Dövlət Komitəsinin sədri "2026 G20 Dinlərarası Forumu"nda çıxış edib

Dövlət Komitəsinin sədri "2026 G20 Dinlərarası Forumu"nda çıxış edibDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 16-da ABŞ-nin Yuta ştatında keçirilən "2026 G20 Dinlərarası Forumu"nda (IF20) iştirak edib.

Forumda dövlət nümayəndələri, dini icma liderləri və vətəndaş cəmiyyəti üzvləri, eləcə də ictimaiyyət nümayəndələri bir araya gəliblər. Tədbirin gündəliyinə əməkdaşlıq modelləri, süni intellektin etik və sosial təsirləri, dinlərarası dialoq və qlobal çağırışlar daxil edilib.

Ramin Məmmədov forum çərçivəsində "Dini qurumlar və ümumi rifahın artırılması: Afrika, Yaxın Şərq və Avrasiya perspektivləri" mövzusunda keçirilən xüsusi beynəlxalq sessiyada çıxış edib. Sessiyanın Yuta ştatı Senatının prezidenti Stuart Adamsın moderatorluğu ilə baş tutan "Yaxın Şərq və Avrasiya perspektivləri" mövzusundakı panelində Qırğızıstan Respublikasının Dini İşlər və Etniklərarası Münasibətlər üzrə Agentliyinin sədri Talantbek Taşibekov, Özbəkistan Respublikası Prezidentinin dini-maarifçilik məsələləri üzrə müşaviri Muzzafar Kamilov, Qırğızıstanın dövlət katibi Arslan Koichiev, İordaniyanın mədəniyyət naziri və parlament senatoru Haifa Najjar, Müsəlman Ağsaqqalları Şurasının Strateji Planlaşdırma şöbəsinin rəhbəri Mohammed Bahr və Omanın Vəqflər və Dini İşlər Nazirliyinin Dini Himayə üzrə direktoru Ahmed Al-Bahri fikirlərini bölüşüblər.

Dövlət Komitəsinin sədri çıxışında Azərbaycanın Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tarixi, mədəni və mənəvi əlaqələrinin dinlərarası harmoniyanın, regional əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaratdığını bildirib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında tərəfdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə diqqət çəkib.

Ramin Məmmədov milli-mənəvi dəyərlərin qorunması, dini maarifləndirmə və gənclərin radikalizmdən müdafiəsinin əhəmiyyətini, bu kontekstdə Azərbaycan İlahiyyat İnstitutunun ixtisaslı mütəxəssislərin hazırlanmasında və gənclər arasında radikalizmə qarşı dayanıqlılığın gücləndirilməsində rolunu qeyd edib.

Azərbaycanın multikulturalizm və dinlərarası tolerantlıq ənənələrindən bəhs edən Komitə sədri müxtəlif dini icmaların ölkəmizdə əsrlər boyu sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqlarından danışıb. O, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun işğaldan azad edilmiş ərazilərdə tarixi, mədəni və dini abidələrin bərpası və mühafizəsi istiqamətində gördüyü işləri diqqətə çatdırıb.

Çıxışda Mərkəzi Asiya ölkələrinin işğaldan azad edilmiş ərazilərin bərpasına verdiyi dəstək də qeyd olunub. Özbəkistanın Füzulidə inşa etdiyi Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın yaratdığı Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın Ağdamda inşa etdiyi Manas adına məktəb və Türkmənistanın Füzulidə məscid tikintisi təşəbbüsü xalqlar arasında dostluq və həmrəyliyin nümunələri kimi sadalanıb.

Müasir dövrdə ekstremizm, dözümsüzlük və zərərli ideoloji təsirlərin yaratdığı çağırışlara toxunan Ramin Məmmədov bu təhdidlərin qarşısının alınmasında dövlətlərin və dini institutların birgə məsuliyyətini önə çəkib. Mənəvi dəyərlərin yaşadılmasının və ideoloji dayanıqlılığın gücləndirilməsinin vacibliyini bildirib.

Komitə sədri 2026-cı il oktyabrın 27-29-da Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında da məlumat verib. Tədbirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi"nin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) ilə tərəfdaşlıq çərçivəsində təşkil ediləcək "Dinlərarası dialoq: ortaq gələcəyə aparan yol xəritəsi" adlı xüsusi plenar sessiyanın qlobal çağırışların müzakirəsinə və dinlərarası əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 209   Tarix: 17 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 23-cü ildönümünə həsr olunmuş "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətini

16 oktyabr
.

Bakıda "The World of Adrenaline" adlı yeni beynəlxalq sirk proqramı başlayır

Oktyabrın 17-dən etibarən Circus Sea Breeze arenasında ilin ən həyəcanlı və ekstremal sirk proqramlarından biri - "The World of Adrenaline" tamaşaçılara təqdim olunacaq. xəbər verir ki, yeni beynəlxalq proqram əsl sirk sənətinin ən təsirli nömrələrini bir araya gətirərək tamaşaçılara sürət

16 oktyabr
.

Füzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, onlardan 1030-da

17 oktyabr
.

Bağçada psixotrop maddə qalmaqalı: Valideynlər hansı addımları atmalıdır?

Uşağın qanında psixotrop maddənin aşkarlanması və bu hadisə ilə əlaqədar bağça müdirinin işdən çıxarılması uşaqların təhlükəsizliyi, məktəbəqədər təhsil müəssisələrində nəzarət mexanizmləri və məsul şəxslərin hüquqi öhdəlikləri ilə bağlı ciddi suallar doğurur. Belə hallarda hadisənin hansı şəraitdə ba

16 oktyabr
.

Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

17 oktyabr
.

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün

15 oktyabr
.

Tələbələr dərs saatlarını özləri seçə biləcəklərmi? Azərbaycanda yeni sistem tətbiq oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir sıra ölkələrində tələbələrə dərs cədvəllərini şəxsi vaxtlarına və imkanlarına uyğun seçmək imkanı yaradılır. Məsələn, London Universitetinin Birkbeck ali təhsil müəssisəsində müəyyən ixtisaslar üzrə tələbələr dərslərin gündüz və ya axşam saatlarında keçirilməsini seçə bilirlər. Avstraliyanı

16 oktyabr
.

Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış

Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

16 oktyabr
.

Övladı bağçada yaralanan ata müəssisə rəhbərini ittiham etdi - Video

Sumqayıtda özəl bağçalardan birində azyaşlının xəsarət alması ilə bağlı valideynlə müəssisə rəhbərliyi arasında mübahisə yaranıb. Baku TV-ə istinadla xəbər verir ki, şikayətçi Yaqub Yasinov övladının bağçada nəzarətsiz qaldığı üçün yıxılaraq yaralandığını və hadisədən sonra uşağa ilkin tibbi yardım göstərilmədiyin

16 oktyabr