Mərmərə dənizində qəza: Türkiyədə Silivri sahillərində batmış gəminin yeri dəqiqləşdi
Sentyabrın 2-də Mərmərə dənizinin Silivri sahillərində Türkiyə bayrağı altında üzən "ALSU" gəmisi ilə toqquşduqdan sonra batan "Tuğberk İmamoğlu" gəmisinin qalıqlarının olduğu yer təsdiqlənib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, qalıqlar qəza yerindən təxminən 50 metr məsafədə, 720 metr dərinlikdə yerləşir.
Qalıqları qəti şəkildə müəyyən etmək üçün əraziyə ROV (uzaqdan idarə olunan sualtı vasitə) endirilib. Dənizin dərinliyini çəkən ROV qalıqların üzərində "Tuğberk İmamoğlu" adını görüntüləyib. Beləliklə də sonar skanları ilə müəyyən edilən batmış gəmi qalıqlarının "Tuğberk İmamoğlu"ya aid olduğu təsdiqlənib.
Qeyd edək ki, daha əvvəl Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus və qəza bölgəsində ilk gündən fəaliyyət göstərən "TCG Akın" xilasetmə və dəstək gəmisi batmış gəmini tapdığını açıqlamışdı.
Gəmidə olan 10 nəfərlik isə heyət hələ ki tapılmayıb. Axtarış-xilasetmə əməliyyatları davam edir.
Xatırladaq ki, sentyabrın 2-də Türkiyə bayrağı altında üzən, Kocaelidən Aliağaya doğru hərəkət edən "ALSU" adlı ticarət gəmisi ilə İskenderun limanından Karadeniz Ereğliyə istiqamətlənən "Tuğberk İmamoğlu" ticarət gəmisi toqquşub. Qəzadan sonra "Tuğberk İmamoğlu" gəmisinin 10 nəfərlik heyəti ilə əlaqə kəsilib.
Hadisə ilə bağlı İstanbul şəhərinin Silivri Prokurorluğu tərəfindən aparılan təhqiqat çərçivəsində iki nəfər həbs edilib. "ALSU" gəmisinin aşpazı istisna olmaqla, 10 nəfərlik heyətindən 9 nəfəri şübhəli qismində dindirilib. İfadələri gəmidə alınan altı şübhəli hakim qarşısına çıxarılıb.
Məhkəmə "ALSU" gəmisinin birinci və üçüncü kapitanları barəsində həbs qətimkan tədbiri, digər dörd şəxs barəsində isə məhkəmə nəzarəti qətimkan tədbiri seçib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 333 Tarix: 05 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranın təhdidləri ABŞ-ni qorxutdu: Diplomatlar təcili təxliyə olunurlar
ABŞ hökuməti İran tərəfindən gözlənilən hücum xəbərdarlıqları fonunda Yaxın Şərqdə yerləşən bəzi nümayəndəliklərindən diplomatları və onların ailə üzvlərini təcili şəkildə təxliyə etməyə başlayıb. xəbər verir ki, bu barədə məlumatı mənbələrə istinadən CNN telekanalı yayıb. "Təxliyə prosesi məyusedic
25 oktyabrEboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib
Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib. "Report"un məlumatına görə, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir. "Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmi
25 oktyabrÖlüm xəbəri yayılan Kim Çen In dünyanın ən qüdrətli ordusunu yaradır
Şimali Koreyanın (KXDR) lideri Kim Çen In ölkədə dünyanın ən güclü silahlı qüvvələrinin formalaşdırılmasını ən vacib prioritetlərdən biri kimi qiymətləndirib. -ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi oktyabrın 22-23-də Pxenyanda baş tutan Koreya Xalq Ordusu (KXO) bölük komandirlərini
24 oktyabr83 yaşlı qadın toyundan əvvəl əməliyyat olundu
Rusiyanın paytaxtı Moskvada həkimlər toyuna hazırlaşan 83 yaşlı qadını xərçəng xəstəliyinə görə uğurla əməliyyat ediblər. Bu barədə N.N. Bloxin adına Milli Tibbi Onkologiya Tədqiqat Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yaşına baxmayaraq, qadın fəal həyat tərzi keçirir, mütəmadi idmanl
24 oktyabrKomaya düşdüyü deyilirdi - Çinə səfər etdi
Şimali Koreya lideri Kim Çen In Çinə səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən Cənubi Koreyanın "Yonhap" agentliyi yayıb. Kim Çen Inın Çinə səfəri bu yaxınlarda Dandun bölgəsində iki ölkə arasında yeni açılan körpü vasitəsilə baş tutduğ
24 oktyabrXəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində içərisində iki balıqçının olduğu qayıq aşıb. Onlardan birinin cəsədi dərhal tapılmışdı, ikinci şəxsin axtarışları isə dörd gün sonra, bu gün yekunlaşıb. xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "İkinci itki
25 oktyabrMeqan Marklın atası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb
Sasseks hersoginyası Meqan Marklın atası, 82 yaşlı Tomas Markl ətrafında yaranan qalmaqalla bağlı yeni təfərrüatlar üzə çıxıb. Axşam.az xəbər verir ki, Meqan daha əvvəl açıqlamasında uzun illərdir ünsiyyət saxlamadığı atası haqqında narahatedici məlumatlardan 2018-ci ildə xəbər tutduğunu deyib. Meqanı
25 oktyabr