Varlı olmaq istəyirsinizsə, yoxsulluğa aparan 7 PİS VƏRDİŞDƏN UZAQ DURUN

Varlı olmaq istəyirsinizsə, yoxsulluğa aparan 7 PİS VƏRDİŞDƏN UZAQ DURUNBilirsinizmi ki, vərdişlərimiz fiziki və emosional vəziyyətimizə təsir edir, davranışlarımız həyatımızı proqramlaşdırır, hətta maddi durumumuzu müəyyənləşdirir. Hətta elə vərdişlər var ki, onları vaxt itirmədən tərgitməli və hər vəchlə özümüzdən uzaqlaşdırmalıyıq. Məsələn, vərdiş halına çevrilən 7 xüsusiyyət var ki, onlar nəinki insanın yoxsulluğundan xəbər verir, hətta insanı ona proqramlaşdırır.
Bu vərdişlərin nələrdən ibarət olduğunu təqdim edirik:
1. Özünə yazığı gəlmək
Özünə mərhəmət hissi taleyində yaşanmış uğursuzluqlara təəssüflənməklə başlayır. Nə bədən quruluşu, nə siması, nə maaşı, nə mənzili ürəyincə olur. Hər xırda problem, uğursuzluq özünə yazığın gəlməsi üçün bəhanə ola bilər.
Özünə yazığı gəlməyi vərdiş halına gətirən insanlar tezliklə ətrafdakıların gözündən düşür. Nəticədə bütün yaxşı əlaqələrini itirir, karyerada uğur əldə edə bilmir.
Əlbəttə ki, zavallıya yazığı gələn tapılar. Lakin həmin zavallı unutmamalıdır ki, həyatda özünə yazığı gəlməklə işini bitmiş saymamalıdır. Boş dayanmamalı, hansısa şirkətin zəng edib onu işə çağırmasını gözləməməlidir.
2. Hər şeyə qənaət etmək vərdişi
Mağazaya girən kimi ucuz mallar şöbəsini axtarır, həmkarlarınızın sizdən az işləyib daha çox qazandığını düşünürsünüzsə, heç kimə heç vaxt borc pul vermirsinizsə, ofisiantlara bəxşiş qoymursunuzsa və hesab edirsinizsə ki, aldığınız əmək haqqı ilə uşaq doğmaq olmaz, onda, əmin olun ki, yoxsulluğa doğru gedirsiniz.
Analitiklər deyirlər ki, bu cür üsullar ağıllı qənaətin əlaməti deyil. Bu, onu göstərir ki, həmin insanın gəliri və xərci arasında tarazlıq yoxdur. Varlı adamlar isə aldığı hər şeyin real dəyərini, özgə əməyinə görə pul ödəməyə hazırdır və bunu başqalarından da gözləyir.
3. Hər şeyi pulla qiymətləndirmək
Yalnız yoxsulluğa proqramlaşdırılan adamlar hesab edirlər ki, xoşbəxt olmaq sonu çoxlu sıfırlarla bitən maaş aldıqda mümkündür... Bu cür adamlar düşünürlər ki, bahalı maşının, dəbdəbəli evin, brend geyimlərin yoxdursa, ona sevinmək və ya xoşbəxt olmaq olmaz. Sosioloqlarsa deyirlər ki, "Sizə xoşbəxtlik üçün nə lazımdır?" sualına cavab verərkən ancaq kasıblar pulla bağlı olan məsələləri sadalamağa başlayırlar.
Yüksək gəlirli insanlar isə bu suala sevgi və dürüst dostluq cavablarını verirlər. Bu zaman onlar bankdakı hesablarını sərvət adlandırmırlar. Onların fikrincə, zəngin o adamdır ki, pulu özünə cəlb etməyə qadirdir. Heç nədən biznes qura bilir. İnsanın uğuru pul kisəsinin həcmindən asılı deyil.
4. Pul qurtaran kimi təşvişə düşmək
Sizin ixtisara düşə biləcəyiniz fikri nəbzin sürətlənməsinə səbəb olursa, bu, daxili yoxsulluq proqramının əlaməti ola bilər. Pul zəngin insanların həyatını dəyişmir.
5. Qazandığından daha çox xərcləmək vərdişləri
Siz iki işdə çalışırsınız, ancaq yenə də pul çatmır? Deməli, nəyisə dəyişmək vaxtıdır! Əgər insan kreditin nəğd ödənişdən nə ilə fərqləndiyini başa düşmürsə, onda o, zəngin olmayacaq.
6. Sevmədiyin bir işlə məşğul olmaq vərdişi
Psixoloqlar deyirlər ki, adamlar sevmədiyi işlə məşğul olanda, potensial yoxsul hesab olunur. Buna səbəb isə istəmədiyi işləri görməyə məcbur olmasıdır. Məcburiyyət olan yerdə yaxşı nədənsə danışmağa dəyməz. Bu vərdişi aradan qaldırmaq üçün daha çox məmnunluq doğuran işlərlə məşğul olmalısınız. Ancaq bu şəkildə mükəmməl nəticələrə nail olmaq olar!
7. Qohum-əqrəbadan uzaq durmaq vərdişi
Bütün varlı insanların qohum-əqrəbası var. Bu, insanın dünyada ən qiymətsiz sərvətidir. Çünki həyatınızda böhran baş verəndə ehtiyacımız olan dəstəyi və təskinliyi məhz onlarda tapmaq olar./publika


