Bakıda arvadının üzünə kislota atdıran kişi: "Mənim deyilsə, heç kimin olmasın!"

Bakıda arvadının üzünə kislota atdıran kişi: "Mənim deyilsə, heç kimin olmasın!"Keçmiş arvadının üzünə zəhərli turşu olan "kislota" atdıran Tural Hüseynov və icra edən Vüqar Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Sonxeber.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Kəngərli çıxış edib. Dövlət ittihamçısı çıxışında Tural Hüseynov və Vüqar Kərimova 11 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Səlahəddin Cəfərov çıxışında təqsirləndirilən şəxslər barəsində qanunda nəzərdə tutulmuş ən ağır cəza verilməsini istəyib: "Hüquqlarını müdafiə etdiyim Nuranə Hüseynovanın vəziyyəti göz qabağındadır. Bunun nəzərə alınması tələb edirik".

Təqsirləndirilən şəxsin vəkilləri çıxışa hazır olmadıqları üçün məhkəmədən vaxt istəyib. Proses aprelin 4-ə təyin edilib.

Qeyd edək ki, hadisə 2016-cı il mart ayında Pirallahı qəsəbəsində baş verib. 1987-ci il təvəllüdlü T.Hüseynov tanışı, 1981-ci il təvəllüdlü V.Kərimova arvadının üzünə "kislota" atmasını istəyib, bunun qarşılığında isə ona 2 dönər və 1 araq almağı söz verib. Onu da qeyd edək ki, T.Hüseynov məhkəmədə hadisə ilə bağlı keçmiş arvadını qısqandığı üçün bu cür əməl törətdiyini deyib: "Mənim deyilsə, heç kimin olmasın deyə belə etdim".

Zərərçəkən Nuranə Hüseynovanın 25 yaşı var. Hadisədən sonra 25 yaşlı qadının bir gözü kor olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2024   Tarix: 28 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ürəyi zəif olanlar baxmasın! - Bakıda ağırtonnajlı maşın qadının üzərindən keçdi - ANBAAN VİDEO

Aprelin 17-si saat 22 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində N.Dadaşov idarə etdiyi "Howo" markalı avtomobillə yolun kənarı ilə hərəkət edən 35-40 yaşlı qadını vurub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -in sorğusuna cavab olaraq bildirilib. Qeyd olunu

22 aprel
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

28 aprel
.

SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO

TikTok-da yüz minlərlə izləyicisi olan məşhur İraq fenomeni Om Fahad Bağdadda naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb. xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, Om Fahad evinin qarşısında avtomobilində olarkən motosikletdə olan şəxs tərəfindən odlu silahla öldürülüb. İraq Daxili İşlə

28 aprel
.

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib. xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib. Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr polis nəfəri kimi Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizaml

24 aprel
.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28 aprel
.

Azərbaycanda onlayn oyunlara qoşulan istifadəçilərin kart hesabları oğurlanıb

Sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara istifadəçilərin kart hesabından 30 min manat oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının paytaxt ərazisində həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkd

27 aprel
.

Naxçıvandakı partlayışda həlak olanların FOTOLARI

Xəbər verdiyimiz kimi, bu gün Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu həlak olublar. "Qafqazinfo" həlak olan mülki şəxslərin fotolarını təqdim edir:

28 aprel
.

Ər-arvadı meşədə öldürüb meyitlərini yandıran azərbaycanlıdan YENİ XƏBƏR

Aprelin 25-də Rusiyanın Tula vilayət məhkəməsində andlılar kollegiyası 46 yaşlı Azərbaycan vətəndaşı Rəfail Mahmudova hökmü geri qaytarıb. Həmin şəxs qətl və quldurluqda ittiham olunur. Rusiya mediasına istinadla bildirir ki, 2022-ci ildə "qara rieltor" spirtli içkidən sui-istifadə edərək ər-arvad

26 aprel
.

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr

28 aprel