Ermənilər Azərbaycanda məscidlərə...

Ermənilər Azərbaycanda məscidlərə...Dini abidələr xüsusi təhqir obyektinə çevrilib

"Şuşa məscidi ətrafında Ermənistan tərəfindən qazıntı işlərinin aparılması Ermənistanın qəsdən işğal olunmuş Azərbaycan ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi sistematik vandalizm siyasətinin tərkib hissəsidir".

Bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Kütləvi İnformasiya Vasitələrində Ermənistanın Şuşa məscidi ətrafında qazıntılar aparması barədə yayılan xəbərləri şərh edərkən deyib. O bildirib ki, Ermənistan tərəfindən bir müddət əvvəl qəsdən Şuşa vəAğdam məscidlərinə donuz yerləşdirilib, dini abidələr xüsusi təhqir obyektinə çevrilib: "Şuşa şəhərində Yuxarı və Aşağı Gövhərağa məscidləri ilə bərabər, Saatlı məscidi, Vaqifin Mavzoleyi, Natəvanın evi, karvansaray kimi arxeoloji abidələr dağıdılıb, yandırılıb, talan edilib və təyinatı dəyişdirilib. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu, Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun yeddi kəndi və Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin müvəqqəti işğalı nəticəsində 738 tarixi abidə, 83500 ədəddən çox eksponata malik 28 muzey, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəniyyət müəssisəsi daxil olmaqla, 1891 ədəd maddi-mədəniyyət resursu talan və vandalizm obyektinə çevirib.

Ermənistan ərazisində olan Azərbaycana məxsus tarixi və mədəni irs də eyni aqibəti yaşayır. Yerevandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə "yenidən təmir edilib". Dağıdılmış arxitektura abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi, "Sərdar sarayı" və ya "Xan sarayı" adlı saraylar kompleksi də vardır. İrəvanın Sərdar məscidi də sistemli dağıntıya məruz qalıb və 2014-cü ildə tamamilə məhv edilib".

Hikmət Hacıyev bildirib ki, XİN-in hazırladığı "Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam dininə aid tarixi və mədəni irsin məhv edilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması" adlı hesabatlar hazırlanaraq UNESCO başda olmaqla, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO-ya, digər beynəlxalq təşkilatlara təqdim olunur: "Görülən işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni irsin və məbədlərin dağıdılması və təhqir edilməsi barəsində mütəmadi əsasda qətnamələr qəbul edilir. Sonuncu belə qətnamələr 2015 və 2016-cı ildə Küveyt və Daşkənddə keçirilmiş İƏT xarici işlər nazirləri şurasında qəbul olunub.

Ermənistanın bu kimi əməlləri 1954-cü il Haaqa və ya "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya" və həmin Konvensiyanın 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu üzrə üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır. II Protokolun 9-cu bəndi işğalçı tərəfin "işğal edilmiş ərazilərə münasibətdə" mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının alması kimi öhdəliyini təsbit edir.

Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı qanunazidd əməllər beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Ona görə də Ermənistanın bu mədəni vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyəti var".

Mənbə: APA


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2839   Tarix: 27 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunda "Ağalı" hotelinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində "Ağalı" hotelinin açılışında iştirak ediblər. Bu barədə xəbər verir

18 may
.

"Gülüstan" sarayında İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir

Bu dəqiqələrdə Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir. Bu barədə AZƏRTAC məlumat yayıb

16 may
.

İlham Əliyev və Mehriban Əliyeva Şuşada "Xarıbülbül" Festivalının açılışında - YENİLƏNİR + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak edirlər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib. 08:29. Bu gün "Xarıbülbül" Beynəlxalq Musiq

11 may
.

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE + FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-mayor Müşfiq Məmmədov Xıdır oğlu Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsinə təyin olunub. yeni təyin olunan rəisin dosyesini təqdim edir:. Müşfiq Məmmədov Hərbi Akademiyanın məzunudur. Əslən Laçın rayonundan olan M.Məmmədo

13 may
.

Prezident Cəbrayılın bu kəndlərinin təməllərini qoydu

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

18 may
.

Azərbaycan-Belarus sənədləri imzalanıb

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

16 may
.

Erməni təbliğat maşınının əlaltıları: Adlar, faktlar... - VİDEO

Ermənistanda daxili siyasi qarşıdurma davam edir, informasiya müharibəsi isə hər zaman onun mühüm tərkib hissəsi olub və gələcəkdə də belə olmaqda davam edəcək. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan növbəti analitik videosüjetdə bildirilib. Müəllif qeyd edib ki, 2018-c

13 may
.

"Gəlir gəlsin, gəlmir, heç lazım da deyil" - Prezidentdən sərt xəbərdarlıq

"Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir". "Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşaya köçmüş ilk sakinlərlə görüşü zamanı deyib

10 may
.

İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb

14 may