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4554   Tarix: 26 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kartofdan belə də istifadə edin – Evdar qadınlara tövsiyələr

Kartof məişətdə təhlükəsiz istifadə edilə bilən bir sıra keyfiyyətlərə malikdir. Bu, xüsusilə təhlükəsiz və təbii təmizləyici vasitələrdən istifadə etməyə çalışan evdar qadınlar üçün doğru olacaq. Kartofdan təmizləyici vasitə kimi necə istifadə etmək olar?. -a istinadən bununla bağlı tövsiyələri təqdi

28 aprel
.

Bundan sonra telefon danışığı zamanı emoji göndərmək mümkün olacaq - VİDEO

"Google" şirkəti "Android" üçün "Audio Emoji" funksiyasını ehtiva edən xüsusi "Google phone"un yeni versiyasını buraxmağa hazırlaşır. Bu barədə "9to5Google" portalı xəbər verir. Bildirilir ki, yenilik istifadəçilərə animasiya emojiləri göndərməyə imka

5 may
.

Turlar.AZ - Ucuz turlar, tur paketlər

Turizm elanları saytı ilin istənilən fəslində səyahət həvəskarlarını sevindirir!. Əksər insanlar çox vaxt, xüsusən də yay vaxtı gedə biləcəkləri maraqlı yer axtarışına çıxırlar. Məkanı müəyyənləşdirdikdən sonra isə ora necə getməyi, hansı yolla biletlərin daha ucuz başa gəlməsini araşdırırlar. Səyahə

4 may
.

Bu restoranda 49 ildir fasiləsiz dəmlənən şorba verilir

Taylandın Banqkok şəhərində məşhur "Wattana Panich" restoranı özünəməxsus yeməyi ilə məşhurdur. xəbər verir ki, sözügedən restoranın mal əti və keçidən hazırlanan şorbası 49 ildir müştərilərə təqdim olunur. Bildirilir ki, hər gün tavada artıq qalan şorba ertəsi gün yeni məhsullar əlavə edilərə

4 may
.

Hücumlardan yorulan türkiyəli fermer məktub yazdı: "Ayı qardaş, açar ayaqaltının altındadır"

Hücumlardan bezən fermerin qapıya ayı üçün qoyduğu məktub Türkiyənin gündəminə çevrilib. Hadisə Artvin şəhərində qeydə alınıb. Zərərçəkən Fikri Özkanın sözlərinə görə, ayı bu il artıq üçüncü dəfə onun müəssisəsinə soxulub. "Artıq bezmişik. Eyni ayı elə həmin qapını dəfələrlə qırıb. Mən də qapıd

28 aprel
.

İtə çiy ət vermək olarmı? – Mütəxəssislər danışdı

Köpək sahibləri hələ də ev heyvanları üçün ən yaxşı qidanın çiy ət olduğunu düşünürlər. Ancaq hamı bununla razılaşmır və mütəxəssislər itləri belə qidalandırmağın doğru olmadığını bildirirlər. xəbər verir ki, çiy ət və ya balıq it üçün zərərlidir. Bu mövzuda araşdırma Bristol Universitetinin nümayəndələr

4 may
.

Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO

Şəhid atası oğlu ilə bağlı təsirli hadisədən danışıb. xəbər verir ki, o, şəhidin anası və xalasının eyni cür yuxu görməsini dilə gətirib. Dəfələrlə təkrarlanan yuxudan sonra şəhidin nə demək istədiyini anlayıblar. Görüntülər sosial şəbəkələrdə yayılıb. Daha ətraflı videoda:

28 aprel
.

"TikTok"da bir-birini tapan "əkizlər" trend oldu

TikTok sosial şəbəkəsində bir-birlərinə çox bənzəmələri ilə diqqət çəkən iki azərbaycanlının söhbəti trend olub. -ın xəbərinə görə, biri Zərdab, digəri Ağcabədi rayonundan olan Məhəbbət və Ədalət adlı bu iki nəfər sosial şəbəkədə təsadüfən tanış olublar və oxşarlıqlarına özləri də mat qalıblar. Sosia

5 may
.

18 mindən çox iştirakçının yarışdığı "Bakı marafonu 2024"ün qalibləri müəyyənləşib - YENİLƏNİB

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2024"ün qalibləri müəyyənləşib. xəbər verir ki, "Küləyə qalib gəl" şüarı altında keçirilən Bakı marafonunda qadınlar arasında ukraynalı Nataliya Semenoviç birinci olub. Azərbaycan təmsilçisi Anna Yusupova marafonu ikinci

5 may