"Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil" - politoloq Rafael İbrahimov

"Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil" - politoloq Rafael İbrahimovYaxın Şərqdə dərinləşən böhran və Hörmüz boğazı ətrafında gərginləşən hərbi-siyasi vəziyyət qlobal təhlükəsizlik sistemini yeni sınaq qarşısında qoyub. Regionda hərbi balansı dəyişən bu qarşıdurma, eyni zamanda Cənubi Qafqazın və Azərbaycanın təhlükəsizliyi baxımından xüsusi diqqət tələb edir.

Mövcud mənzərəni şərh edən ərəbşünas alim, politoloq Rafael İbrahimov Hörmüz boğazındakı böhrandan çıxış yollarını dəyərləndirib və baş verənlərin ölkəmizə təsirlərini diqqətə çatdırıb. Ekspert vurğulayır ki, regionda köhnə status-kvoya qayıtmaq artıq mümkün deyil.

Hörmüz boğazında hərbi situasiya: HDQ, raketlər və HHM

Hörmüz boğazındakı hərbi durumu dəyərləndirən Rafael İbrahimov bildirir ki, orada faktiki olaraq "asılı vəziyyət" yaranıb: "İran bu münaqişədə sırf uduzmadığı üçün artıq özünü qalib hesab edə bilər. ABŞ isə Ukraynadakı hərbi əməliyyatlar, Fələstindəki faciəvi hadisələr və İrana endirilən ardıcıl zərbələr fonunda sursat ehtiyatlarını böyük ölçüdə tükəndirib. Bundan əlavə, Vaşinqtonun regionda qoşun yerləşdirə biləcəyi hərbi bazaların demək olar ki, hamısı sıradan çıxarılıb".

Ekspertin sözlərinə görə, digər vacib faktor İranın əlində olan ballistik və supersəs raketləridir. Bu silahlar ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmilərini müdafiəsiz qoyur. Gəmilər raket təhlükəsi səbəbindən sahilə yaxınlaşa bilmir, aviasiya isə havada əlavə yanacaq doldurmağa məcbur olur ki, bu da ikiqat zəiflik yaradır. Politoloq hesab edir ki, ABŞ-nin "Patriot" (PAC-2, PAC-3) HHM sistemləri köhnə texnologiyaya əsaslandığı üçün manevr edən ballistik və supersəs raketləri tutmaqda çətinlik çəkir.

İranın müdafiə infrastrukturu və quru əməliyyatlarının imkansızlığı

İranın müdafiə potensialına toxunan R. İbrahimov vurğulayır ki, rəsmi Tehran belə bir ssenariyə 1978-ci ildən bəri hazırlaşır: "İran daxilində dağların altında 27-dən 30-a qədər tam muxtar, yeraltı hərbi baza qazılıb. İran təbii geoloji baxımdan keçilməz bir qaladır. Hərbi analitiklərin hesablamalarına görə, İranı işğal etmək üçün ABŞ-yə ən azı 500 minlik canlı qüvvə lazımdır və bu kontingent belə uğura zəmanət vermir".

Ekspert əlavə edir ki, ABŞ heç vaxt uzunmüddətli quru müharibəsi aparmayıb və canlı qüvvə itkilərinə həddən artıq həssas olduğu üçün belə bir əməliyyata gedə bilməz.

Azərbaycanın XXI əsr hərb tarixinə gətirdiyi novatorluq

Azərbaycanın hərbi təcrübəsindən danışan Rafael İbrahimov deyir ki, xarici və ərəb ekspertləri, eləcə də Pentaqon mütəxəssisləri ölkəmizi XXI əsrin müharibə novatoru kimi qəbul edirlər: "Azərbaycan dünyada 2020-ci ildən başlayaraq PUA-ları piyada, artilleriya və tank birləşmələri ilə tam harmoniya şəklində tətbiq edən ilk ölkə oldu. Azərbaycan taktiki dronları quru əməliyyatları ilə sintez edərək dərsliklərə düşəcək bir qələbə qazandı. Bu model PUA texnologiyasının hərbi-iqtisadi baxımdan zəif olan ölkəni nəhəng güclər qarşısında bərabərləşdirə bildiyini sübut etdi".

Qlobal böhranın Azərbaycana təsirləri

Rafael İbrahimovun fikrincə, yaşanan bu mürəkkəb proseslər fonında Azərbaycanın strateji mövqeyi daha da güclənir. Ölkəmiz regionda neft və qazını birbaşa Avropa bazarlarına çıxaran yeganə dövlətdir ki, bu da qlobal enerji böhranı fonında geoiqtisadi dəyərimizi kəskin artırır.

Politoloq son olaraq qeyd edir ki, Azərbaycan əldə olunan hərbi təcrübə ilə kifayətlənməyərək öz PUA və Radioelektron Mübarizə (REMB) sistemlərini inkişaf etdirməyə, cəbhədəki son texniki yenilikləri diqqətlə təhlil etməyə və çoxvektorlu balanslaşdırılmış xarici siyasət kursunu uğurla davam etdirməyə davam edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 378   Tarix: 04 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

22 oktyabr
.

Şagirdlər hazır cavablara öyrəşir: Süni intellekt təhsilə necə təsir edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagirdlərin ev tapşırıqlarını süni intellektə həvalə etməsi onların bilik və bacarıqlarının inkişafı ilə bağlı ciddi suallar yaradır. Dərslərini müstəqil hazırlamaq, suallara cavab tapmaq üçün araşdırma aparmaq və qarşılaşdıqları çətinlikləri özləri həll etmək əvəzinə, hazır cavablardan istifadə edə

23 oktyabr
.

Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib

"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlı

22 oktyabr
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə

22 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhvetmədə təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayət

22 oktyabr