II Dünya müharibəsinin sağ qalan 5 veteranından biri vəfat etdi (FOTO)
II Dünya müharibəsinin Azərbaycanda sağ qalan az sayda iştirakçılarından biri, I dərəcəli "Vətən müharibəsi" ordenli Rəşid Qasımov vəfat edib.
Qaynarifno xəbər verir ki, bu barədə jurnalist Nadir Yalçın məlumat paylaşıb.
R.Qasımov 102 yaşında yaşadığı Göyçay rayonunda dünyasını dəyişib.
Qeyd edək ki, Rəşid Mənsim oğlu Qasımov 1924-cü il may ayının 9-da Füzuli rayonunda anadan olub.
18 yaşında II Dünya müharibəsinə yollanıb, 1945-ci ildə doğulduğu rayona I qrup əlil kimi qayıdıb. O, müharibədə sağ ayağını itirib. Müharibədə göstərdiyi şücaətə görə I dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilib.
Müharibədən qayıdandan sonra Füzuli rayonunda aqronom, zootexnik, ferma müdiri, briqadir vəzifələrində çalışıb. 1993-cü ildə məcburi köçkün kimi Göyçay rayonunun Xəlitli kəndində məskunlaşıb.
R.Qasımov Vətən müharibəsinin şəhidi, baş leytenat Səid Rəşidzadənin babası, Füzuli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nofəl Qasımovun atasıdır.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 659 Tarix: 07 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması, şagirdlər arasında vahid geyim mədəniyyətinin formalaşdırılması və məktəb mühitində bərabərliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi məktəb intizamının tərkib hissəsidir
14 oktyabrBU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?
Bu gün Azərbaycanda mövcud olan dünyəvi təhsil modelinin tarixi və ideya əsasları da bir əsrdən artıq müddətdə maarifçi ziyalılarımızın apardığı mübarizə ilə sıx bağlıdır. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Ömər Faiq Nemanzadə, Əli bə
15 oktyabrAzərbaycanda gənc əsgər vəfat etdi - Foto
Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə -a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki
15 oktyabrBu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 15-də paytaxtın Yasamal və Xəzər rayonlarında, həmçinin Biləcəri qəsəbəsində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"
15 oktyabrEhtiyatda olan polkovnik-leytenant vəfat etdi
Azərbaycan Silahlı Qüvvələrinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Məhəddin Cavadov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar. Bildirilib ki, bir neçə gün əvvəl bədbəxt hadisə ilə üzləşən və xəstəxanaya yerləşdirilən M.Cavadov tibbi müdaxiləy
14 oktyabr"Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir" - Azər Badamov
"Azərbaycan hüquqi, dünyəvi, demokratik və unitar dövlətdir. Konstitusiyamızda dövlətin dindən ayrı olması, təhsilin isə dünyəvi xarakter daşıması prinsipləri təsbit olunub. Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir. Nazirlər Kabinetinin müvafiq qərarının məqsədi də məktəbdə vahid təhsi
14 oktyabr