Başqalarının fikrinə həddindən artıq önəm vermək özünəinam probleminin göstəricisidir? - AÇIQLAMA

Başqalarının fikrinə həddindən artıq önəm vermək özünəinam probleminin göstəricisidir? - AÇIQLAMABəzi insanlar qərar verərkən öz istəklərindən çox ətrafındakıların nə düşünəcəyini nəzərə alırlar.

"Görəsən, məni necə qiymətləndirəcəklər?", "Bunu etsəm, haqqımda nə düşünərlər?" kimi suallar zamanla insanın gündəlik seçimlərinə də təsir edə bilər.

Bəs başqalarının fikrinə həddindən artıq önəm vermək özünəinam probleminin göstəricisidir, yoxsa insanın cəmiyyət tərəfindən qəbul olunmaq ehtiyacından qaynaqlanır?

Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:

"İnsanın başqalarının fikrini nəzərə alması özlüyündə problem hesab olunmur. İnsan sosial varlıqdır və ətrafındakı insanların münasibəti, rəyi və reaksiyası onun üçün müəyyən qədər əhəmiyyət daşıyır. Problem bu ehtiyacın insanın öz qərarlarını verməsinə mane olduğu zaman ortaya çıxır.

Daim "başqaları mənim haqqımda nə düşünəcək?" sualı ilə yaşamaq çox zaman özünəinamın zəifləməsi ilə əlaqəli ola bilər. Belə insan öz qərarına, seçimlərinə və dəyərinə kifayət qədər güvənmədikdə təsdiqi kənardan almağa çalışır. Məsələn, geyim seçərkən, münasibət qurarkən, iş dəyişərkən və hətta şəxsi fikrini bildirərkən belə əsas meyar öz istəyi yox, ətrafın reaksiyası ola bilər.

Digər tərəfdən, burada sosial qəbul olunmaq ehtiyacı da mühüm rol oynayır. İnsan rədd edilməkdən, tənqid olunmaqdan və qrupdan kənarda qalmaqdan qorxduğu üçün öz davranışlarını başqalarının gözləntilərinə uyğunlaşdırmağa başlaya bilər. Xüsusilə uşaqlıqdan "el nə deyər?", "başqaları sənin haqqında nə düşünər?" kimi mesajlarla böyüyən insanlarda bu yanaşma daha güclü formalaşa bilər. Bu iki amil bir-birindən tam ayrı deyil. Çox vaxt sosial qəbul olunmaq ehtiyacı özünəinamın zəifliyi ilə birlikdə müşahidə olunur. İnsan özünü daxildən kifayət qədər dəyərli hiss etmədikdə, bu dəyəri başqalarının münasibəti ilə ölçməyə başlayır.
Əsas məsələ insanın özünə bu sualı verə bilməsidir: "Mən bunu həqiqətən istəyirəm, yoxsa başqalarının məndən gözləntisinə uyğun davranıram?" Əgər insan uzun müddət öz seçimlərini başqalarının reaksiyasına görə müəyyənləşdirirsə və "yox" demək, tənqidi qəbul etmək və öz fikrində qalmaq onun üçün ciddi çətinlik yaradırsa, bunun üzərində işləmək faydalı olar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 564   Tarix: 03 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"

22 oktyabr
.

"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA

"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər, "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir

23 oktyabr
.

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş. Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub. hadisənin iştirakçısı olan v

24 oktyabr
.

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ

23 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Bu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək

Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin

24 oktyabr
.

Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva gecə saatlarında xəstəxanaya yerləşdirilib. Bu barədə -in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 23.10.2026-cı il tarixində saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsin

23 oktyabr
.

Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI

Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec

22 oktyabr
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr