PISA 2025 nəticələri şagirdlərin hazırlıq səviyyəsi ilə bağlı hansı mənzərəni ortaya qoyur? - AÇIQLAMA

PISA 2025 nəticələri şagirdlərin hazırlıq səviyyəsi ilə bağlı hansı mənzərəni ortaya qoyur? - AÇIQLAMAPISA 2025 nəticələri Azərbaycan şagirdlərinin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarının real həyatda tətbiqi baxımından mövcud vəziyyəti qiymətləndirmək üçün mühüm göstəricidir. PISA məhz 15 yaşlı şagirdlərin bu sahələrdə biliklərini tətbiq etmək bacarığını ölçür.

Bəs, PISA 2025 nəticələri Azərbaycan şagirdlərinin hazırlıq səviyyəsi ilə bağlı hansı mənzərəni ortaya qoyur, əvvəlki nəticələrlə müqayisədə hansı dəyişikliklər müşahidə olunur və göstəricilərin yaxşılaşdırılması üçün təhsil sistemində əsasən hansı istiqamətlərə diqqət yetirilməlidir?

Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu gün keçirilən brifinqdə Elm və Təhsil Nazirliyi bu məsələyə geniş və ətraflı şəkildə toxunaraq öz mövqeyini açıqladı.

"Ümumilikdə, prosesin təhlili göstərir ki, bir sıra istiqamətlər üzrə ciddi səylərə ehtiyac var. Hazırkı vəziyyət bizi qane edə bilməz. Bəzi istiqamətlərdə müsbət dəyişikliklər olsa da, digər sahələrdə müəyyən mənfi göstəricilər mövcuddur. Buna görə də əsas məqsəd mövcud çatışmazlıqları müəyyənləşdirərək onların aradan qaldırılması istiqamətində daha ciddi iş aparmaq olmalıdır".

Deputat bildirib ki, Elm və Təhsil Nazirliyinin bu gün açıqladığı məlumatlar təhsil sahəsində narahatlıq doğuran bir sıra məsələlərin olduğunu göstərir:

"Hesab edirəm ki, yalnız rəqəmləri açıqlamaq kifayət deyil. Riyaziyyat üzrə nəticələr, qızlar və oğlanlar arasındakı fərqlər, təhsildən yayınma, şagirdlərin qavrama səviyyəsi və digər göstəricilər ətraflı şəkildə təhlil olunmalıdır. Əsas məsələ bu nəticələrin səbəblərini müəyyənləşdirmək və aşkar olunan problemlərin aradan qaldırılması üçün konkret addımlar atmaqdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 498   Tarix: 08 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi

Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük İşinin Təşkili İdarəsinin rəisi Vasif Qurbanov təqaüdə göndərilib. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb. Qeyd edək iki, V.Qurbanov 2009-cu ildən başlayaraq DGK-nı

8 oktyabr
.

10 illik vergi güzəşti bitir - Un və çörəyin qiyməti bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Buğda, un və çörəklə bağlı 10 illik ƏDV güzəştinin müddəti başa çatmaq üzrədir. 2027-ci il yanvarın 1-dən etibarən güzəşt uzadılmasa, bu məhsullar üzrə vergi yükünün dəyişməsi gündəmə gələ bilər. Bu isə xüsusilə gündəlik tələbat məhsulu olan çörəyin və unun qiymətinə mümkün təsirlə bağlı suallar yaradır

8 oktyabr
.

630 minlik Lamborghini ilə bulvarda təhlükəli şou: "Hacı Həsənli" drift etdi - qaydalar yenə kənarda qaldı!

Bakının Səbail rayonunda, Dənizkənarı Bulvar ərazisində "Lamborghini Urus" markalı avtomobillə təhlükəli manevrlər etdiyi bildirilən sürücü Hacı Həsənli Ramiz oğlu barəsində başlanmış inzibati işə xitam verilib. xəbər verir ki, bu barədə -ın sosial şəbəkə hesabında məlumat paylaşılıb. Hadis

9 oktyabr
.

Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?

Təhsil sistemində vahid geyim məsələsi yalnız zahiri görünüşlə bağlı deyil. Bu məsələ məktəbdə sosial bərabərliyin təmin olunması, nizam-intizamın möhkəmləndirilməsi, müəllim nüfuzunun qorunması və sağlam təhsil mühitinin formalaşdırılması kimi mühüm istiqamətləri əhatə edir. Məktəblilərin vahid məktə

9 oktyabr
.

Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək

Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzi

9 oktyabr
.

Məktəblərdə nizam-intizam və geyim qaydalarına nəzarət gücləndirilir - monitorinqlər keçiriləcək

Məktəb mühitində qaydalara əməl olunması yalnız geyimlə məhdudlaşmır. Dərsə vaxtında gəlmək, müəllim və sinif yoldaşlarına hörmətlə yanaşmaq, dərs prosesinə mane olmamaq və məktəbin daxili intizam qaydalarına riayət etmək də sağlam təhsil mühitinin əsas şərtlərindəndir. Bu baxımdan məktəb rəhbərliyini

9 oktyabr
.

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind

9 oktyabr
.

Dövlət sifarişli yerlər niyə boş qalır? - Tələbələr niyə ödənişli təhsili seçir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitetlərdə dövlət hesabına təhsil almaq imkanı olduğu halda bəzi dövlət sifarişli yerlərin boş qalması diqqət çəkir. 2026/2027-ci tədris ili üzrə qəbuldan sonra istifadə olunmayan dövlət sifarişli yerlər əlavə müsabiqəyə çıxarılıb və nəticədə 1 870 tələbə ödənişli əsaslarla qəbuldan dövlət sifariş

8 oktyabr
.

"Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..."

"Bakıda sinif yoldaşını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməni məsuliyyətdən yayındırmaq istəyirlər". xəbər verir ki, bunu -a açıqlamasında qətlə yetirilən 2012-ci il təvəllüdlü A.Ağayevin əmisi Zöhrab Ağayev deyib. O iddia edib ki, qətli törətməkdə şübhəli bilinən A.Hüseynovun yaxınlar

8 oktyabr