"Vəzifəli şəxslər yaxşı bilirlər, görürlər ki,..." - Prezidentdən SƏRT İSMARIC

"Vəzifəli şəxslər yaxşı bilirlər, görürlər ki,..." - Prezidentdən SƏRT İSMARIC"Ancaq əfsuslar olsun ki, biz pambıqçılıqda istədiyimiz nəticəyə çata bilməmişik. Bunun bir neçə səbəbi var. Birinci səbəb - əlbəttə ki, müstəqilliyin ilk illərində bizim kifayət qədər maliyyə imkanımız yox idi. Burada əyləşən vətəndaşlar, yoldaşlar bilirlər ki, pambıqçılıq böyük investisiya tələb edən sahədir. Bizim o vaxt imkanımız yox idi. Olan imkanlarımızı da biz ən təcili məsələlərin həllinə yönəldirdik. Digər tərəfdən, biz müstəqillik dövründə ərzaq təhlükəsizliyi problemləri ilə üzləşmişdik".

Bunu Saatlıda keçirilən müşavirədə Prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, bu gün pambıqçılığın inkişafı artıq reallıqdır və 2016-cı il dönüş ili olub:

"Ancaq bu il biz daha da ciddi hazırlaşmışıq. Bu il bütün aqrotexniki tədbirlər ən yüksək səviyyədə təşkil edilmişdir. Bu gün mən Saatlı rayonunun bir pambıq tarlasında oldum. Orada da artıq biz səpinə rəsmi start verdik. Ən müasir texnika alınıb, lazım olan bütün avadanlıq, gübrələr, dərmanlar, hər şey hazırdır. Əlbəttə ki, bu il biz daha da böyük məhsul gözləyirik".

"Pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri var. Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə, pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilmişdir. Bu il bu rəqəm daha da böyük olacaq. Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var. Bunu artıq pambıq əkən bütün rayonların ictimaiyyəti və vəzifəli şəxslər yaxşı bilirlər, görürlər ki, bu gün bu rayonlarda işləmək istəyən, ancaq hələ işsiz qalan vətəndaş özü üçün iş tapa bilər"-deyə prezident bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2677   Tarix: 28 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bərdədə yanğın: Üçotaqlı ev külə döndü

Bərdə rayonunda yanğın hadisəsi baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub

5 may
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

4 may
.

Bakıda 85 yaşlı qadın oğlu tərəfindən döyülərək küçəyə atılıb - VİDEO

Baku TV-nin qaynar xəttinə paytaxtın Xətai rayonunda 85 yaşlı qadının küçədə gecələməsi barədə məlumat daxil olub. Baku TV-nin əməkdaşları vətəndaşların müraciəti əsasında sözügedən ünvana gedərək qadınla həmsöhbət olub, ona kömək etməyə çalışıblar. Yaşlı qadın oğlu tərəfindən döyüldüyünü, küçəyə atıldığın

28 aprel
.

13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı

Rusiyanın Omsk şəhərində altı yaşlı qız pəncərədən yıxılıb. yerli mediaya istinadla bildirir ki, hadisə Memarlar Bulvarında yerləşən hündürmərtəbəli binada baş verib. Uşaq 13-cü mərtəbənin pəncərəsindən yıxılıb. Zərərçəkmiş çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini stabi

4 may
.

Bakıda minik avtomobili yanıb

Bakı şəhərinin Binəqədi rayonunda "Land Rover" markalı minik avtomobilinin idarəetmə lövhəsi və mühərrik hissəsi yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfində

5 may
.

Keçmiş məhkumlar narkotiklə tutuldular

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, tədbirlərlə rayon sakinləri - əvvəllə

4 may
.

Naxçıvandakı partlayışda həlak olanların FOTOLARI

Xəbər verdiyimiz kimi, bu gün Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu həlak olublar. "Qafqazinfo" həlak olan mülki şəxslərin fotolarını təqdim edir:

28 aprel
.

Bakıda alışan TIR-da 212 ədəd paltaryuyan və qabyuyan yanıb FHN-dən AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 212 ədəd paltaryuyan və qabyuyan maşın yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən -in sorğusuna cavab olaraq bildirilib. "Yaxınlıqda dayanan "Scania" markalı yük avtomobilini

1 may
.

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilər yanğında

5 may