Dünyada İLK: Donuz böyrəyi ilə doqquz ay yaşadı, sonra insan orqanı köçürüldü - FOTO

Dünyada İLK: Donuz böyrəyi ilə doqquz ay yaşadı, sonra insan orqanı köçürüldü - FOTOABŞ-də dünyada ilk dəfə olaraq bir pasiyent donuz böyrəyi ilə doqquz ay yaşayıb, ardınca isə ona uğurla insan orqanı köçürülüb.

Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Məlumata görə, eksperimental əməliyyat zamanı 66 yaşı olan Tim Endryus diabet və hipertoniyadan əziyyət çəkirdi. Qan qrupunun nadir olması səbəbindən onun uyğun donor böyrəyi tapmaq şansı çox aşağı idi. 2025-ci ilin yanvarında o, genetik modifikasiya edilmiş donuz orqanının köçürülməsinə razılıq verib.

Donuz böyrəyi 271 gün fəaliyyət göstərərək Endryusun dializdən imtina etməsinə imkan yaradıb. Orqan qanı təmizləyib, əməliyyatdan sonrakı müddətdə xəstənin iştahası, eləcə də əzələ kütləsi bərpa olunub. Daha sonra damarlarda yaranan tromblar səbəbindən böyrək xaric edilib.

2026-cı ilin yanvarında Endryusa uyğun insan donorundan böyrək köçürülüb. Bu hadisə sübut edib ki, əvvəlcədən donuz orqanının transplantasiyası sonradan insan orqanının köçürülməsinə heç bir maneə yaratmır.

Ümumilikdə, FDA proqramı çərçivəsində beş pasiyentə "eGenesis" biotexnologiya şirkəti tərəfindən yaradılmış donuz böyrəkləri köçürülüb. Onlardan üçü bu orqanlarla səkkiz aydan çox yaşayıb. Həkimlər sözügedən texnologiyanı insan donoru gözləyən xəstələr üçün müvəqqəti "körpü" kimi qiymətləndirirlər.

Dünyada İLK: Donuz böyrəyi ilə doqquz ay yaşadı, sonra insan orqanı köçürüldü - FOTO


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 260   Tarix: 06 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rus ordusu daha iki kəndi işğal etdi

Rusiya ordusu Zaporojye vilayətinin Çervonıy Yar və Yulyovka yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

21 oktyabr
.

Mask respublikaçılara 445 milyon dollar bağışladı

CNN-in məlumatına görə, iş adamı Elon Musk ABŞ Konqresinin ara seçkilərinə ən azı 445 milyon dollar ianə edib. xəbər verir ki, kanalın məlumatına görə, ianələrin əhəmiyyətli bir hissəsi respublikaçıların ABŞ Senatında təsirlərini qoruyub saxlamalarına kömək üçün xərclənib. CNN qeyd edir ki, "Pu

23 oktyabr
.

Çində 7 bal gücündə zəlzələ baş verib

Çinin Tibet Muxtar Rayonunda 7,0 maqnitudalı güclü zəlzələ baş verib. İlkin məlumatlara görə, yeraltı təkanların episentri Tibet bölgəsinin şimalındakı Naqçu ərazisində yerləşib. Zəlzələ yerli vaxtla saat 22:33-də qeydə alınıb. Reuters-in yaydığı məlumata əsasən, zəlzələnin ocağı yer səthinə yaxın olub

22 oktyabr
.

Robert Köçəryanın oğlunun həbs müddəti uzadılıb

Ermənistan məhkəməsi sabiq prezident Robert Köçəryanın böyük oğlu - Sedrakın həbs müddətini daha iki ay uzadıb. xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Sedrak Köçəryan atası ilə birlikdə vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və rüşvət almad

23 oktyabr
.

ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon dollarlıq texnika verib

ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon ABŞ dolları dəyərində nəqliyyat və xüsusi avadanlıq təhvil verib. xəbər verir ki, bu barədə Ermənistan mediası ABŞ-nin Ermənistandakı səfirliyinə istinadən məlumat yayıb. Təhvil-təslim ABŞ Dövlət Departamentinin ixrac nəzarəti və sərhəd təhlükəsizliyi (EXBS

23 oktyabr
.

Avstriya Rusiya diplomatlarını qovdu

Avstriya Xarici İşlər Nazirliyi dörd rus diplomatı ölkədən çıxaracaq. xəbər verir ki, bu barədə "Profil" nəşri məlumat yayıb. Məlumata görə, onlar arzuolunmaz şəxs elan ediliblər. Həmin şəxslər casusluqda şübhəli bilinirlər

23 oktyabr
.

Tramp jurnalistə əsəbiləşdi: Axmaq insansan!

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların qaldırılması ilə bağlı sual verdiyinə görə jurnalistə əsəbiləşib. xəbər verir ki, jurnalist Trampa "Girov götürülmüş şəxsin azad edilməsini təmin etmək üçün Rusiyaya qarşı həmin sanksiyaların ləğv edilməsi Rusiyaya güzəştə getmək deyildisə

22 oktyabr
.

Türkiyə Səudiyyə Ərəbistanına hərbçilər göndərəcək

Türkiyə hakimiyyəti Səudiyyə Ərəbistanında hərbi kontingentin yerləşdirilməsinə icazə verən sənədi parlamentə təqdim etməyi planlaşdırır. xəbər verir ki, "Reuters" bu barədə hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) olan deputata istinadən məlumat yayıb. Deputatın sözlərinə görə, sənə

21 oktyabr
.

Ağ Evdən İrana hücumla bağlı açıqlama: ABŞ seçkilərə qədər zərbə endirməyəcək

Ağ Ev ABŞ-ın noyabr ayında keçiriləcək aralıq seçkilərindən əvvəl İrana hücum etməyəcəyini açıqlayıb. Bəyanat regionda mümkün yeni hərbi əməliyyatlarla bağlı müzakirələrin intensivləşdiyi bir vaxtda verilib. Associated Press-ə istinadən xəbər verir ki, Ağ Evin sözçüsünün müavini Anna Kelli İsrailin Ba

22 oktyabr