Nyu-Yorkda məktəblilərə süni intellekt qadağası
ABŞ-nin Nyu-York şəhərində məktəblilər üçün süni intellektdən istifadə ilə bağlı yeni qaydalar tətbiq olunub.
Axşam.az xəbər veirr ki, şəhərin dövlət məktəblərində 8-ci sinfə qədər şagirdlərin dərslər zamanı generativ süni intellekt alətlərindən istifadəsinə bir il müddətinə qadağa qoyulub. Qərar 2026-2027-ci tədris ilini əhatə edir və təxminən 600 min şagirdə şamil olunacaq.
Qadağanın əsas səbəbi uşaqların müstəqil düşünmə, problem həll etmə və müəllimlərlə canlı ünsiyyət bacarıqlarının qorunmasıdır. Şəhər rəhbərliyi hesab edir ki, süni intellektdən həddindən artıq istifadə uşaqların öyrənmə prosesinə mənfi təsir göstərə bilər.
Yeni qaydalara əsasən, 2-8-ci sinfə qədər şagirdlərin istifadə etdiyi generativ süni intellekt proqramları qadağan ediləcək. Süni intellektlə işləyən yoldaş və psixoloji dəstək çatbotlarından isə bütün siniflərdə istifadəyə icazə verilməyəcək.
Ali sinif şagirdləri üçün isə tam qadağa tətbiq olunmayacaq. 9-12-ci siniflərdə oxuyanlar süni intellektlə bağlı ildə iki dəfə xüsusi dərslərdə iştirak edəcək, bəzi məktəblərdə isə müəllim nəzarəti altında məhdud pilot proqramlara qoşulacaqlar.
Müəllimlərə isə süni intellektdən dərslərin planlaşdırılması və digər inzibati işlər üçün istifadə etməyə icazə veriləcək.
Nyu-York rəhbərliyi qarşıdakı bir il ərzində süni intellektin uşaqların təhsilinə təsirini araşdıracaq və gələcək illər üçün yeni qaydalar hazırlayacaq.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 291 Tarix: 06 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Üç ay əvvəl itkin düşmüşdü - Cəsədi tapıldı
Rusiyanın Oryol bölgəsində üç ay əvvəl itkin düşən 9 yaşlı qızın cəsədi tapılıb. Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Bildirilib ki, Viktoriya adlı azyaşlının cəsədi çoxmərtəbəli binanın zirzəmisində aşkar edilib. Müstəntiqlər hadis
15 sentyabr 2021Cərrahın eynəyi oğurlandı - Xəstələr əməliyyatsız qaldı
İngiltərənin Birminqem şəhərində ürək cərrahı Stiven Runi ürək əməliyyatı zamanı taxdığı fərdi durbin eynəkləri oğurlandığından onlarla xəstə əməliyyat oluna bilməyib. xəbər verir ki, bu barədə The Birmingham Mail məlumat yayıb. Oğurluq 11 sentyabr günü həkimin xəstəxananın kənarında dayanmış avtomobilində
15 sentyabr 2021Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı
Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb
17 sentyabr 2021Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-ya istinadən xəbər verir ki, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17 sentyabr 2021Broyler toyuqlarında da koronavirus aşkarlandı
Rusiyada toyuq əti qablaşdırmasında koronavirus infeksiyası aşkarlanıb. xəbər verir ki, virusu Çin hökuməti aşkarlayıb. Çinin Baş Gömrük İdarəsinin rəhbərliyi bildirib ki, ət və quş əti istehsal edən üç Rusiya müəssisəsindən ölkəyə ixrac edilən məhsulda COVID-19 aşkarlanıb
16 sentyabr 2021