Ölkəmiz təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmədə neçə bal toplayıb?

Ölkəmiz təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmədə neçə bal toplayıb?Azərbaycan PISA 2025-də təbiət elmləri üzrə 409 bal toplayaraq 92 ölkə və region arasında 69-cu yerdə qərarlaşıb. Bakı üzrə göstərici isə 440 bal təşkil edib və paytaxt əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə 60 bal irəliləyib.

Oxu.Az xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə açıqlanıb.

Təbiət elmləri üzrə ilk üçlükdə Sinqapur 560 balla birinci, Çin Taybeyi 540 balla ikinci, Yaponiya isə 538 balla üçüncü olub.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) üzrə orta bal 482 olub.

Digər ölkələrin nəticələrinə nəzər saldıqda, Türkiyə 494 balla 19-cu, Birləşmiş Krallıq 511 balla 8-ci, Almaniya 485 balla 25-ci, Fransa 484 balla 26-cı, İsrail 442 balla 45-ci, Gürcüstan 422 balla 59-cu, Qazaxıstan 420 balla 62-ci yerdə qərarlaşıb.

Azərbaycanın nəticəsində əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə dəyişiklik qeydə alınmayıb. Ölkələr üzrə dinamika göstəricilərinə əsasən, Özbəkistan 83 bal, Albaniya 59 bal, Gürcüstan 38 bal, Monteneqro 32 bal, İordaniya 32 bal irəliləyiş göstərib.

Qeyd edək ki, PISA 2025-də təbiət elmləri üzrə 92 ölkə və region iştirak edib. Onlardan 13-ü əvvəlki qiymətləndirmə dövründə iştirak etməyib, 35 ölkədə irəliləyiş, 43 ölkədə isə geriləmə müşahidə olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 251   Tarix: 08 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək

Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzi

9 oktyabr
.

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin, dini maarifləndirmənin və bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. BİG.AZ xəbər verir ki, o, "Gənc nəslin milli-mənəvi dəyərlə

9 oktyabr
.

Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda bəzi kolleclərin universitetlərin tərkibinə daxil edilməsi, digərlərinin isə ləğv olunması nəzərdə tutulur. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərovun açıqlamasına görə, kolleclərin profilinə uyğun ali təhsil müəssisələrinə inteqrasiyası istiqamətində işlər aparılır

9 oktyabr
.

Son istifadə tarixinə 2-3 ay qalan məhsulları almaq olarmı? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Supermarketlərdə alıcıların diqqətini cəlb edən endirimlər arasında son istifadə tarixinə iki-üç ay qalmış ərzaq məhsulları da var. Qiymətlərin aşağı salınması istehlakçılara daha sərfəli alış-veriş imkanı yaratsa da, belə məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı suallar ortaya çıxır. Xüsusil

9 oktyabr
.

Ramin Məmmədov: "Məqsədimiz tarixini anlayan və dövlətinin nailiyyətlərini dərk edən vətəndaş yetişdirməkdir"

"Milli-mənəvi dəyərlər yalnız keçmişdən miras qalan irs deyil, həm də dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdən biridir". BİG.AZ xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusund

9 oktyabr
.

Telefonların enerjisi gecə niyə azalır?

Bir çox istifadəçi axşam 100 faiz enerji ilə şarj etdiyi smartfonunun səhərədək 5-12 faiz enerji itirməsi ilə qarşılaşır. Telefon istifadə edilməsə belə, batareyanın boşalmasına arxa planda işləyən xidmətlər, ekran parametrləri və mobil şəbəkənin zəif olması səbəb ola bilər. Qaynarinfo xəbər verir ki

10 oktyabr
.

Yollarda duman var - Sürücülərin nəzərinə!

Avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağ

10 oktyabr
.

Məktəblərdə nizam-intizam və geyim qaydalarına nəzarət gücləndirilir - monitorinqlər keçiriləcək

Məktəb mühitində qaydalara əməl olunması yalnız geyimlə məhdudlaşmır. Dərsə vaxtında gəlmək, müəllim və sinif yoldaşlarına hörmətlə yanaşmaq, dərs prosesinə mane olmamaq və məktəbin daxili intizam qaydalarına riayət etmək də sağlam təhsil mühitinin əsas şərtlərindəndir. Bu baxımdan məktəb rəhbərliyini

9 oktyabr
.

Yol polisi sürücülərə müraciət etdi

Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciətində bildirilib. Qeyd edilib ki

10 oktyabr