Avstraliya sahillərində zəhərli yosunlar minlərlə köpəkbalığını tələf etdi
Avstraliyanın Cənubi Avstraliya ştatının sahillərində zəhərli yosunların kütləvi çoxalması nəticəsində 8 000-dən çox köpəkbalığı və skat tələf olub. Bu, həmin heyvanların kütləvi məhvinə dair qeydə alınmış ən böyük hadisə hesab olunur.
Oxu.Az bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, ekoloji fəlakət 31 növ köpəkbalığı və skatın ölümünə səbəb olub. Tələf olanlar arasında nəsli kəsilmək təhlükəsi ilə üzləşən nadir növlər də var.
Fəlakətə 2025-ci ilin martından etibarən "Karenia" cinsinə aid mikroyosunların qeyri-adi dərəcədə intensiv çoxalması səbəb olub. Alimlərin qiymətləndirməsinə görə, hadisə 800-dən çox heyvan növünə təsir göstərib.
Flinders Universitetinin professoru Çarli Hyuvenirs bildirib ki, hadisənin miqyası misilsizdir. Onun sözlərinə görə, bəzi ərazilərdə əvvəllər çoxsaylı olan köpəkbalığı populyasiyaları demək olar ki, yoxa çıxıb. Alimlər bəzi növlərin bərpasının uzun illər çəkə biləcəyindən ehtiyat edirlər.
Alimlər yosunların çoxalmasına səbəb olan amillərdən biri kimi suyun temperaturunun yüksəlməsi ilə müşayiət olunan uzunmüddətli dəniz istilik dalğasını göstərirlər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 124 Tarix: 17 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-da ibtidai məktəbdə baş verən atışmada üç uşaq və bir müəllim həlak olub
ABŞ-ın Oreqon ştatının Bend şəhərindəki Silver Rail İbtidai Məktəbində baş verən atışmada 5, 8 və 11 yaşlı üç uşaq və 25 yaşlı bir müəllim həlak olub. xəbər verir ki, daha bir 7 yaşlı qız və 54 yaşlı bir müəllim yaralanıb. Bend Polis Rəisi Mayk Krantz mətbuat konfransında bildirib ki, hücum edən 16 yaşl
17 oktyabrQırğızıstan COP17-də Ermənistanın təşəbbüsünü dəstəklədiyini bildirdi
COP17 konfransının şüarı olan "Təbiət naminə fəaliyyət göstərmək" iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi və biomüxtəlifliyin itirilməsi proseslərinin gücləndiyi bu gün xüsusilə aktualdır. xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadir Japarov COP17 çərçivəsində keçiriləcək "Biomüxtəlifli
16 oktyabrIMF: Münaqişələr fonunda qlobal iqtisadiyyat üçün risklər mövcuddur
Beynəlxalq Valyuta Fondunun (IMF) üzv dövlətləri silahlı münaqişələr və enerji resurslarının qiymətlərinin artması fonunda iqtisadi çətinliklərlə üzləşən ölkələrə maliyyə dəstəyini genişləndirməyə çağırıblar. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Tailandın paytaxt
17 oktyabrLavrov Tehrana səfər edəcək
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da Tehrana işgüzar səfər edəcək. xəbər verir ki, səfər zamanı iranlı həmkarı ilə danışıqlar planlaşdırılır. Danışıqlar zamanı tərəflər İran ətrafındakı vəziyyətə xüsusi diqqət yetirərə
16 oktyabrBerlində məktəblərdə namaz qılınmasına qadağa: Məhkəmə qərar verdi
Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib. Bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir. Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləmən
17 oktyabrZəhərli hörümçək udan körpə qız komaya düşdü
Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so
16 oktyabr