Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib
Ölkənin mərkəzi bankı rolunu yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini aşağı salmaqdan imtina edərsə, Vaşinqton bir neçə dövlətlə ticarət münasibətlərini dayandıra bilər.
"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, ABŞ-də dünyada ən aşağı faiz dərəcəsi olmalıdır.
"Faiz dərəcəsini aşağı salın, əks halda ticarət kəsiri olan dövlətlərlə ticarəti dayandıracağam, çünki ABŞ Ali Məhkəməsi tariflərə dair ağılsız və ölkəyə böyük məbləğə başa gələn qərarında dövlət başçısının belə addımlar atmaq üçün mütləq hüquqa malik olduğunu birmənalı şəkildə təsdiqləyib. Bu, rüsumlardan daha effektivdir", - Tramp əlavə edib.
FES iyulun sonunda keçirilən iclasın yekunlarına əsasən baza faiz dərəcəsini dəyişməyərək 3,5-3,75 % səviyyəsində saxlayıb. ABŞ tənzimləyicisinin faiz dərəcəsi məsələsinə həsr olunmuş növbəti iclası sentyabrın 15-16-na planlaşdırılıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 292 Tarix: 06 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Almazın yeni "qohumu" kəşf edildi
Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini
15 oktyabrErmənistanın Kanadada hərbi ataşesi fəaliyyət göstərəcək
Ermənistanın Kanadadakı səfirliyində hərbi ataşesi fəaliyyət göstərəcək. "Report" yerli mediaya istinadən xəbər verir ki, müvafiq qərar bu gün Ermənistan hökumətinin iclasında qəbul edilib. "Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatda Kanada ilə münasibətlərin daha da genişləndirilməsind
15 oktyabrRusiya Kiyevi vurdu: ölən və yaralananlar var
Rusiya ordusu Ukraynanın bir neçə şəhərinə, o cümlədən Kiyev, Xarkov və Dneprə raket zərbələri endirib. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, paytaxtın bir neçə enerji obyektinə zərbə vurulub, nəticədə şəhərin sol sahili qismən elektrikdən məhrum olub:. "Qoloseyevsk
14 oktyabrArtıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər
1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu
14 oktyabrNiderland Aİ ölkələrini Ukraynaya dəstəyi gücləndirməyə çağırıb
Niderlandın Baş naziri Rob Yetten Avropa İttifaqının (Aİ) liderlərini Ukraynaya dəstəyi gücləndirməyə çağırıb. "Report"un "İnterfaks-Ukrayna"ya istinadən verdiyi xəbərə görə, o, bunu Aİ Şurasının ikigünlük iclasında jurnalistlərə bəyan edib. "Bütün Avropa liderlərini maliyyə
15 oktyabrAlimlər nikahların dağılmasının riyazi düsturunu tapdı
İspaniyanın Sevilya Universitetinin alimləri romantik münasibətlərin və nikahların hansı səbəblərdən sona çatdığını izah edən riyazi model hazırlayıblar. Araşdırmaya görə, münasibətlərin pozulmasında əsas amillərdən biri tərəfdaşların emosional səylərinin qeyri-bərabər bölüşdürülməsi, digəri isə xaric
13 oktyabr