Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı və birinci xanım Hərbi Dəniz Qüvvələrinin qərargahının qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən "MİRAS Hərbi-Sənaye Şirkəti" MMC-nin və "DEARSAN Gəmi İnşaat Sənaye" AŞ-nin birgə istehsalat sahəsində qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə hazırlanan SALVO (SİDV) silahlı insansız dəniz vasitələri, KAYRA (KİDV) kamikadze insansız dəniz vasitələrinin təyinatı və taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib.
Sonra dövlətimizin başçısı və birinci xanım istehsalat sahəsində görülən işlərlə tanış olublar.
Daha sonra burada istehsal olunan insansız dəniz vasitələri praktiki sınaqdan keçirilib.
Sonda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə hərbi quruculuq məsələlərinə dair operativ müşavirə keçirilib.















Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 642 Tarix: 06 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA
İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların
3 sentyabr 2021Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb
12 sentyabr 2021Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA
"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə
18 sentyabr 2021Zakir Həsənovdan türkiyəli generala başsağlığı
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu
11 sentyabr 2021"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind
2 sentyabr 2021Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur
Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl
8 sentyabr 2021Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI
Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı
15 sentyabr 2021"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB
Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam
31 avqust 2021