David Seliverstov "90 min dollar"la bağlı yeni sübutlar təqdim etdi: Çingiz Qənizadənin yalanı İFŞA EDİLDİ - VİDEO

David Seliverstov "90 min dollar"la bağlı yeni sübutlar təqdim etdi: Çingiz Qənizadənin yalanı İFŞA EDİLDİ - VİDEO"Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov sosial şəbəkədə paylaşdığı növbəti videoda hüquq müdafiəçisi Çingiz Qənizadənin yalanını ifşa edib.

Seliverstov sosial şəbəkədə paylaşdığı ilk video müraciətində "90 min dollar"la bağlı məsələnin üstündən sükutla keçmək niyyətində olmadığını və bununla bağlı geniş fakt və sübutlar təqdim edəcəyini bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Çingiz Qənizadənin də açıqlama verməli olduğu məqamlar var. Seliverstov xüsusilə "90 min dollar nədir?" sualını önə çəkərək, həmin məbləğin mahiyyətinin ictimaiyyətə aydınlaşdırılmasını tələb edib.

"Mən yaxşı bilirəm 90 min dollar nədir. Sən də yaxşı bil, Çingiz Qənizadə, o 90 min dollar nədir", - deyə Seliverstov video müraciətində bildirib.

Nizami Məmmədov məsələsi də gündəmdə

David Seliverstovun paylaşdığı videoda "90 min dollar" məsələsi ilə yanaşı, Müdafiə Nazirliyinin sabiq Maliyyə-Büdcə İdarəsinin rəisi Nizami Məmmədovun məhkəmə işi də geniş şəkildə gündəmə gətirilib.
Seliverstov Nizami Məmmədovun 2021-ci ildə həbs edildiyini və məhkəmə qərarı ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edildiyini bildirib. O, dövlət büdcəsinə vəsaitlərin mənimsənilməsi ilə bağlı ittihamların olduğunu, iş üzrə apellyasiya prosesinin davam etdiyini qeyd edib.

Seliverstovun fikrincə, dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı məhkəmə tərəfindən təqsirli bilinən şəxslərə münasibətdə əsas meyar qanun olmalıdır.

"Mənim mövqeyim aydındır: dövlətimizin büdcəsinə zərər vuran, dövlət vəsaitlərinin mənimsənilməsində təqsirli bilinən şəxslər qanun qarşısında cavab verməlidirlər", - deyə o bildirib.

Qənizadəyə konkret suallar

Video müraciətdə Seliverstov Çingiz Qənizadənin bəzi şəxslərlə münasibətlərinə dair də suallar səsləndirib. O, Qənizadədən müxtəlif şəxslərlə görüşlərinin və bu görüşlərdə hansı məsələlərin müzakirə edilməsinin açıqlanmasını istəyib.

"Faktları ortaya qoyacağam"

Seliverstovun ilk video müraciətində əsas mesajlarından biri "90 min dollar" məsələsi ilə bağlı əlavə məlumat və sübutların təqdim ediləcəyidir. O, Çingiz Qənizadənin bu məsələyə münasibət bildirməsini tələb edib və əks təqdirdə həmin faktları özünün paylaşacağını vurğulayıb.

İctimaiyyət üçün ən mühüm məsələ isə qarşılıqlı ittihamlarla bağlı hansı faktların və sübutların ortaya qoyulacağı idi. David Seliverstovun paylaşdığı video müraciətdə də məhz bu məsələ növbəti açıqlamaların əsas istiqaməti kimi təqdim olunmuşdu.

Çingiz Qənizadə David Seliverstov ilk video müraciətində ünvanladığı suallara cavab vermədiyi üçün "90 min dollar"la bağlı sübutları sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, Çingiz Qənizadə mediada verdiyi açıqlamada 90 min dolları David Seliverstovun dələduzluq yolu ilə insanları aldadıb, saxta vədlər verərək əldə etdiyini, qaytarmadığını, hətta sonradan əlavə məbləğ də tələb etdiyini qeyd etsə də paylaşılan videoda Nəsimi Məmmədov o pulun işlə bağlı alındığını və geri qaytarıldığını söyləyib. Rəşad isə o pulun borc alındığını və geri qaytarıldığını qeyd edib.Bundan əlavə videoda pulu alan şəxslər Çingiz Qənizadə ilə əlaqə saxlayıb.

