"40 ilin həkimi olan atamın müqaviləsinə vaxtından tez xitam verildi" - Video
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həkimin əmək müqaviləsinə vaxtından əvvəl xitam verildiyi iddia olunur.
"Qafqazinfo" xəbər verir ki, bu barədə həkimin oğlu, poliqlot Aslan Məmmədzadə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, atası Etibar Məmmədov Lənkəran səhiyyəsində 40 il fəaliyyət göstərib: "İki il əvvəl atamın 65 yaşı tamam olur, təqaüdə çıxdığı zaman Mərkəzi Xəstəxananın baş həkimi atamla əlaqə saxlayır və bildirir ki, "doktor, bizdə kadr çatışmazlığı var. Siz də uyğun bilirsinizsə, qalıb fəaliyyətinizi davam etdirə bilərsiniz". Sağ olsun, atamın fəaliyyətini yüksək qiymətləndirir.
Atam da bu təklifi qəbul edir və müqavilə əsasında öz fəaliyyətinə davam edir. İki il ərzində Mərkəzi Xəstəxanada rəhbərlik dəyişilir və İnsan Resursları şöbəsinin müdiri Elbəy Fətəliyev atamla əlaqə saxlayır. Deyir ki, "doktor, artıq qaydalar dəyişib. Əgər fəaliyyətinizi davam etdirmək istəyirsinizsə, mənim dediyim qaydalarla addımlamaq lazımdır" və bununla da atamın qarşısına müəyyən şərtlər qoyur.
Atam bu şərtləri qəbul etməyincə, Elbəy Fətəliyev altdan-altdan öz işini görür, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edir, baş həkimə yalan məlumatlar ötürür və atamın müqaviləsinin bitməsinə 6 ay qalmış xitam verir".
A.Məmmədzadə həmçinin müqaviləyə xitam verilərkən Əmək Məcəlləsinin tələblərinə əməl olunmadığını iddia edib: "Yanlış maddə ilə atamı işdən çıxarır, həkimi manipulyasiya edir, psixoloji təzyiq göstərir, heç bir prosedura riayət etmir. Qeyri-etik davranaraq bu prosesləri tamamlayır. Sözün düzü, söhbət mənim atamdan və ya hər hansı bir həkimin əmək müqaviləsindən getmir. Həkimin müqaviləsini dayandırmaq da normaldır, yəni qanun çərçivəsində ona xitam vermək də normaldır. Amma bunu niyə, hansı səbəbdən etmək, hansı şərtlər altında etmək çox vacibdir.
Düşünürəm ki,onun bu addımı bütün həkimlərə, həkimlik peşəsinə qarşı çox böyük hörmətsizlikdir. Mənə çox maraqlıdır ki, 40 ilini səhiyyə sahəsinə fəda verən bir həkimə qarşı Elbəy Fətəliyev bu cür davranırsa, o zaman yeni həkimlərə qarşı necə davranır, həqiqətən mən anlaya bilmirəm".
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, Aslan Məmmədzadə TƏBİB-ə dəvət olunub və müraciəti dinlənilib: "Lənkəran Rayon Mərkəzi Xəstəxanasında çalışan, pensiya yaşına çatmış 67 yaşlı həkim-otorinolarinqoloq Etibar Məmmədovun əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin və müqavilənin tələblərinə uyğunluğu yoxlanılacaq və nəticə barədə məlumat veriləcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1161 Tarix: 07 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ
23 oktyabrSaç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Saç şampunu seçərkən yalnız məhsulun markasına və qiymətinə deyil, onun tərkibinə və saçın xüsusiyyətlərinə də diqqət yetirmək vacibdir. Yanlış şampun seçimi saç dərisində quruluq, yağlanma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər. Bəs saç tipinə uyğun şampunu necə seçmək lazımdır, məhsulun tərkibindək
22 oktyabrMetronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni
23 oktyabrBakının iki rayonunda işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər
22 oktyabrSabah Bakıya yağış yağacaq
Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə
22 oktyabrLeyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin
22 oktyabrSalyanda ağır qəza, ölən var - Video
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə
23 oktyabrAzərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?
Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsini
23 oktyabr