Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı

Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdıMingəçevir və Zərdabın icra başçısı işləmiş Lütvəli Babayevin oğlunun iki milyonluq əmlakını ələ keçirməkdə ittiham olunanların məhkəməsi davam edir.

Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayeva ifadə verib.

Bundan əvvəl Lütvəli Babayev də məhkəmədə sorğu-sual edilmişdi. Bu dəfə isə onun həyat yoldaşı şahid qismində ifadə verib. R.Babayeva hakim qarşısında oğlu Babəlini aldadanlardan şikayətçi olduğunu deyib.

Şahid prosesə sədrlik edən hakim Mahirə Kərimovanın, prokurorun və müdafiə tərəfinin suallarını cavablandırarkən, bəzi hallarda istintaq vaxtı müstəntiqə verdiyi ifadədən fərqli şeylər deyib.
Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdıEhtiram Kərimov və Aruz Əliyev

Sabiq icra başçısının xanımı əsasən təqsirləndirilən Ehtiram Kərimovdan şikayətlənib, oğlunun əmlakının ələ keçirilməsində əsas onun rol oynadığını deyib. Digər müttəhim Aruz Əliyevə gəlincə, xanım şahid onu çoxdan tanıdıqlarını, onların ailə həkimi olduğunu deyib. O, oğlunun çox şeyi Aruzla məsləhətləşdiyini, inandığı üçün də əmlakı idarə etmək üçün ona etibarnamə verdiyini əlavə edib. Əmlakın satılmasını isə Babəli sonradan öyrənib.

Prosesin davamında Rübabə Babayeva başqa sualları da cavablandırıb.

Qeyd edək ki, Aruz Əliyev və dostu Ehtiram Kərimov polis tərəfindən aparılan istintaqla həbs ediliblər. A.Əliyev bu hadisəyə qədər "Uniklinika"nın baş həkimi olub. İttihama görə, Babəli Babayevin bir milyon manat vergi borcu olub. Aruzla Ehtiram da vergini ödəməkdənsə, ona ölkədən qaçmağı məsləhət görüblər. Daha sonda onlar Babəlinin Türkiyəyə qaçmasını təşkil ediblər. İcra başçısının oğlu ölkədən çıxdıqdan sonra onlara öz əmlaklarını etibarnamə əsasında idarə etmə hüququ verib. Aruz və Ehtiram isə ev və başqa əmlakı iki milyona sataraq pulunu öz maraqlarına xərcləyiblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 280   Tarix: 17 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Report-a istinadən xatırladır ki, oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyat

17 oktyabr
.

Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq

Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə

17 oktyabr
.

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

Gəncə şəhərinin İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından altı il ötür. "Report"a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərini

17 oktyabr
.

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 288,4 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 183,5 min sərnişin və ya 5,9 % çoxdur. 9 ayda bu nəqliyyat növü ilə yükdaşıma 288,

17 oktyabr
.

Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı

Mingəçevir və Zərdabın icra başçısı işləmiş Lütvəli Babayevin oğlunun iki milyonluq əmlakını ələ keçirməkdə ittiham olunanların məhkəməsi davam edir. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayev

17 oktyabr
.

Hərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında"

16 oktyabr
.

Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi

Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə

15 oktyabr
.

Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 18-də 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayi

17 oktyabr
.

Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 94 nömrəli tam orta ümumtəhsil məktəbinin ikinci mərtəbəsinin pəncərəsindən yıxılaraq xəsarət alan şagirdin vəziyyəti ağır olaraq qalır. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. "Oktyabrın 12-d

15 oktyabr