90 min dolların qaytarılması ilə bağlı David Seliverstovun sosial şəbəkədəki özünün şəxsi səhifəsində paylaşdığı videonu aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz:

https://www.facebook.com/share/v/1Hi8KFjAUT/


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 412   Tarix: 04 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi

Əməkdar artist, bəstəkar Elza Seyidcahanın (Qasımova) tibb elmləri namizədi Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, mülki iddiaya Yasamal rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb. Prosesdə Elza Seyidcahanın vəkili Elşən Behbudo

7 oktyabr
.

Səidə Sultandan hakimə sərt çağırış: "Camaatın balalarını bədbəxt etməyin" - VİDEO

Səidə Sultan uzun fasilədən sonra sosial media paylaşımı edib. "Yeni Sabah" xəbər verir ki, ifaçı bir neçə gün əvvəl Bakıda 4 uşaq atasının hamilə iti döyərək balkondan aşağı atması və öldürməsinə münasibət bildirib. Səidə Sultan hadisə ilə bağlı vətəndaşa 25 sutka inzibati həbs cəzası verilməsin

7 oktyabr
.

Bu marşrutların hərəkət sxemləri dəyişdirildi

Paytaxtın Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) -a verilən məlumata görə, məhdudiyyət səbəbindən 133 və 170 nömrəli müntəzəm marşrutların hərəkə

8 oktyabr
.

Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video

Ukraynadan İtaliyaya taxıl daşıyan "Royad Məmmədov" yük gəmisinin PUA hücumuna məruz qalmasının anbaan görüntüləri yayılıb. həmin görüntüləri təqdim edir:. Xatırladaq ki, hücum nəticəsində gəminin kapitanı Rüstəm Həsənov həlak olub və aşpaz Məhəmməd Süleymanzadə isə itkin düşüb. Həmçinin on

7 oktyabr
.

"Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb" - Misir Mərdanov

"Elə bir ölkə yoxdur ki, onun təhsil sahəsində problemi olmasın. Mən işləyən dövrdə də olub, bu gün də var, gələcəkdə də olacaq. Ancaq fikrimcə, təhsildə ən ciddi problemlərdən biri müəllimlərin əməkhaqqı məsələsi idi". Qaynarinfo xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində keçmiş təhsi

6 oktyabr
.

Nigar Camal heyvanlara zülm edənlərə dair: "Cəzalar artırılmalıdır"

Nigar Camal heyvanlara qarşı amansız rəftara görə tətbiq olunan cəzaların sərtləşdirilməsini tələb edib. "Yeni Sabah" xəbər verir ki, o, hamilə itin öldürülməsi ilə bağlı paylaşımında cərimələrin ən azı 3-5 dəfə artırılmalı olduğunu vurğulayıb. Müğənni qeyd edib ki, itin bətnində ən azı 6 bal

6 oktyabr
.

Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA

Avtobuslar qarajlarda dayanır, sərnişinlər isə dayanacaqlarda uzun müddət gözləyir. Ortada isə ciddi bir sual yaranır: problem avtobus çatışmazlığındadır, yoxsa bu avtobusları idarə edəcək sürücülərin olmamasında?. Marşrut sürücülərinin sözlərinə görə, qarajlarda işlək avtobuslar kifayət qədərdir, laki

7 oktyabr
.

Səbuhi Əliyevə vəzifə verildi

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa

8 oktyabr
.

Heyvanlara qarşı zorakılıq artır: Cəzaların sərtləşdirilməsi gündəmdə - VƏKİLDƏN AÇIQLAMA

Bakıda hamilə itin çoxmərtəbəli binanın pəncərəsindən aşağı atılaraq öldürülməsi cəmiyyətdə heyvanlara qarşı zorakılıq məsələsini yenidən gündəmə gətirib. Hadisə ilə bağlı şəxsin saxlanılması və inzibati qaydada cəzalandırılması məsuliyyət məsələsini önə çıxarsa da, əsas sual olaraq qalır: heyvanlar

7 oktyabr