Tarkanın əkizi kimi tanınan "Popstar" qalibi indi nə işlə məşğuldur?
2000-ci illərin əvvəllərində Türkiyədə milyonlarla insanı ekran qarşısına toplayan "Popstar Türkiye" musiqi yarışmasının ilk qalibi Abidin Özşahin illər sonra tamamilə fərqli sahəyə yönəlib.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yarışmanın münsiflər heyətində Deniz Seki, Armağan Çağlayan, Ercan Saatçi və Ahmet San yer alıb.
İlk gündən diqqət çəkən Abidin Özşahin səsi ilə yanaşı, görünüşü ilə də müzakirələrə səbəb olub. O, gənclik illərində məşhur müğənni Tarkanla böyük oxşarlığı ilə tanınıb.
Abidin daha əvvəl İstanbulda albom hazırlamağa çalışsa da, maddi çətinliklər səbəbindən layihəsini yarımçıq qoymalı olub. Daha sonra Adanaya qayıdan müğənni "Popstar Türkiye" yarışmasına qatılaraq karyerasında yeni fürsət əldə edib.
14 həftə davam edən yarışmanın sonunda tamaşaçıların səsverməsi ilə "Popstar Türkiye"nin ilk qalibi seçilən Abidin qısa müddətdə Türkiyənin tanınmış simalarından birinə çevrilib.
Lakin onun şöhrəti gözlənildiyi kimi uzun sürməyib. Abidin müğənniliklə yanaşı, reklam musiqiləri və cingllər hazırlamağa, reklam agentlikləri ilə əməkdaşlıq etməyə başlayıb. İctimaiyyətlə əlaqələr və reklamçılıq üzrə aldığı təhsil də onun sonradan korporativ kommunikasiya və brend məsləhətçiliyi sahəsinə yönəlməsində rol oynayıb.
2017-ci ildə öz şirkətini quran Abidin Özşahin hazırda Ankarada fəaliyyət göstərir. O, şirkətlərə korporativ kommunikasiya və brend məsləhətçiliyi xidmətləri göstərir.
Abidin iş görüşləri zamanı hələ də keçmişini xatırlayan insanlarla qarşılaşır. Onlar əvvəlcə onu tanımağa çalışır, sonra isə "Siz "Popstar"a qatılmamışdınız? Biz sizə səs vermişdik!" deyərək illər əvvələ qayıdırlar.
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 155 Tarix: 03 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı
ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən qədim bir vulkanın (McDermitt Kalderası) altında dünyanın ən böyük litium yatağı kəşf edilib. Bu kəşf həm enerji sektoru, həm də qlobal iqtisadiyyat üçün böyük bir inqilab deməkdir. xəbər verir ki, tədqiqatçılar bu ərazidə təxminən 20 ilə 40 milyo
21 fevralTramp Uitkoff və Kuşnerin İslamabada səfərini ləğv edib
ABŞ Prezidenti Donald Tramp xüsusi elçi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün Pakistana səfərini ləğv edib. "Report"un məlumatına görə, o, bunu "Fox News" telekanalının jurnalisti Aişə Hesniyə deyib. Jurnalist "X" sosial şəbəkəsində yazı
26 aprelAzərbaycana Çindən turist axını iyunda 76 % artıb
Bu ilin iyun ayında Azərbaycana ölkələrindən 237 509 turist ziyarət edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 11 % azdır. "Report" bu barədə Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir. Sənədə əsasən, ötən ay Azərbaycana ən çox turist 73 415 ( - 11 %) nəfər olmaqla Rusiyada
24 iyul 2025Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb
Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola hallarının sayı 7 00-i keçib, təxminən 3 400 nəfərin öldüyü bildirilir. Bu barədə hökumətin yayımladığı son hesabatda məlumat verilib. Sentyabrın 10-na olan məlumata görə, səhiyyə orqanları 7 022 təsdiqlənmiş yoluxma və 3 398 ölüm halı qeydə alıb. Beləliklə
12 sentyabr"Haaretz": İsrail "erməni soyqırımı"nı tanımaqla heç nə qazanmayacaq
İsrail "erməni soyqırımı"nı tanımaq üçün uğursuz məqam seçib və ölkə bu qərardan heç nə qazanmayacaq. "Report" xəbər verir ki, bu barədə İsrailin "Haaretz" nəşri diplomatik mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, bu qərar (İsrail hökumətinin - red.) Ermənistanı
4 iyulKİV: ABŞ-də minlərlə nümayişçi miqrasiya xidmətinə qarşı çıxıb
ABŞ-nin bəzi şəhərlərində Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) fəaliyyətinə qarşı etiraz aksiyaları keçirilib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb. "ICE - rədd ol!" - şüarının səsləndirildiyi qeyd olunub. Qəzetin məlumatın
1 fevral