Şəmkirli general İrəvanda qırğın hazırlayır

Gələn həftə Ermənistan paytaxtında qan su yerinə axacaq

Ermənistanın keçmiş müdafiə naziri, general Seyran Ohanyanın rəhbərlik etdiyi "Ohanyan - Raffi – Oskanyan" (ORO) bloku aprelin 2-də keçiriləcək parlament seçkilərindən sonra xalqı küçələrə çıxarmaq istəyir.

"News.am" portalı qeyd edib ki, bu barədə bu gün ORO-nun təmsilçisi Vardan Oskanyan jurnalistlərlə söhbətində bildirib.

"Hələ ki, biz düşünürük ki, seçki yolu ilə hakimiyyəti dəyişmək mümkündür. Biz əminik ki, bu, baş verəcək. Əgər bu alınmazsa, düşünürəm ki, xalq nə istəsə, biz onu edəcəyik",- deyə Oskanyan ultimativ danışıb.

Ümumiyətlə, erməni mətbuatının yazdıqlarına əsaslanaraq, ORO blokunun seçkidən sonra İrəvanda silahlı üsyan hazırladığını güman etmək olar. Bir neçə gün öncə həbs edilmiş erməni general Samvel Babayan da ORO-nu dəstəkləmək üçün ölkəyə qaçaq yolla "İqla" raketatanı gətirməkdə günahlandırılır. Onun Serj Sarkisyanın təyyarəsini vurmağı planlaşdırması ehtimal edilir.

Erməni mətbuatı qeyd edir ki, Samvel Babayan artıq məsələ ilə bağlı etiraflar edib. ORO blokunun təmsilçisi, Şuşada anadan olmuş və Azərbaycanın Şəmkir rayonunda böyümüş, bununla da Samvel Babayanla həmyerlilik bağlarına malik olan Seyran Ohanyan da bu gün bildirib ki, hadisə ilə bağlı onu da həbs edə bilərlər. Amma bu, o demək deyil ki, Ohanyanın həbsi ilə proses dayanacaq. Ohanyan - Babayan cütlüyü bu aysberqin yalnız görünən tərəfidir.

Əslində, Ermənistan müxalifətinin ən güclü iştirakçısı olan Sarukyan bloku da ORO ilə əməkdaşlığa hazırdır. Sorğu göstərir ki, Qarabağ klanının hakimiyyətdən salınmasını arzulayan yerli əhalinin mövqeyini əks etdirən "Sarukyan" bloku Sarkisyanın rəbhərlik etdiyi RPA blokundan cüzi geridir. Yəni blok ORO kimi digər blokları ətrafına yığıb seçkini uda bilər.

Bu isə hakim Respublika Partiyasını, təbii ki, razı salmayacaq və seçkiləri saxtalaşdıracaq. Təbii ki, erməni xalqı bununla razılaşmayacaq və küçələrə çıxacaq. Sonrası isə indidən məlumdur, Sarkisyan 2008-ci il martın 1-də olduğu kimi silaha əl atacaq. Onda Ermənistan paytaxtında 8 adam ölmüşdü. Bu dəfə isə ölənlər qat-qat çox ola bilər. Çünki erməni xalqının Qarabağ klanından yaxa qurtarmaq istəyi dəfələrlə artıb, xalqı Qarabağ klanı isə o qədər varlanıb ki, kapitalı naminə Ermənistanın yarısını qılıncdan keçirməyə hazırdır.

Mənbə:istipress
Şəmkirli general İrəvanda qırğın hazırlayırŞəmkirli general İrəvanda qırğın hazırlayırŞəmkirli general İrəvanda qırğın hazırlayır


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3480   Tarix: 27 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

4 may
.

Prezident: "İndi biz sülhə doğru gedirik"

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb. AZƏRTAC xəbər verir ki, dövlətimizi

1 may
.

Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə iştirak edir - YENİLƏNİR + CANLI YAYIM

Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edir. Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı

1 may
.

Prezident: "Ölkəmizdəki müxtəlif etnik qrup və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır"

"Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlaya

1 may
.

Yeni təyin olunan rektor kimdir? - DOSYE

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. yeni təyin olunan rektorun dosyesini təqdim edir:. Heydər Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun Mühasiba

2 may
.

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may
.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

4 may
.

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb. AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlind

26 aprel
.

Prezident bir qrup rektoru təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bir qrup rektor "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib. xəbər verir ki, təltif olunanlar sırasında Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, UNEC-in rektoru professor Ədalə

1 may