SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, "EN 228" Avropa standartına uyğun olan yanacağın ilk partiyası SOCAR-a məxsus gəmi ilə Gürcüstana çatdırılıb.
Qeyd olunub ki, bu, "SOCAR Georgia Petroleum" ilə "Italiana Petroli" arasında ilk birbaşa kommersiya əməliyyatıdır. Təchizat SOCAR-ın "Italiana Petroli" şirkətinin səhmlərinin 99,82 %-ni almasını başa çatdırmasından sonra həyata keçirilib.
"SOCAR Georgia Petroleum" şirkətinin direktoru Nodar Kançaveli bildirib ki, "Italiana Petroli"nin neft emalı və keyfiyyətə nəzarət sahəsində təcrübəsinin SOCAR-ın beynəlxalq infrastrukturu ilə birləşdirilməsi Gürcüstan bazarında yanacaq təchizatının şaxələndirilməsinə imkan yaradır.
Onun sözlərinə görə, bu əməkdaşlıq Gürcüstanda Avropa standartlarına cavab verən yanacağın daha etibarlı və fasiləsiz təchizatına xidmət edəcək.
Xatırladaq ki, SOCAR bütün lazımi tənzimləyici razılıqları əldə etdikdən sonra 8 may 2026-cı il tarixində "Italiana Petroli" şirkətinin səhmlərinin 99,82 %-nin satın alınması prosesini tamamlayıb. Bu əməliyyat SOCAR-a Avropa qitəsində neft emalı və yanacaq pərakəndə satışı üzrə fəaliyyətini daha da genişləndirmək imkanı verib.
SOCAR-ın Gürcüstan bazarındakı fəaliyyəti isə 2006-cı ildən etibarən başlayıb. "SOCAR Energy Georgia" həmin ildə şirkətin Azərbaycan hüdudlarından kənarda təsis etdiyi ilk törəmə struktur kimi fəaliyyətə start verib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ölkədə qızılın 1 qramı bu qiymətə satılır
Azərbaycanda 15 oktyabr 2026-cı il tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7080.9675 manat, 1 qramının orta dəyəri isə 227.66 manat təşkil edib. Qiymətlər isə əyyar və mənşəyinə görə dəyişir. Belə ki, 99 əyyarlı təmiz qızılın 1 qramı 227.6
15 oktyabrQızıl bazarında son vəziyyət
12 oktyabr 2026-cı il üçün Azərbaycanda qızıl qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya 7,112.1285 manat, 99 əyyar (Təmiz) qızıl -228.66 manat, 750 əyyar (İtalyan) qızıl - 171.67 manat, 585 əyyar (Türk) qızıl - 133.90 manat, 582 əyyar (Rus) qızıl - 133.21manat təşkil edir
12 oktyabrQızıl sürətlə bahalaşır
Azərbaycanda 2026-cı il oktyabrın 9-na olan qızıl qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7025,6920 manat təşkil edib. Qiymətlər əyyarlara görə dəyişir. Belə ki, hazırda 1 qram 99 əyyar təmiz qızılın qiyməti 225,88 manatdır. 750 əyyarlı İtalyan qızılını
9 oktyabrAzərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 11 %-ə yaxın artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 122 milyon manat vəsait daxil olub. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 % çoxdur. 9 ay ərzində quru
15 oktyabrBakı Limanında konteyner daşımaları 30 % artıb
Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus Bakı Beynəlxalq Dəniz Limanında təxminən 100 00 TEU həcmində konteyner daşınması həyata keçirilib. xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bu, ötən ilin eyni dövrü ilə (77 300 TEU) müqayisədə təxminən 30
14 oktyabrAzərbaycanda qızıl kəskin bahalaşdı
Azərbaycanda 2026-cı il 5 oktyabra olan qızıl qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya - 7 114.36 manat,1 qram - 228.73 manat, 99 əyyar (Təmiz) - 228.73 manat, 750 əyyar (İtalyan) - 171.72 manat, 585 əyyar (Türk) - 133.94 manat, 582 əyyar (Rus) - 133.26 manat təşkil edir
5 oktyabrBrent markalı neftin qiyməti bir barel üçün 102,02 dollara düşdü
Neft bazarında əvvəlki gün qiymətlərin kəskin artmasından sonra cüzi bir eniş qeydə alınıb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında dekabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,29 dollar (0,28 faiz) az, 102,02 dollar/barel təşkil edib. Cümə axşam
2 oktyabrAQP: Ötən ay mənzil satışında qiymət artımı sürətlənib
Bu ilin sentyabr ayında Azərbaycanda mənzil satışında qiymət artımı sürətlənib. Azərbaycan Qiymətləndiricilər Palatasına (AQP) istinadən xəbər verir ki, bu barədə palatanın sentyabr ayı üzrə daşınmaz əmlak bazarı üzrə hesabatında deyilir. Bildirilib ki, yeni tikili mənzillərdə qiymətlər aylıq 2,8 %
5 oktyabrBakıda ötən ay mikromobillik vasitələrindən istifadə edənlərin sayı 19 % artıb
Bu ilin sentyabrında Bakıda mikromobillik vasitələri 547 758 dəfə sifariş olunub. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 %-dən çox artım deməkdir. Həmçini
7 oktyabr