Səhiyyə Nazirliyi məktəblilərin qidalanması qaydalarını açıqlayıb

Səhiyyə Nazirliyi məktəblilərin qidalanması qaydalarını açıqlayıbSəhiyyə Nazirliyi Azərbaycanda məktəblilərin qidalanması qaydalarını açıqlayıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumatda bildirilir ki, qaydalarda uşaq və yeniyetmələr üçün sağlam qidalanmanın əsas prinsipləri Ümumdünya Səhiyyə Təşkilatının qidalanmaya dair tövsiyələrinə əsasən işıqfor prinsipi üzrə qurulub: "Yaşıl rəngdə göstərilən qidalara məhdudiyyət qoyulmamalıdır ki, bunlara da kəpəkli çörək, yarmalar, sutka ərzində 400 qramdan az olmayan meyvə və tərəvəz daxildir. Sarı rəngdə olan qidalara ət, balıq, süd məhsulları: balı (yağlı/yağsız) növləri, süd məhsulları, ət və toyuq (yağsız) daxildir. Qırmızı rəngdə göstərilən şəkər, yağ, şirniyyat məhsullarından isə çəkinmək lazımdır".

Qeyd olunub ki, sağlam qidalanmanın əsaslarına riayət edilməməsi məktəbli və yeniyetmələrdə diqqətin itməsi, bədən çəkisinin normadan çox və ya az olması, zəiflik və həddən artıq yorğunluq, yaddaşın və düşünmə qabiliyyətinin zəifləməsi, immunitetin aşağı düşməsi, çəki artması və piylənmə kimi problemlərə gətirib çıxarır: "Məktəblilərin rasionunda beynin funksiyası üçün yumurta, düyü, noxud, qaraciyər, yulaf, yağsız kəsmik, soya, sinir sistemi üçün pendir, balıq, süd, yağ, meyvələr, yaddaş üçün yağsız mal əti, toyuq, sarı pendir, dəniz məhsulları, görmə itiliyi üçün yerkökü, turşəng, ərik, alma, pomidor, şirin bibər və balıq, enerji üçün yarmalar (qarabaşaq, manna, düyü), üzüm, kartof, kələm, meyvələr, sümük və əzələlərin inkişafı üçün soya, pendir, balıq lobya, süd kəsmik, çörək, tərəvəzlər mütləq olmalıdır. Əsas qida qəbulları arasında 200 qram meyvə və 200 qram tərəvəz yemək qida maddələrinin defisitinin qarşısını alır".

Uşaqlara sutka ərzində nə qədər kalori tələb olunduğu da açıqlanıb. Belə ki, 3-6 yaş uşaqlarda 1900 qida kalorisi (kkal), 7-11 yaşda 2300 kkal, 11-14 yaşda 2500 kkal, 14-18 yaşda isə 3000 kkal tələb edilir.

Uşaq və yeniyetmə orqanizminin suya olan gündəlik tələbatı isə belədir: 4-8 yaşlı uşaqlar gündəlik 5 stəkan, 9-13 yaşlı uşaqlar 7-8 stəkan, 14-18 yaşlı uşaqlar isə gündəlik 8-11 stəkan su qəbul etməlidirlər.

Qida qəbulunda yalnız aclıq hissi olduqda yemək, qidanı gündə 4-5 dəfə kiçik porsiyalarla qəbul etmək, hər bir yemək tikəsini yaxşıca çeynəmək, həddən artıq qida qəbul etməmək, müxtəlif cür qidalar qəbul etmək, gün ərzində suya olan tələbatı (2-2,5 litr) təmin etmək, şirin qazlaşdırılmış sular içməmək, yemək yeyərkən televiziyaya baxmamaq, yazı oxumamaq və ya çətin problemlərin həllindən danışmamaq kimi əsas qaydalara riayət etmək lazımdır.

Qeyd edək ki, məktəblinin qidalanmasına dair Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı"nın 9.2.1-ci bəndinə uyğun olaraq buklet hazırlayaraq çap edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 643   Tarix: 27 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

4 may
.

Jukov: "Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək"

Asiya İnkişaf Bankı (ADB) ümid edir ki, Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülh sazişi əldə olunacaq, çünki bu, regiona kifayət qədər əhəmiyyətli olan iqtisadi dəhlizlər açmağa kömək edəcək. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə Asiya İnkişa

4 may
.

Daha bir erməni yalanı ifşa edildi - VİDEO

Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən

5 may
.

Altı gündür axtarışda olan Nigar tapıldı: "Anamın telefonunu qırıb, suya atdım" - VİDEO

Tərtərdə itkin düşən və altı gündür axtarışda olan Nigar tapılıb. Bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində məlumat verilib. Nigar barəsində yayılan iddialar barədə danışıb. O bildirib ki, evdən qaçaraq Tərtərdən Bərdəyə getmək istəyib:. "Anamın telefonunu qırıb, suy

3 may
.

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

Yeni təhsil proqramlarının (ixtisasların) açılması qaydaları təsdiqlənib. report-a istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib. Qaydalar "Təhsil haqqında" qanununun 29.0.37-1-ci maddəsinə əsasən hazırlanıb və ali, orta ixtisas və peşə təhsil

4 may
.

Şəhid anası: "Soruşdum ki, balamın bütün əzaları yerindədir?" - VİDEO

Baku TV-də jurnalist Afaq Hüseynovanın təqdimatında Vətən müharibəsi şəhidi Abbas Əliyev haqqında reportaj efirə gedib. Azərbaycan Ordusunun əsgəri olan Abbas Əliyev Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, 2020-ci ilin noyabrın 2-də Xocavənd döyüşləri zamanı şəhi

5 may
.

Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə! - Tarif Şurasından QƏRAR

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri və bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyindən -a verilən xəbərə görə, istehlakçıların elektrik və qazpaylayıcı şəbəkələrə qoşulması üçün daha keyfiyyətli xidmətlərdə

4 may
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

4 may
.

Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT

Sabah Bakıda və Abşeron yarımadasında havanın arabir tutulub açılacağı gözlənilir. Səhər saatlarında, əsasən saat 10:00-12:00 radələrində bəzi yerlərdə zəif yağış yağacağı ehtimalı var. Milli Hidrometeorologiya Xidmətinin direktoru Nazim Mahmudov -a bildirib ki, gün ərzində mülayim cənub-şərq küləyini

4 may