Orta əslərdə insanlar gecə iki dəfə yatırdılar - Birinci və ikinci yuxu nədir?
Orta əsrlərdə insanların bütün gecəni fasiləsiz yatmadığı, yuxunun iki ayrı mərhələyə bölündüyü bildirilir. Tədqiqatçılar hesab edir ki, insanlar gecənin ortasında oyandıqdan sonra həmin vaxtı dua etməyə, söhbətləşməyə, ev işlərinə və həyat yoldaşları ilə vaxt keçirməyə sərf edirdilər.
Lent.az xəbər verir ki, bu barədə tarixi mənbələrə əsaslanan araşdırma aparılıb.
Araşdırmaya görə, insanlıq tarixinin uzun bir dövründə iki mərhələli yuxu adi hal sayılıb. İlk yuxu təxminən saat 21:00-23:00 arasında başlayıb və bir neçə saat davam edib. Bundan sonra insanlar bir-iki saat oyaq qalıb, daha sonra yenidən yataraq səhərə qədər dincəliblər.
Birinci yuxu və ikinci yuxu nə idi?
Tarixçi Rocer Ekirx qədim sənədlərdə birinci və ikinci yuxu ifadələrinin dəfələrlə işlədilməsinə diqqət çəkib.
Onun araşdırdığı mənbələrdən biri 1699-cu ildə İngiltərədə baş verən qətl hadisəsi ilə bağlı məhkəmə ifadəsi olub. Doqquz yaşlı Ceyn Rout ifadəsində anası ilə birlikdə birinci yuxudan sonra oyandıqlarını bildirib.
Bu detal tarixçinin marağına səbəb olub və o, başqa mənbələri də araşdırmağa başlayıb. Nəticədə oxşar ifadələrin ədəbi əsərlərdə, tibbi mətnlərdə, mahnılarda və digər tarixi sənədlərdə də yer aldığı müəyyən edilib.
Birinci və ikinci yuxudan Cefri Çoserin "Kenterberi hekayələri" əsərində də bəhs olunur. Oxşar məlumatlara yalnız İngiltərədə deyil, başqa ölkələrə aid tarixi mənbələrdə də rast gəlinib.
Plutarx və Livi kimi qədim müəlliflərin əsərlərində də iki mərhələli yuxuya dair qeydlərin olması bu yuxu rejiminin Orta əsrlərdən daha əvvəl də yayıldığını düşünməyə əsas verir.
İnsanlar gecənin ortasında niyə oyanırdı?
Gecə oyanan insanlar həmin vaxtı sadəcə yataqda keçirmirdilər. Bəziləri ev işləri görür, digərləri dua edir və ya düşüncələrə dalırdı.
Ailə üzvlərinin yataqda söhbət etməsi də adi hal hesab olunurdu. Evli cütlüklər üçün isə gecənin bu hissəsi birlikdə və daha sakit vaxt keçirmək imkanı yaradırdı.
Ekirxın araşdırmalarına əsasən, insanlar gecə tualetə getmək, tütün çəkmək və hətta qonşularına baş çəkmək üçün də yataqdan qalxırdılar. Bəziləri həmin vaxt gördükləri yuxular haqqında düşünürdülər.
O dövrdə yuxu şəraiti indiki dövrlə müqayisədə xeyli fərqli idi. İnsanlar bəzən qohumları və digər ailə üzvləri ilə eyni yataqda yatırdılar. Gigiyenik şərait də zəif olduğundan yataqlarda bit, birə və digər parazitlərə rast gəlinirdi.
İki mərhələli yuxu niyə yoxa çıxdı?
Tədqiqatçılar hesab edir ki, insanların yuxu vərdişlərinin dəyişməsində əsas amillərdən biri süni işıqlandırmanın geniş yayılması olub.
İşıqlandırmanın inkişafı insanlara gün batdıqdan sonra daha uzun müddət oyaq qalmağa imkan verib. Süni işıq eyni zamanda yuxu və oyaqlıq dövrünü tənzimləyən melatonin hormonunun ifrazına da təsir edə bilir.
Maraqlıdır ki, insanların bir neçə həftə ərzində saat və süni işıqlandırma olmadan yaşadığı təcrübələrdə iki mərhələli yuxu rejiminin yenidən təbii şəkildə yarandığı müşahidə olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Süni intellekt indi də oğurluq etdi
Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Sabah Bakıya yağış yağacaq
Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
Qızıl bazarında son vəziyyət