David Seliverstov dövlət büdcəsinə vurulan zərərin ödənilməsini tələb etdi , Çingiz Qənizadə isə onu ŞANTAJ ETDİ - VİDEO

David Seliverstov dövlət büdcəsinə vurulan zərərin ödənilməsini tələb etdi , Çingiz Qənizadə isə onu ŞANTAJ ETDİ - VİDEOMagen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov sosial şəbəkədə paylaşdığı növbəti videoda hüquq müdafiəçisi Çingiz Qənizadənin, Rəşad Allahverdiyevin və Nəsimi Məmmədovun yalanını ifşa edib.

Sonxeber.az xəbər verir ki, David Seliverstov qeyd edib ki, nəhayət, Çingiz Qənizadə sükutu pozdu. Lakin onun açıqlaması vəziyyəti aydınlaşdırmaq əvəzinə, 90 min dollar məsələsi ətrafında yeni və daha ciddi suallar yaradıb.
Çingiz Qənizadənin mövqeyini müdafiə edən şəxslərin media çıxışları ilə əvvəlki görüntülər arasında ziddiyyətlər açıq şəkildə görünür. Xüsusilə Rəşad Allahverdiyevin son açıqlaması diqqət çəkir.Rəşad Allahverdiyev iddia edir ki, guya təqdim olunan video montaj edilib və 90 min dolların "borc" kimi verilməsi barədə ifadə süni şəkildə formalaşdırılıb. Lakin orijinal video ictimaiyyətə təqdim olunub və həmin görüntüdə Rəşad Allahverdiyevin 90 min dolların borc kimi verildiyini və sonradan geri qaytarıldığını bildirdiyi eşidilir.

Belə olan halda sual sadədir: Orijinal video ortadadırsa, montaj iddiasının əsası nədir?Daha bir ziddiyyət Nəsimi Məmmədovun əvvəlki və sonrakı açıqlamaları arasındadır. Əvvəlki görüntülərdə 90 min dolların iş üçün verildiyi və pulun geri qaytarıldığı barədə fikir səsləndirilir. Sonrakı açıqlamada isə tamamilə başqa mövqe ortaya qoyulur.
İctimaiyyətin qarşısında sual yaranır: Hansı versiya doğrudur?

"Polisləri tökəcəm" iddiası da cavabsız qalır

Nəsimi Məmmədovun guya ona hədə-qorxu gəlinməsi barədə açıqlaması da ciddi araşdırmaya ehtiyac duyur.
O, iddia edir ki, telefon danışığında ona "yerini de, ora polisləri tökəcəm və həbsdə olan qardaşının başına oyun açacam" deyilib.Bu iddianı rədd edirəm. Belə bir söhbət olmayıb.

Üstəlik, burada hüquqi məntiq baxımından da maraqlı məqam var. Əgər bir şəxs polisə müraciət edəcəyini bildirirsə, bu nə vaxtdan şantaj hesab olunur? Əgər Nəsimi Məmmədov həqiqətən belə hədə ilə üzləşibsə, onun hüquqi müdafiə imkanları kifayət qədər genişdir. Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə müraciət edə, polis orqanına ərizə verə və məsələni rəsmi araşdırmaya çıxara bilərdi. Bəs niyə belə edilməyib?".

David Seliverstov vurğulayıb ki, Çingiz Qənizadə istintaq orqanı deyil:

"Çingiz Qənizadədən gözlənti ən azı onun hüquq müdafiəçisi kimi fəaliyyətindən irəli gələn hüquqi çərçivəyə əməl etməsi idi.Əgər ona hər hansı cinayət və ya qanun pozuntusu barədə məlumat daxil olubsa, qanuni yol bəllidir: müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmək.Hüquq müdafiəçisi əməliyyat-axtarış tədbirləri aparan, təhqiqat və istintaq həyata keçirən, yaxud məhkəmə səlahiyyətlərini icra edən dövlət orqanı deyil.Ona görə də hüquq müdafiəçisi statusundan çıxış edərək özəl araşdırma aparılması və əldə edilən məlumatların sonradan media vasitəsilə ictimaiyyətə təqdim olunması ciddi hüquqi suallar yaradır.Əgər ortada cinayət faktı olduğuna dair əsaslı şübhə vardısa, niyə dərhal hüquq-mühafizə orqanlarına müraciət edilmədi?

Çingiz Qənizadənin açıqlamalarında ən diqqətçəkən ziddiyyətlərdən biri də şikayətlərin sayı ilə bağlıdır.
İlk açıqlamalarda 100-ə qədər şikayətdən danışılırdı. Son açıqlamada isə rəqəm 7-yə düşüb.100 və 7 arasında kifayət qədər böyük fərq var.Bu rəqəmlərdən hansı həqiqəti əks etdirir?Əgər həqiqətən 100-ə qədər şikayət yox idisə, əvvəlki açıqlamanın məqsədi nə idi? Əgər 100-ə yaxın şikayət var idisə, sonradan niyə 7 şikərdən danışılır? İctimaiyyətə bu sualların cavabı verilməlidir.

Ən önəmlisi isə 8 ay gözləməyin səbəbi nədir? Digər mühüm məsələ 90 min dolların vaxtı ilə bağlıdır.
Əgər bu pulun 8 ay əvvəl verildiyi iddia edilirsə, nə üçün məsələ avqustun 3-də gündəmə gətirilib?
Əgər ortada cinayət əlaməti olduğu düşünülürdüsə, nə üçün 8 ay ərzində hüquq-mühafizə orqanlarına müraciət edilməyib?Bu sualın cavabı xüsusilə vacibdir. Çünki cinayət iddiası ilə media kampaniyası arasında ciddi hüquqi fərq var".

David Seliverstov söyləyib ki, ailəmi hədəfə çevirmək qəbuledilməzdir:

"Məsələ artıq yalnız 90 min dollar ətrafında mübahisə deyil.Mənim ailə üzvlərimin adlarının və şəkillərinin müxtəlif media resurslarında müzakirə mövzusuna çevrilməsi qəbuledilməzdir. Həyat yoldaşıma edilən zənglər və ona guya "Çingiz Qənizadə ailəni biabır edəcək" məzmununda mesajların çatdırılması ilə bağlı səs yazılarının mövcud olduğunu bildirirəm. Bu materiallar hüquqi proses çərçivəsində təqdim ediləcək.Ailə dəyərləri mənim üçün 90 min dollardan da yüksəkdir.Mənim üçün bu artıq şəxsi mübahisə deyil. Söhbət bir ailənin nüfuzuna, şəxsi toxunulmazlığına və şərəf-ləyaqətinə münasibətdən gedir.

Qənirə Paşayevanın adının bu məsələyə salınması nə qədər etikdir?

Daha bir narahatedici məqam bəzi media resurslarında mərhum deputat Qənirə Paşayevanın və Qəzənfər Paşayevin şəkillərinin müxtəlif səs-küylü başlıqlarla təqdim olunmasıdır. İctimai maraq adı altında mərhum deputatın adını və ailə üzvlərimin adlarının mübahisəli media kampaniyasına cəlb edilməsi nə hüquqi, nə də mənəvi baxımdan normal yanaşma sayıla bilər.

Bundan əlavə Çingiz Qənizadə mənim onlardan 1,5 milyon dollar istədiyimi bildirir. Xeyir, istəmirəm, tələb edirəm ki, dövlətə vurulan zərərin qalan hissəsi də ödənilməlidir. Nizami Məmmədovun qardaşı deyir ki, guya istintaqda onu aldadıb, 12 milyon ödətdiriblər. Nəsimi Məmmədov o sənin dədənin pulu deyil. Əlbəttə ki, dövlətə vurduğunuz zərəri ödəməlisiniz. Hətta yerdə qalan 6 milyonu da".

