Beyni yoxdur, amma öyrənir: Alimləri heyrətləndirən sirli canlı
Beyni və sinir sistemi olmayan bir canlının öyrənməyə və problem həll etməyə bənzər davranışlar nümayiş etdirməsi elm dünyasında ciddi müzakirələrə səbəb olub.
Qaynarinfo Haber Global-a istinadən xəbər verir ki, söhbət Physarum polycephalum adlı selikli kifdən gedir. Bu canlı beyni və sinir sistemi olmamasına baxmayaraq, ətraf mühitdən gələn məlumatlara uyğun davranışını dəyişə bilir.
Alimlərin apardığı təcrübələr zamanı Physarum-un qida mənbəyinə çatmaq üçün müxtəlif yolları sınaqdan keçirdiyi və sonda daha səmərəli marşrutu seçdiyi müşahidə olunub.
Təcrübələrin birində canlı labirintə yerləşdirilib. Qidaya aparan yolu axtaran Physarum lazımsız istiqamətləri tədricən aradan qaldıraraq ən qısa marşrutu saxlayıb.
Daha maraqlı nəticə isə Tokio ilə bağlı təcrübədə əldə olunub. Tədqiqatçılar Tokio və ətrafındakı 35 məntəqəni təmsil edən qida parçalarını yerləşdiriblər. Physarum bu nöqtələri birləşdirən şəbəkə yaradıb və ortaya çıxan quruluş şəhərin real dəmir yolu şəbəkəsinə olduqca bənzəyib.
Canlının bir növ "yaddaş" nümayiş etdirə bildiyi də müəyyənləşdirilib. Physarum hərəkət etdikcə arxasında selikli iz buraxır və sonradan həmin izlərdən istifadə edərək əvvəllər araşdırdığı ərazilərdən yayınır.
Bəzi təcrübələr isə onun müəyyən hadisələrin vaxtını "öyrənə" biləcəyinə dair ehtimallar yaradıb. Məsələn, müəyyən fasilələrlə soyuq və quru şəraitə məruz qalan canlı bir neçə təkrardan sonra mənfi şəraitin baş verəcəyi vaxta yaxın hərəkətini yavaşladıb.
Bu nəticələr alimlər arasında sual doğurub: Zəka və öyrənmə üçün mütləq beyin lazımdırmı?
Bir qrup alim belə davranışların zəkanın daha geniş formada başa düşülməsinə əsas verə biləcəyini düşünür. Digərləri isə "zəka" və "yaddaş" kimi anlayışların beyinsiz orqanizmə tətbiq edilməsinin yanıltıcı ola biləcəyini bildirir.
Physarum-un davranışları hələ onun "düşündüyünü" sübut etmir. Lakin bu canlı öyrənmə, yaddaş və problem həllinin yalnız beyin və neyronlarla mümkün olduğu barədə təsəvvürlərin yenidən nəzərdən keçirilməsinə səbəb olur.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 652 Tarix: 09 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kartof qızartmasını ət, pomidor və çörəklə yeyənlərin NƏZƏRİNƏ
Kartof qızartmasını ət, pomidor və ya çörəklə yeməyin təhlükəli olduğu barədə müxtəlif iddialar yayılır. Lakin bu birləşmələri hamı üçün zərərli saymaq düzgün deyil. Diqqət yetirilməli məqamlardan biri kartofun nə dərəcədə qızardılmasıdır. xarici mediaya istinadla xəbər verir ki, kartofun tərkibindək
25 oktyabrNarı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB
Narı tumu ilə yemək olarmı? Qastroenteroloq suala aydınlıq gətirdi. Nar sevənlərin bir qismi dənələrin içindəki tumları çıxarır, digərləri isə onları birlikdə yeyir. Bəs hansı üsul daha uyğundur?. xarici mediaya istinadla xəbər verir ki, qastroenteroloq Natalya Kovalyova Instagram hesabında narın faydalar
18 oktyabrUsta seçərkən ən çox edilən 7 səhv hansıdır?
Usta seçmək həyatımızın bir çox sahəsində vacib qərarlardan biridir. İstər avtomobil təmiri, istər evin təmiri, istərsə də məişət texnikasının servisi olsun, doğru usta seçimi həm vaxta, həm pula, həm də əsəblərə qənaət edir. Təəssüf ki, çoxları usta seçərkən bəzi vacib məqamlara diqqət etmədiyi üçü
19 oktyabrNeandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr
İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə
21 oktyabrYaşıl ulduz kəşf edildi
Astronomlar atmosferindəki natriumun işıqla qarşılıqlı təsiri nəticəsində yaşılımtıl rəngdə görünən ağ cırtdan ulduz aşkar ediblər. "Qafqazinfo" xəbər verir ki, Süd Yolu Qalaktikasında, Əjdaha bürcündə yerləşən WD J1330+6435 adlı ulduz Yer kürəsindən təxminən 280 işıq ili uzaqdadır. Tədqiqatçıları
21 oktyabrNoyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
Noyabr ayı meyvə ağaclarının kütləvi şəkildə qış yuxusuna hazırlaşdığı və gələcək ilin məhsuldarlığını müəyyən edən ən kritik dövrdür. Təcrübəli bağbanların və kənd təsərrüfatı mütəxəssislərinin tövsiyə etdiyi sadə bir üsul yazda ağacların güclənməsinə və yayda budaqların meyvədən əyilməsinə şərait yaradır
25 oktyabrYaddaşı gücləndirməyin ən asan yolu tapıldı
Cənubi Koreyada aparılan yeni elmi tədqiqat probiotik əlavələrin Alzheimer xəstəliyi ilə bağlı erkən koqnitiv geriləmənin qarşısını almaqda və yaddaşı qorumaqda effektiv ola biləcəyini göstərib. "Qafqazinfo" xəbər verir ki, "Journal of Alzheimer's Disease"də dərc olunan tapıntıla
20 oktyabrEvdə panik atak və stressə səbəb ola biləcək beş şey
Ev insanın dincəldiyi və güc topladığı məkan olmalıdır. Lakin gündəlik həyatda diqqət yetirmədiyimiz bəzi əşyalar və şərait rahatlaşmağımıza mane ola bilər. Dağınıqlıq, səs-küy və həddindən artıq parlaq işıq bunların sırasındadır. xarici mediaya istinadla xəbər verir ki, 886 nəfərin iştirak etdiyi araşdırmad
18 oktyabrEvi xoş qoxulu saxlamaq üçün SADƏ ÜSUL - Cəmi bir neçə saniyə çəkir
Evdə xoş ətir yaratmaq üçün bahalı hava təravətləndiriciləri və aromatik çubuqlar almağa ehtiyac yoxdur. Sadə üsulla ev şəraitində hazırlanan ətirli duzdan istifadə etməklə otaqlara bir neçə gün davam edən xoş qoxu vermək mümkündür. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə "Kertvar"
25 oktyabr