Nemo nöqtəsi: Yerin ən ucqar yeri haradır?
Cənub Sakit okeanında qurudan o qədər uzaq bir ərazi var ki, bəzən buraya ən yaxın insanlar Yer orbitində olan Beynəlxalq Kosmik Stansiyanın (BKS) astronavtları olur.
Qaynarinfo xəbər verir ki, söhbət məşhur Nemo nöqtəsindən - okeanın əlçatmazlıq qütbündən gedir. "Mirror"un yazdığına görə, Nemo nöqtəsi ən yaxın quru sahəsindən təxminən 2688 kilometr məsafədə yerləşir. Eyni zamanda, Yer səthindən təxminən 400 kilometr yüksəklikdə hərəkət edən BKS bu nöqtəyə quruda yerləşən istənilən insandan daha yaxın olur.
Bu ərazidə okeanın dərinliyi təxminən 4000 metrə çatır. Sivilizasiyadan son dərəcə uzaqda yerləşməsinə baxmayaraq, burada həyat mövcuddur: sularda mikroorqanizmlərlə yanaşı tuna balığı, qılıncbalığı və marlinlərə də rast gəlinir.
Lakin nəşrin qeyd etdiyi kimi, bu okean sahəsinin əsas məşhurluğu dəniz canlıları ilə deyil, kosmosla bağlıdır. Nemo nöqtəsinin ətrafındakı ərazi iri kosmik obyektlərin idarəolunan şəkildə Yerə qaytarılması üçün ən əlverişli yerlərdən biri hesab olunur.
Bölgə yaşayış məntəqələrindən uzaqda yerləşdiyi üçün kosmik aparatın qalıqlarının insanların və ya binaların üzərinə düşməsi ehtimalı olduqca azdır.
Məhz buna görə onilliklər ərzində istismardan çıxarılan kosmik aparatların bir qismi bu əraziyə yönəldilib. 1971-2016-cı illər arasında burada 260-dan çox kosmik obyekt okeana batırılıb.
Onların arasında sovet orbital stansiyaları "Salyut", eləcə də məşhur "Mir" stansiyası olub.
Burada BKS-nin tarixini başa çatdırmağı planlaşdırırlar
Sakit okeanın bu ucqar ərazisinə göndəriləcək növbəti böyük konstruksiya BKS olacaq. Stansiyanın 2030-cu illərin əvvəlində istismardan çıxarılması planlaşdırılır. Missiyası başa çatdıqdan sonra stansiyanın orbitdən çıxarılaraq Nemo nöqtəsinə doğru yönəldilməsi nəzərdə tutulur.
Gözlənilir ki, konstruksiyanın böyük hissəsi atmosferə daxil olarkən parçalanacaq, qalan fraqmentlər isə əvvəlcədən müəyyən edilmiş təhlükəsiz zonada okeana düşəcək.
Nə üçün məhz bu ərazi seçilib?
Nemo nöqtəsi qurudan o qədər uzaqda yerləşir ki, bir növ "kosmik tullantı poliqonu" kimi istifadə olunur. Böyük yaşayış məntəqələrinin olmaması bu ərazini kosmik tullantıların idarəolunan şəkildə düşürülməsi üçün əlverişli edir.
Bundan əlavə, akvatoriyanın əhəmiyyətli hissəsi milli ərazi sularından kənarda yerləşir ki, bu da belə əməliyyatlar üçün ərazinin seçilməsini asanlaşdırır.
Beləliklə, planetin ən ucqar və yaşayış olmayan ərazilərindən biri zamanla kosmonavtika tarixinin ən məşhur qurğularından biri olan Beynəlxalq Kosmik Stansiyanın son dayanacağına çevrilə bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 621 Tarix: 07 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Niderlandda bıçaqlı hücum: Ölən və yaralananlar var
Niderlandın Almelo şəhərində bıçaqlı hücum nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. Trend-ə istinadən bildirir ki, bu barədə Niderland polisi bildirib. Qeyd olunur ki, hücum edən şəxs özü yaralı vəziyyətdə saxlanılıb. Polis hücumun qarşısını almaq üçün atəş açmalı olub. Hadisəni
17 sentyabr 2021Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı - ANBAAN VİDEO
İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb. " "a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güll
16 sentyabr 2021Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO
ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı
17 sentyabr 2021Rusiyalı uşaq Türkiyədə VALİDEYNLƏRİNİN GÖZÜ QARŞISINDA qəfildən öldü
Valideynləri ilə Türkiyəyə tətilə gedən 4 yaşlı Rusiya vətəndaşı anidən dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, azyaşlı valideynlərinin yanında qəflətən özünü pis hiss edib. Həkimə müraciət etsələr də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Onun hansı səbəbdən öldüyü hələlik dəqiqləşdirilməyib
16 sentyabr 2021Şahzadə Harri ilə Meqan Marklın bu fotosu gülüş obyektinə çevrildi
Xəbər verdiyimiz kimi, ABŞ-ın "Time" jurnalı 2021-ci ilin ən nüfuzlu 100 şəxsinin siyahısını açıqlayıb. Həmin siyahıya daxil olan şahzadə Harri və Meqan Markl jurnalın bu mövzuya aid yeddi üz qabığından birində yer alıblar. "Qafqazinfo"ya istinadən xəbər verir ki, cütlüyün sözügedə
17 sentyabr 2021Paşinyana görə deputatlardan şüşə butulkalar yığıldı
Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. -a istinadən xəbər verir ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlarda
16 sentyabr 2021Görün velosipedi necə sürdü - ŞOK SÜRƏT - VİDEO
Tayvanlı gənc yeni rekorda imza atıb. -a istinadən məlumat verir ki, o, velosipedə təyyarə mühərriki yerləşdirərək avtomobil sürəti ilə hərəkət etməyə nail olub. Bu işdə ona bir professor kömək edib. Nəticə uğurlu olsa da, sürəti 133 km/saat olan velosiped cəmi 30 saniyə hərəkət edib. Yanacaq çənini
17 sentyabr 2021İnsanları aldadaraq pul yığan şəxs saxlanıldı - 171 manatı ƏLİNDƏN ALINDI
Türkiyə bələdiyyə polisi evinin yandığını deyərək dilənən dilənçini saxlayıb və yığdığı pulu əlindən alıb. "Haber Globa"a istinadən xəbər verir ki, həmin şəxs insanların duyğularından istifadə edərək onlara işləyə bilmədiyini,. evinin yandığını deyib və bu yolla onlardan pul alıb. O insanlar
17 sentyabr 2021