""90-cı illərin metodları" artıq işləmir. Bu gün Azərbaycan 90-cı illərin əvvəllərindəki kimi deyil. Heç kim özünü hüquq-mühafizə orqanı, istintaqçı və ya məhkəmə kimi aparmamalıdır. Hər bir iddianın hüquqi qiymətini dövlətin səlahiyyətli qurumları verməlidir.Əgər cinayət varsa, araşdırılsın, hüquq pozuntusu varsa, məsuliyyət müəyyən edilsin, ittihamlar əsassızdırsa, bunu da hüquqi müstəvidə ortaya qoymaq lazımdır. Mənim vəkillərim artıq Çingiz Qənizadə və onunla əlaqələndirilən media resursları ilə bağlı hüquqi prosedurlara başlayıblar. Bundan sonra məsələ hüquqi müstəvidə həll olunacaq. Mən sona qədər mübarizə aparacağam.Çünki burada söhbət yalnız 90 min dollardan getmir. Söhbət həqiqətin ortaya çıxmasından, ailəmin nüfuzunun qorunmasından və heç kimin hüquq müdafiəçisi statusundan istifadə edərək özünü istintaq orqanının yerinə qoymamasından gedir.Bu gün AXCP dövrü deyil. Bu gün qanun var, hüquq var və hər kəs qanun qarşısında cavab verməlidir", - deyə David Seliverstov vurğulayıb.

David Seliverstovun sosial şəbəkədəki özünün şəxsi səhifəsində paylaşdığı həmin videoları aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz:

https://www.facebook.com/share/v/19AWnFLfz7/

https://www.facebook.com/share/1DX4bdniGj/


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 600   Tarix: 07 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın! - Foto

Azərbaycanda jurnalistlər də kibercinayətkarların hədəfindədir. xəbər verir ki, işbazlar tanınmış şəxsin adından yazaraq guya DTX və ya digər hüquq-mühafizə orqanlarından zəng gələcəyini xəbər verirlər. Bundan sonra başqa bir şəxs vətəndaşla əlaqə saxlayır, hədə-qorxu gələrək qanunsuz tələblər irəl

14 oktyabr
.

Yevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 23-cü ildönümünə həsr olunmuş "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətini

16 oktyabr
.

Əhalinin son sayı - Açıqlandı

İlin əvvəlindən ölkə əhalisinin sayı 17445 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il sentyabr ayının 1-i vəziyyətinə 10279796 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən 0 oktyabr 2026-cı ilədə

16 oktyabr
.

Məktəblərdə vahid geyim: Dünyəvilik və sosial bərabərlik məsələsi

"Bu gün cəmiyyətimizdə müzakirə olunan məsələlərdən biri də məktəblərdə vahid forma məsələsidir. İlk növbədə, dünyəvi dövlət anlayışı dövlət müəssisələrinin və təsisatlarının da dünyəviliyini nəzərdə tutur. Dünyəvilik dövlətin bütün sosial institutlarını əhatə edən anlayışdır. Əgər Konstitusiyamızd

15 oktyabr
.

İlham Əliyevin AQEM Zirvəsində çıxışı: Azərbaycanın beynəlxalq nüfuzu, ədalətli dünya nizamı və regional sülh strategiyası

2026-cı il oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, müstəqil xarici siyasət kursunu və Avrasiya məkanında mühüm siyasi, iqtisadi və nəqliyyat mərkəzlərində

16 oktyabr
.

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün

15 oktyabr
.

Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var

Bakının Sabunçu qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -a istinadla xəbər verir ki, təcili yardım maşını kişi cinsli piyadanı vuraraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunublar. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsind

16 oktyabr
.

Məktəb həyatı məşhur fotoqrafın obyektivində: Cəlal Kəngərli məktəblilərin bir gününü lentə alıb

Məktəbdə çəkilmiş bir fotoşəkilə diqqətlə baxın. Kadrın bir tərəfində bir-biri ilə gülüşən uşaqlar, digər tərəfində kitabını sinəsinə sıxaraq sinfə tələsən şagird, bir qədər aralıda isə müəllimin ətrafına toplaşaraq nəsə danışan balacalar görünür. Kiminin üzündə sevinc, kiminin baxışlarında maraq, kimini

15 oktyabr
.

Kəlağayı bizim milli geyimimizdir: Milli irsimizi yalnız bayramlarda xatırlamamalıyıq

Azərbaycanın milli geyim mədəniyyətindən danışarkən kəlağayını kənarda qoymaq mümkün deyil. İpəyin zərifliyini, naxışların mənasını, nəsillərdən-nəsillərə ötürülən sənətkarlıq ənənələrini özündə birləşdirən bu baş örtüyü xalqımızın tarixindən xəbər verir. Kəlağayı sadəcə geyim elementi deyil, Azərbayca

14 oktyabr