Qütb ayılarının neçə yaşı var? - Alimlər onların nə vaxt və harada yarandığını açıqladı
Qütb ayılarının məlum olan ən qədim fosilləri Şpitsbergen adasında və Norveçin şimalında tapılıb. Onların yaşı 115-130 min il olaraq müəyyənləşdirilib. Bu tarix sonuncu buz dövrünün başlanmasından əvvəlki dövrə təsadüf edir. Bununla belə, bəzi bioloqlar qütb ayılarının qonur ayılardan təxminən 600 min il əvvəl ayrıldığını düşünür.
Qaynarinfo xəbər verir ki, "Discover Wildlife"ın məlumatına görə, araşdırmalar qütb ayılarının sonuncu böyük buz dövründə dəniz məməlilərini ovlamaq üçün donmuş okeana çıxan qonur ayılardan törədiyini göstərir.
Təbii seçmə nəticəsində tükləri daha açıq rəngdə olan və bədənində daha çox yağ toplanan fərdlərin sağ qalmaq və çoxalmaq şansı daha yüksək olub.
Lakin bu proses birdəfəlik və dəqiq ayrılma şəklində baş verməyib. İki növ arasında sonrakı dövrlərdə də təkrar cütləşmələr qeydə alınıb. DNT analizləri qütb ayıları ilə Alyaskadakı qonur ayı populyasiyalarından biri arasında genetik fərqin cəmi 1 faiz olduğunu göstərir.
Nəşr qeyd edib ki, dəniz buzlaqlarının sahəsinin azalması dənizdən uzaqda yaşayan qütb ayılarının cənubdakı qohumları ilə yenidən qarışmasına səbəb olur. Buna səbəb həmçinin qonur ayıların son illərdə daha şimala doğru miqrasiya etməsidir.
Bundan əlavə, Arktik Alyaskanın sahilyanı ərazilərində qrizli ayıların Qrenlandiya balinalarının cəsədləri ilə qidalandığı hallar müşahidə edilib. Bəzi hallarda qrizlilər qütb ayıları ilə eyni ərazidə olub. İki növ arasında cütləşmə halları da sənədləşdirilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb
XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA
Qızıl bazarında son vəziyyət
Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"WhatsApp"a iki yeni funksiya gəlir
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video
"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!
Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
Ağ Evdən İrana hücumla bağlı açıqlama: ABŞ seçkilərə qədər zərbə endirməyəcək
Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Çində 7 bal gücündə zəlzələ baş verib