Putinlə görüşə ABŞ-dən daha kimlər gedib? - YENİ DETALLAR
Moskvadakı danışıqlarda Stiv Uitkoff və Cared Kuşnerlə yanaşı, ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Maliyyə Nazirliyinin nümayəndələri də iştirak ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" jurnalisti Barak Ravid mənbələrə istinadən "X" sosial şəbəkə hesabında bildirib.
"Uitkoff və Kuşner Prezident Trampın Rusiya-Ukrayna münaqişəsində sülhə nail olunması xəttini irəlilətmək üçün Putinlə görüşüblər. Tərəflər yaxın həftələrdə elan ediləcək növbəti addımlarla bağlı konkret planları müzakirə ediblər və sabah Ukraynada da eyni dərəcədə səmərəli görüşlərin keçiriləcəyinə ümid edirlər", - deyə Barak Ravid yazıb.
"Axios" jurnalistinin sözlərinə görə, Moskvaya səfər edənlər arasında ABŞ Maliyyə Nazirliyinin sanksiyalara cavabdeh olan yüksəkvəzifəli əməkdaşı Cin Lanq da olub. Lanq Vladimir Putinlə görüşdə iştirak etməsə də, onun xüsusi nümayəndəsi Kirill Dmitriyevlə təmasda olub.
Xatırladaq ki, sentyabrın 5-də Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ-nin nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşüb.
Rusiya liderinin köməkçisi Yuri Uşakovun görüşün yekunları ilə bağlı verdiyi məlumata görə, üç saatdan çox davam edən danışıqlar məzmunlu olub və hər iki tərəf üçün kifayət qədər faydalı keçib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 274 Tarix: 06 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərəkətdə olan iki nəhəng aysberq təhlükə yaratmaqda davam edir
Antarktidadan qopan A81 və D32 aysberqləri minlərlə kilometrlik yol qət etdikdən sonra Cənubi Corciya adasına doğru hərəkət edir. Yeni peyk görüntüləri onların marşrutunu göstərir. Mütəxəssislər aysberqlərin dayazlıqlarda ilişib qalması ehtimalına və gəmilər üçün təhlükə yaradan kiçik buz parçaların
23 oktyabrAğ Evdən İrana hücumla bağlı açıqlama: ABŞ seçkilərə qədər zərbə endirməyəcək
Ağ Ev ABŞ-ın noyabr ayında keçiriləcək aralıq seçkilərindən əvvəl İrana hücum etməyəcəyini açıqlayıb. Bəyanat regionda mümkün yeni hərbi əməliyyatlarla bağlı müzakirələrin intensivləşdiyi bir vaxtda verilib. Associated Press-ə istinadən xəbər verir ki, Ağ Evin sözçüsünün müavini Anna Kelli İsrailin Ba
22 oktyabrUkrayna özünün peyk rabitə sistemini yaradır
Ukrayna "Nokia" və İCEYE şirkətləri ilə əməkdaşlıq çərçivəsində özünün peyk rabitə sistemini yaradacaq. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. "İCEYE peyk kəşfiyyatı sahəsində ixtisaslaşıb və 2022-ci ildən bəri Ukrayna ilə əməkdaşlıq edir. "Nokia" telekommunikasiy
23 oktyabrMakron etirazlar fonunda ilk dəfə şagird və polislərlə görüşəcək
Fransa Prezidenti Emmanuel Makron etirazların yenidən başlaması ərəfəsində bu gün yuxarı sinif şagirdləri hərəkatının nümayəndələri və hüquq-mühafizə orqanları ilə görüşəcək. xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. Bu, yuxarı sinif şagirdləri və tələbələrin artıq bir aydan çoxdur dava
23 oktyabrPaşinyan növbədənkənar seçkiləri istisna etmir
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlı növbədənkənar seçkilərin keçirilməsi ehtimalını istisna etməyib. "Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında danışıb. Onun sözlərinə görə, yaxı
22 oktyabrABŞ-da ilginc yatırım: Klonlaşdırılmış itlər ordusu yaradılır
ABŞ-da ordu üçün xidməti itləri klonlaşdırmaq və genetik modifikasiya etmək üçün startap yaradılır. Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Startap proqram təminatı sahibkar Ben Lammın köməyi ilə yaradılır. İmzalanmış müqaviləyə əsasən startap ölkə daxilind
23 oktyabr