Məlumat sızıntılarına görə Pentaqonun 50-yə yaxın əməkdaşı poliqraf testindən keçirilib

Məlumat sızıntılarına görə Pentaqonun 50-yə yaxın əməkdaşı poliqraf testindən keçirilibABŞ-nin hökumət müstəntiqləri jurnalistlərə məlumatların sızmasının araşdırılması çərçivəsində ölkə Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin təxminən 50 əməkdaşını poliqraf testindən keçiriblər.

"Report" xəbər verir ki, bu barədə "The New York Times" nəşrinə vəziyyətlə tanış olan mənbələr bildiriblər.

Müstəntiqlər Birləşmiş Qərargah Rəisləri Komitəsinin hərbi qulluqçularından və mülki əməkdaşlarından jurnalistlərə məxfi məlumat ötürüb-ötürmədiklərini, eləcə də ABŞ-nin sursat ehtiyatlarının azalması barədə məlumat bildirib-bildirmədiklərini soruşublar.

Poliqraf yoxlamaları avqust ayında, uzaqmənzilli raketlər daxil olmaqla, ən mühüm sursat ehtiyatlarının azalması barədə silsilə yazıların dərcindən sonra aparılıb.

Mənbələrin sözlərinə görə, genişmiqyaslı yoxlama təkcə mümkün sızıntı mənbələrini aşkara çıxarmağa deyil, həm də gələcəkdə bu cür məlumatları ötürə biləcək digər əməkdaşları qorxutmağa yönəlib.

Yoxlamanın nəticələri barədə məlumat verilməyib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 261   Tarix: 06 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ çağırış etdi: Rusiyanı dərhal tərk edin!

İrkutsk vilayətində taun ehtimalı ilə bağlı məlumatlar fonunda ABŞ-ın Rusiyadakı səfirliyi hazırda ölkədə olan Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. xəbər verir ki, bu barədə səfirliyin yaydığı bəyanatda qeyd olunub. "Hazırda Rusiyada olan ABŞ vətəndaşları ölkəni dərhal tər

7 oktyabr
.

İstanbulda bina çökdü: saxlanılanlar var

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda çökən 7 mərtəbəli binanın memarı və tikinti sahəsinin rəhbəri saxlanılıb. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edək ki, binanın ilk üç mərtəbəsinin çökməsi nəticəsində 2 nəfər ölüb, xilasetmə qrupları isə dağıntılar altında qala

8 oktyabr
.

Rus ordusu Annopolyeni işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Annopolye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

8 oktyabr
.

Ukraynanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb

Ukraynanın Belarusdakı müvəqqəti işlər vəkili İvan Novitski Belarus Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" Belarus mediasına istinadən xəbər verir ki, bu barədə brifinqdə XİN-in mətbuat katibi Ruslan Varankov məlumat verib. Çağırışın səbəbi RF-nin Bryansk vilayətində Belarus avtomobilin

9 oktyabr
.

Finlandiyada pensiya yaşı 70-ə qaldırıla bilər

Finlandiyanın Maliyyə Nazirliyi ölkədə sosial təminat sistemində genişmiqyaslı islahatların aparılmasını, dövlət xidmətləri və müavinətlərin azaldılmasını, pensiya yaşının isə 70-ə çatdırılmasını təklif edib. Bu barədə "Yle" tele-radio şirkəti nazirliyin təqdim etdiyi islahat layihəsinə istinadə

7 oktyabr
.

Stiven Hokinqin süni intellektlə bağlı son xəbərdarlığı: O, bəşəriyyətdən nə istəyirdi?

Stiven Hokinq süni intellektlə bağlı xəbərdarlıq edərək bildirirdi ki, yüksək inkişaf etmiş süni intellekt özünü yenidən layihələndirə və intellekt baxımından insan təkamülünü geridə qoya bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Wion" yazıb. O, tədqiqatçıları süni intellektin məqsədlərin

9 oktyabr
.

Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib. Nazirlər Ermənistan-Türkiyə əməkdaşlığına dair məsələlər

9 oktyabr
.

Aİ rusiyalılara qarşı viza yoxlamalarını gücləndirmək və sanksiyaları artırmaq niyyətindədir

Avropa İttifaqı (Aİ) viza üçün müraciət edən Rusiya vətəndaşlarının yoxlanılmasını, o cümlədən müraciət edənlərin hərbi keçmişinin yoxlanışını sərtləşdirmək, eləcə də Rusiya fiziki və hüquqi şəxslərinə qarşı sanksiya siyahılarını "misli görünməmiş" şəkildə genişləndirmək niyyətindədir. "Report"u

9 oktyabr
.

Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk

Əfqanıstanın paytaxtı Kabil 2030-cu ilə qədər yeraltı su ehtiyatlarını tamamilə tükəndirən ilk müasir şəhər olmaq riski ilə üzləşib. "Qafqazinfo" xəbər verir ki, CNN-in "Prosper Global" təşkilatının hesabatına istinadən yaydığı məlumata görə, şəhərdə artıq bəzi ərazilərdə su çatışmazlığ

8 oktyabr