Bir-birinə yaxın tikilən obyektlər TƏHLÜKƏ SAÇIR - AÇIQLAMA

Bir-birinə yaxın tikilən obyektlər TƏHLÜKƏ SAÇIR - AÇIQLAMAObyektlərin bir-birinə həddindən artıq yaxın və ya bitişik tikilməsi yanğın zamanı alovun və tüstünün qonşu tikililərə daha sürətlə yayılması, həmçinin xilasedicilərin əraziyə girişinin çətinləşməsi kimi risklər yarada bilər. Buna görə tikinti zamanı obyektlər arasındakı məsafə, yanğına davamlılıq və digər təhlükəsizlik tələblərinin nəzərə alınması vacibdir.

Bəs, obyektlərin bir-birinə çox yaxın və ya bitişik tikilməsi hansı təhlükələr yaradır, yanğın zamanı alovun bir tikilidən digərinə keçməsinin qarşısını almaq üçün obyektlər arasında hansı məsafə və təhlükəsizlik normalarına əməl olunmalıdır?
Bir-birinə yaxın tikilən obyektlər TƏHLÜKƏ SAÇIR - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən inşaat məsələləri üzrə ekspert Muxtar Ərturan bildirib ki, obyektlərin bir-birinə həddindən artıq yaxın tikilməsi yalnız şəhərsalma problemi deyil, birbaşa yanğın təhlükəsizliyi məsələsidir.

"Yanğın zamanı alov təkcə birbaşa təmasla deyil, yüksək temperaturun şüalanması, tüstü və yanan hissəciklər vasitəsilə də qonşu tikiliyə keçə bilər.
Buna görə Azərbaycan normalarında binalar arasında yanğına qarşı ara məsafələri onların odadavamlılıq dərəcəsinə görə müəyyən edilir. Yaşayış və ictimai binalarda bu göstəricilər konkret konstruksiyadan asılı olaraq 6 metrdən başlayaraq 8, 10 və bəzi hallarda 15 metrə qədər yüksəlir. Yəni "bütün binalar arasında 6 metr kifayətdir" demək texniki baxımdan doğru deyil".

Ekspert bildirib ki, bitişik tikinti də mümkündür, amma bu, iki binanı sadəcə bir-birinə söykəmək demək deyil:

"Şəhərsalma və Tikinti Məcəlləsi qonşu binalar arasındakı məsafənin az olduğu hallarda yanğının yayılmasının qarşısını almaq üçün odadavamlı divarların tətbiqini nəzərdə tutur.
Digər kritik məsələ yanğınsöndürmə texnikasının binaya çıxışıdır. Normativ yanaşmada yanğın avtomobillərinin binaya yaxınlaşması və avtonərdivan və ya avtoqaldırıcı vasitəsilə insanların xilas edilməsi üçün sərbəst sahə saxlanılmalıdır. Bu keçidlərin sonradan avtomobillər, hasarlar və ya əlavə tikililərlə bağlanması çox ciddi təhlükə yaradır".

Onun sözlərinə görə, tikintidə hər boş kvadratmetri bina ilə doldurmaq olmaz:

"Binalar arasındakı məsafə itirilmiş torpaq deyil, yanğın zamanı insanların həyatını və yanğınsöndürənlərin müdaxilə imkanını qoruyan təhlükəsizlik zonasıdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 557   Tarix: 07 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21 oktyabr
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər

22 oktyabr
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr
.

Sabah Bakıya və rayonlara yağış yağacaq

Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

21 oktyabr
.

Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...

Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi zamanı avtomobillərin lent, gül və digər dekorlarla bəzədilməsi geniş yayılmış ənənələrdəndir. Lakin bu bəzəklər sürücünün görünüş dairəsini məhdudlaşdırdıqda, dövlət qeydiyyat nişanını və ya işıq cihazlarını örtdükdə, yaxud avtomobilin təhlükəsi

21 oktyabr
.

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir

Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl

22 oktyabr
.

Ərzaq qiymətləri yenə artır: Qışda vətəndaşları nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Ərzaq məhsullarının qiymətlərində artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artıb. Sentyabrda isə bu məhsullar üzrə qiymə

21 oktyabr
.

Kirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?

Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray

21 oktyabr