Tramp: Demokratlar Ağ Evdəki bal zalını sökə bilməyəcək
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Demokratlar Partiyası istəsə belə, Ağ Evdə tikilən bal zalını sökə bilməyəcək.
"Report"un "New York Magazine"ə istinadən verdiyi məlumata görə, Tramp tikinti zamanı "ən möhkəm poladdan" və atom elektrik stansiyalarında istifadə olunan betondan yararlanıldığını qeyd edib.
"Bu, nüvə betonudur. Düşünürəm ki, onu dağıtmaq çox çətin olardı. O, nüvə hücumuna davam gətirmək üçün nəzərdə tutulub. Əmin deyiləm ki, onu sökmək mümkün olacaq", - deyə Tramp bildirib.
Ağ Evin adının açıqlanmadığı rəsmisinin sözlərinə görə, prezident bal zalının tikintisini öz irsinin bir hissəsi kimi nəzərdən keçirir və layihəni prezidentlik müddətinin sonuna qədər başa çatdırmağa çalışır. Mənbə qeyd edib ki, tikinti başa çatdıqdan sonra demokratların Trampın gördüyü işdən imtina etməsi çətin olacaq.
Bununla belə, Tramp özü də etiraf edib ki, vəzifədən getdikdən sonra ABŞ-da, ehtimal ki, onun şərəfinə heç kim abidə ucaltmayacaq. "Mən gedəndən sonra heç kim bunu etməyəcək", - deyə prezident bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 325 Tarix: 06 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Almazın yeni "qohumu" kəşf edildi
Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini
15 oktyabrPakistanda məktəbin damının uçması nəticəsində 18 nəfər həlak olub
Pakistanda məktəb damının çökməsi nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb, onlardan 17-si uşaqdır. xəbər verir ki, bundan əvvəl "Dawn" qəzeti dörd nəfərin öldüyü və 20 nəfərin yaralandığı barədə məlumat vermişdi. Nəşr bildirib ki, "Cümə axşamı günü özəl məktəbin damının uçması nəticəsind
15 oktyabrABŞ İran və Venesuelaya qarşı bu sistemdən istifadə edib
ABŞ Kosmik Qüvvələri İran və Venesueladakı əməliyyatları dəstəkləmək üçün radioelektron mübarizə sistemlərindən istifadə edib. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. Məlumata görə, bu sistemlər rəqibin peyk rabitəsini pozmaq, elektromaqnit təhdidlərini aşkar etmək və onları
15 oktyabrArtıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər
1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu
14 oktyabrRus ordusu iki kəndi işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Nefedovka və Çornoye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
15 oktyabr