Azərbaycanda toylar üçün YENİ ŞƏRTLƏR - 2 saat, maksimum 100 nəfər!
Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur.
Sosioloq Hüseyn İbrahimov "Yeni Sabah"a açıqlamasında bildirib ki, toy xərcləri artıq yalnız məclisə yazılan pullarla məhdudlaşmır, xüsusilə qadınların toy mərasiminə hazırlığı da ailələr üçün əlavə maliyyə yükü yaradır.
Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində toy mərasimlərində iştirak etmək bəzən mənəvi zövqdən daha çox sosial öhdəliyə çevrilir: pizza mizza
"Çox zaman insanlar ürəkdən toya getməkdən mənəvi zövq almırlar. Toyda iştirak məsələsi müəyyən mənada insanları bir-birinə borclu vəziyyətə salır. İnsanlar toya getdikdə yazılan pulu sonradan qaytarmaq məcburiyyətində qalırlar".
Sosioloq qeyd edib ki, maddi imkanın məhdud olması bəzi insanların gündəlik və hətta vacib işlərini təxirə salaraq toylarda iştirak etməsinə səbəb olur. O, toy mərasimlərinin şəhərlərdə əlavə nəqliyyat sıxlığı yaratdığını və bunun insanların psixoloji gərginliyini artırdığını da vurğulayıb.
H.İbrahimov hesab edir ki, toyların yaratdığı sosial və maliyyə yükünü azaltmaq üçün mərasimlərin keçirilməsi ilə bağlı müəyyən qaydaların tətbiqi müzakirə oluna bilər.
"Toylar iki saatdan artıq davam etməməlidir. Musiqinin səsi aşağı olmalıdır. Körpə uşaqların iştirakına məhdudiyyət qoyulmalıdır. Həmçinin toyda iştirak edənlərin sayı maksimum 100 nəfərlə məhdudlaşdırıla bilər. Ailə üzvləri - qadın və kişi birlikdə nəzərə alınmaqla, ümumi iştirakçı sayı 100 nəfərdən çox olmamalıdır", - deyə sosioloq bildirib.
Onun fikrincə, bu cür məhdudiyyətlər tətbiq olunarsa, insanların toy mərasimlərində iştirak etmə tezliyi və buna sərf olunan xərclər əhəmiyyətli dərəcədə azala bilər.
Sosioloq düşünür ki, nəticədə toyların kəmiyyətindən daha çox keyfiyyətinə diqqət yetirilər və mərasimlər insanlarda gərginlik deyil, daha xoş ab-hava yaradar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 13091 Tarix: 06 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ərazilərə yağış yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is
24 oktyabrPolkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy
22 oktyabrXƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
23 oktyabrSalyanda ağır qəza, ölən var - Video
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə
23 oktyabrNaibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Xalq artisti Naibə Allahverdiyeva gecə saatlarında xəstəxanaya yerləşdirilib. Bu barədə -in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 23.10.2026-cı il tarixində saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsin
23 oktyabr8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır
Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə
22 oktyabr