Məşhur müğənni konsertdə səhnəni tərk etdi, dava düşdü - VİDEO
Türkiyəli məşhur müğənni Kurtuluş Kuşun Malatyada verdiyi konsert gözlənilməz hadisə səbəbindən yarımçıq qalıb.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, müğənninin səhnə ilə tamaşaçılar arasındakı məsafənin azaldılması ilə bağlı tələbi yerinə yetirilməyib. Bundan sonra Kuş səhnəni tərk edib və konsert məkanında qarşıdurma yaşanıb.
"Sevmedim Deme", "Rüya Gibi", "Baba Yak", "Karalaya Karalaya", "Nabız" və "Manolya" kimi mahnıları ilə tanınan Kurtuluş Kuş Malatyada bir dərnəyin təşkil etdiyi tədbir çərçivəsində səhnəyə çıxıb.
Lakin konsert zamanı gözlənilməz böhran yaşanıb. İddiaya görə, sənətçi ilə tamaşaçıların olduğu hissə arasında təxminən 200 metrlik məsafə saxlanılıb. Stulların yerləşdirildiyi ərazidə səhnə ilə tamaşaçılar arasında protokol bölməsi yaradılıb.
Kurtuluş Kuşun isə tamaşaçılara daha yaxın və onlarla iç-içə konsert vermək istədiyi bildirilib. Müğənni bunun üçün təşkilatçılardan aradakı maneələrin və protokol bölməsinin aradan qaldırılmasını istəyib. Tələbi yerinə yetirilmədikdə isə buna etiraz edib.
İddiaya görə, Kuş səhnədən "Oradakı insanlar bura gəlmədiyi müddətcə mən gedirəm" deyərək çıxışını dayandıracağını bildirib.
Gərginliyin ardından məşhur müğənni konserti tamamlamadan səhnəni tərk edib. Kuşun səhnədən enməsindən sonra bəzi tamaşaçılarla tədbir əməkdaşları arasında mübahisə yaranıb.
Qısa müddətdə böyüyən mübahisə əlbəyaxa davaya çevrilib. Konsert məkanında gərgin anlar yaşanarkən, hadisənin görüntüləri də sosial mediada yayılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Keçmiş həyat yoldaşından "Yeraltı"nın ulduzu barədə etiraf
Türkiyəli aktrisa Melis İşiten 2019-cu ildə boşandığı Uraz Kaygılaroğlu ilə münasibəti barədə illər sonra diqqətçəkən açıqlamalar verib. xarici mediaya istinadən xəbər verir ki, proqramlardan birinə qonaq olan İşiten keçmiş həyat yoldaşı ilə hazırda çox yaxşı dost olduqlarını və qızları Ada üçün birlikd
29 sentyabr3 həftədir sirli qızılgüllər alan müğənni göndərəni axtarır
Türkiyənin məşhur müğənnisi Simge Sağın on günlər mahnıları və səhnə çıxışları ilə deyil, ona göndərilən sirli güllərlə gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, Müğənniyə artıq üç həftədir kimliyi məlum olmayan bir şəxs tərəfindən hər həftə 101 qızılgül göndərilir. Beləliklə, Sağın indiyədə
24 sentyabrTanınmış aktyor ABŞ-də təyyarə qəzasında öldü
Məşhur İsrailli aktyor Qi Kapulnik ABŞ-də aviaqəzada həlak olub. -ın xəbərinə görə, bu barədə "Need To Know" nəşri məlumat verib. Məlumata görə, "Aeronca Champion" təyyarəsinin sükanı arxasında 46 yaşlı Qi Kapulnikin özü olub. O, bu təyyarədən pilot təlimi üçün istifadə edirmiş. Aktyo
3 oktyabrDünyaca məşhur aktyordan Hande Erçelə sürpriz həmlə!
"Elite" serialındakı Ander Muñoz rolu ilə dünya şöhrəti qazanan ispan aktyor Arón Piper türkiyəli aktrisa Hande Erçeli İnstaqramda izləməyə başlayıb. xarici mediaya istinadən xəbər verir ki, Piperin bu addımı sosial mediada diqqət çəkib. İki aktyorun indiyədək birlikdə çalışdığı məlum layih
29 sentyabr10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu
Türkiyənin məşhur müğənnisi Ebru Gündeş estetik əməliyyatdan sonra yeni görünüşü ilə gündəmə gəlib. yerli KİV-ə istinadla xəbər verir ki, müğənninin əməliyyatdan sonra çəkilən fotolarında üzündəki dəyişiklik diqqətdən yayınmayıb. Onun yeni görünüşü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. 51 yaşl
27 sentyabrEvliliyin ikinci ili
41 yaşlı müğınni Lana Del Reyin həyat yoldaşı müğənnini ikinci evlilik ildönümü münasibətilə təbrik edib. OLAY yazır ki, 51 yaşlı Ceremi Dyufren İnstaqram hesabında toy mərasimindən olan fotolar da daxil olmaqla, birlikdə çəkdirdikləri nadir və arxiv görüntülərini paylaşıb və yazıb: "İldönümümü
28 sentyabrCim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?
Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey
4 oktyabr"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığını bildirib:. "Onunl
4 oktyabr