Nazir müavini: Xəzərin səviyyəsinin aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir
Xəzər dənizinin su səviyyəsinin son onilliklərdə davamlı şəkildə aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir.
APA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) çərçivəsində keçieilən panel sessiyadakı çıxışında deyib.
"Sahilyanı zonaların dəyişməsi, ekosistemlərin daralması, suiti və nərə balıqları kimi növlər üçün risklərin artması bu prosesin əsas ekoloji nəticələrindəndir. Xəzərin dayazlaşması sahilyanı icmaların həyatına və regionda sahilyanı iqtisadi fəaliyyətə ciddi təsir göstərə bilər. Bu problemin həlli yalnız milli səviyyədə atılan addımlarla məhdudlaşa bilməz. Xəzəryanı dövlətlərin birgə səyləri və əlaqələndirilmiş fəaliyyətləri vacibdir",- Rauf Hacıyev bildirib.
O, su səviyyəsinin müxtəlif ssenariləri üzrə praktik və qabaqlayıcı tədbirlərin hazırlanması və həyata keçirilməsi xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
"Xəzər dənizinin mövcud vəziyyətinin öyrənilməsi və bu istiqamətdə atılan addımlar gələcəkdə digər su hövzələrinin üzləşə biləcəyi oxşar problemlərin həlli üçün də mühüm təcrübə formalaşdıra bilər", - nazir müavini qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 272 Tarix: 08 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellekt əmlak bazarında: Dəqiq hesablama apara biləcək?
Ədliyyə Nazirliyi daşınmaz əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi üçün süni intellekt əsaslı yeni rəqəmsal xidməti istifadəyə verib. Sistem əmlakın xüsusiyyətlərini və bazardakı məlumatları təhlil edərək onun təxmini qiymətini müəyyənləşdirir. Bəs süni intellekt mənzilin sahəsi, yerləşdiyi ərazi
8 oktyabrBu marşrutların hərəkət sxemləri dəyişdirildi
Paytaxtın Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) -a verilən məlumata görə, məhdudiyyət səbəbindən 133 və 170 nömrəli müntəzəm marşrutların hərəkə
8 oktyabrSumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərlənib - İDDİA
Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında azyaşlılara antibiotik iynəsi vurulduqdan sonra onların səhhətində ciddi ağırlaşmaların yarandığı iddia olunur. -a istinadən xəbər verir ki, yayılan məlumata görə, iynədən sonra uşaqlarda qıcolma, göyərmə və digər kəskin əks-təsirlər müşahidə olunub. İddialar
9 oktyabrMəktəbdə nizam-intizam niyə vacibdir? - Təhsil yalnız dərs keçməklə bitmir
Məktəb yalnız biliklərin öyrədildiyi məkan deyil. Şagirdlərin məsuliyyət, qarşılıqlı hörmət, qaydalara əməl etmək və cəmiyyət içində düzgün davranmaq vərdişləri də məhz burada formalaşır. Buna görə məktəbdə nizam-intizamın qorunması tədrisin keyfiyyəti və sağlam təhsil mühitinin yaradılması baxımında
9 oktyabrQəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı
Qəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, al
8 oktyabr