Toy biznesində BÖHRAN: Şadlıq evləri mərasim zallarına çevrilir - VİDEO
Azərbaycanda toy mərasimlərinə marağın azalması şadlıq evlərinin fəaliyyətinə də təsir göstərir. Əvvəllər, demək olar ki, hər gün toy mərasimləri keçirilən məkanlarda indi boş günlərin sayının artdığı bildirilir.
Oxu.Az Baku TV-yə istinadən bildirir ki, sakinlərin sözlərinə görə, böyük toy mərasimləri əvəzinə kiçik və sadə məclislərə üstünlük vermək daha məqsədəuyğundur.
Onların sözlərinə görə, xüsusilə, gənclərin maddi imkanlarının məhdud olması toy xərclərini qarşılamağı çətinləşdirir.
"Ən yaxşısı 50 nəfərlik toydur. Çox xərc çəkməyə ehtiyac yoxdur. Böyük toy məclisi artıq şeydir", - deyə sakinlərdən biri mövzu ilə bağlı keçirilən sorğu zamanı söyləyib.
Restoran inzibatçıları da müştəri sayında azalma olduğunu bildirirlər. Onların sözlərinə görə, şadlıq evlərində menyu qiymətlərinə müəyyən endirimlər tətbiq olunsa da, əvvəlki tələbatı bərpa etmək mümkün olmayıb.
Bəzi məkanların hətta fəaliyyət istiqamətini dəyişərək mərasim evi kimi işləməyə üstünlük verdiyi qeyd olunur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1325 Tarix: 06 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İtkin hərbçiləri axtararkən şəhid olan İlkinin anası vəfat etdi
Vətən müharibəsindən sonra itkin düşmüş hərbçilərimizin axtarışı zamanı minaya düşərək şəhid olan İlkin Bayramovun anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhid anası yaşadığı Ağstafa rayonunda dünyasını dəyişib. O, ötən gün doğma kəndində dəfn edilib. Qeyd edək ki, İlkin Bayramov Vətə
13 oktyabrBakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 14-də 29 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərd
13 oktyabrBu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində bəzi ərzilərdə su kəsiləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, 12 oktyabr gecə saatlarından 13 oktyabr tarixi gün ərzind
12 oktyabrMəktəb direktorunun maşını yandırıldı - Fotolar
Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki, xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelin
12 oktyabr"Sabah"ın oyununa görə metro gücləndirilmiş rejimidə çalışacaq
Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, "Koroğlu" stansiyasınd
13 oktyabr