Azərbaycanda qızlar oxu savadlılığında oğlanları qabaqlayıblar
Azərbaycanda cinslərarası ən böyük fərq oxu savadlılığında qızların xeyrinə qeydə alınıb. Qızlar oğlanları 36 balla qabaqlayıblar. Buna baxmayaraq, qızların oxu nəticələri belə baza səviyyəsinin altındadır.
Oxu.Az xəbər verir ki, bu, PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə açıqlanıb.
Məlumata görə, Azərbaycanda qızların nəticələri təbiət elmləri və oxu savadlılığı üzrə oğlanlardan yüksək, riyazi savadlılıq üzrə isə demək olar ki, eyni olub.
Belə ki, təbiət elmləri üzrə qızlar 416 bal, oğlanlar isə 402 bal toplayıb. Bununla da qızların nəticəsi oğlanlardan 13.6 bal yüksək olub. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində isə bu istiqamətdə fərq oğlanların xeyrinə 1.2 bal təşkil edib.
Oxu savadlılığı üzrə Azərbaycanda qızlar 392 bal, oğlanlar 356 bal toplayıblar. Nəticələr arasındakı fərq 36 bal olmaqla qızların xeyrinədir. İƏİT üzrə də qızlar üstün olub və fərq 29.6 bal təşkil edib.
Ən diqqətçəkən məqamlardan biri isə riyazi savadlılıq üzrə nəticələrdir. Azərbaycanda qızlar 423 bal, oğlanlar 422 bal toplayıblar. Beləliklə, cinslərarası fərq cəmi 0.8 bal olmaqla qızların xeyrinə olub. İƏİT ölkələrində isə riyazi savadlılıq üzrə oğlanlar qızları 13.1 bal qabaqlayıblar.
Tədbirdə vurğulanıb ki, cinslərarası ən böyük fərq qızların xeyrinə olmaqla oxu savadlılığında qeydə alınıb. Bununla belə, qızların oxu nəticələri də baza səviyyəsinin altındadır. Bu isə oxu istiqamətinə xüsusi diqqətin artırılmasının zəruriliyini göstərir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 298 Tarix: 08 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Azərbaycanda bu gündən etibarən ov mövsümü açıq elan edilib. xəbər verir ki, bu barədə qərar "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın iclasında qəbul edilib. Ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatlar
10 oktyabrHadrutun işğaldan azad olunmasından 6 il ötür
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind
9 oktyabrİstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir. EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatınd
10 oktyabr4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Avropanın mərkəzində, Türkiyədəki telefon qiymətinə mənzil sahibi olmaq artıq reallığa çevrilib. "Yeni Sabah" "Sözçü" nəşrinə istinadən xəbər verir ki, Macarıstanın şimalında, Slovakiya sərhədinə yaxın yerləşən tarixi Salqotaryan şəhərində əhalinin azalması ilə daşınmaz əmlak bazar
10 oktyabrQiymətlər 30 faiz artır - Geciksəniz, DAHA ÇOX ÖDƏYƏCƏKSİNİZ
"2026-cı ildə də Yeni il ərəfəsində bölgələrdəki istirahət mərkəzlərinə tələbatın yüksək olacağı gözlənilir. Çünki rezervasiyalar əvvəlcədən həyata keçirilir. Ən azı üç ay öncədən yer sifariş edənlər daha sərfəli qiymətlər əldə edə bilirlər. Belə olduqda rezervasiyanı 10-15 faiz daha ucuz qiymət
10 oktyabr