngdə işıq saçan ulduz aşkar etdiklərini açıqlayıblar. Tədqiqatçılar, həmçinin indiyədək qeydə alınmış "ən qırmızı rəngli" ulduzu da müəyyən ediblər. bu barədə "Live Science" nəşrinə istinadən xəbər verir. Uorvik Universitetindən Mark Hollandın rəhbərlik etdiy
17 oktyabrAdları unuduruq, açarları itiririk... - Həkimlər səbəbi açıqladı
Adi yaddaş pozuntuları, məsələn, açarların itirilməsi və ya adların unudulması çox vaxt həddindən artıq ciddi qəbul edilir və demensiyanın ilkin əlamətləri kimi qiymətləndirilir. Lakin neyroelm sahəsinin mütəxəssisləri bildirirlər ki, koqnitiv funksiyalarda yaranan bəzi dəyişikliklərə vaxtında diqqə
16 oktyabrHavasını çıxartdınız, amma radiator yenə soyuqdur? - Bu kiçik detalı yoxlayın
İstilik mövsümü başlayandan sonra radiator qızmırsa, dərhal yenidən havasını çıxarmağa tələsməyin. İsti suyun sistemdə normal dövr etməməsinin bir neçə səbəbi ola bilər. Radiatorun havasını çıxardıqdan sonra o yenə də soyuq qalırsa, proseduru dərhal təkrarlamaq lazım deyil. Problem. ümumiyyətlə, hav
11 oktyabrFolqa Wi-Fi sürətini artırır - Maraqlı təcrübə
Mətbəxdə istifadə olunan alüminium folqanın zəif Wi-Fi bağlantısını yaxşılaşdıra biləcəyi barədə məsləhətlər internetdə çoxdan yayılır. Bu üsulu sınaqdan keçirənlər evin bir hissəsində məlumat ötürmə sürətinin təxminən beş dəfə artdığını müşahidə ediblər. xarici mediaya istinadla xəbər verir ki, müəlli
18 oktyabrÜrək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma
Ürək transplantasiyasından sonra insanın xarakterində və davranışlarında dəyişikliklərin baş verməsi ehtimalı alimlərin diqqətini çəkib. xəbər verir ki, bu barədə çinli professor Syaopin Ren danışıb. Professor bildirib ki, ürək transplantasiyasından sonra bəzi pasiyentlərin xasiyyətinin dəyişməsi il
17 oktyabrNeandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr
İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə
21 oktyabrSuya 3 qaşıq əlavə edin, dabanlarınız yumşalsın
Cəmi üç qaşıq soda və 10 dəqiqə vaxt ayırmaqla dabanlardakı qurumuş və sərtləşmiş dərini yumşaltmaq mümkündür. Bu sadə ev üsulu ayaqlara qulluq etməyə kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, dabanların yumşaq və sağlam qalması üçün müntəzəm qulluq etmək vacibdir. Adi qida sodası is
18 oktyabrKəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
Soyuq havalarda xəstəliklərdən qorunmaq, oynaqlardakı ağrılara son qoymaq və immuniteti gücləndirmək istəyənlər üçün təbii kolagen deposu tapıldı. Mütəxəssislər yüksək xolesterin və ağır qoxusuna görə kəllə-paça yeyə bilməyənlərə onu əvəz edən daha faydalı bir alternatif təklif edirlər: İlikli sümü
18 oktyabrXəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun
Aşpazların illərdir gizli saxladığı son dərəcə pratik üsul sayəsində xəmirə dönmüş plovu bir neçə dəqiqəyə dən-dən etmək mümkündür. xəbər verir ki, plovun xəmirə dönməsinin əsas səbəbi düyü dənələrinin öz həcmindən artıq su udması və qazanın içində yığılan buxarın kənara çıxa bilməməsidir. Plovun lap
17 oktyabr