Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi
Bakıda üzərində narkotik tapılan dənizçi saxlanılıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, 43 yaşlı Bayram İsmayılov (şərti adla) qaçaqmalçılıqda ittiham olunur.
Məlumata görə, Rusiya bayrağı altında üzən "Mirvari" gəmisində vəzifəli şəxs kimi işləyib. Bakıdan Türkmənistana həmin gəmi ilə gedərkən onun üzərində narkotik maddələr aşkarlanıb.
Hadisə "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postunda baş verib. Bayram İsmayılov əvvəlcə üzərində qanunsuz heç bir maddə olmadığını deyib. Lakin gecə saat iki radələrində, xidməti it Türkmənistana yola düşməyə hazırlaşan həmin gəminin otaqlarının birində yoxlama zamanı anidən reaksiya verib. Nəticədə B. İsmayılovun şalvarının cibindən ümumi çəkisi 0.169 qram olan narkotik maddə marixuana tapılıb.
Bayram İsmayılov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 206.2-ci (narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsinə görə) maddəsilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu deyib. Onun sözlərinə görə, Ələt qəsəbəsində marketdən çıxarkən narkotik barədə danışan iki şəxsdən birinə yaxınlaşıb, ondan özü üçün marixuana istəyib və 15 manat ödəməyə razılaşıb:
"Həmin şəxsin göstərişi ilə yol kənarında gizlədilmiş "Keno" markalı siqaret qutusunu götürüb yerinə pulu qoydum. Gəmidə bükümün yarısını çəkərək qalan hissəni qutuda, şalvarımın sol cibində saxladım. 17 may saat iki radələrində Türkmənistana yola düşməyə hazırlaşan "Mirvari" gəmisində gömrük yoxlaması zamanı xidməti it R otağında reaksiya verdi. Gömrük əməkdaşları üzərimdə qadağan olunmuş əşya olub-olmadığını soruşduqda əvvəlcə olmadığını dedim, videoyazı aparılmaqla keçirilən şəxsi yoxlama zamanı "Keno" qutusundakı yarım bükümdə marixuanaya bənzər maddə aşkar edildi. Maddənin mənə məxsus olduğunu və sonradan istifadə etmək üçün saxladığımı bildirdim".
Təqsirləndirilən şəxs məhkəmə iclasında suallara cavab olaraq göstərib ki, həmin maddəni gəmidə yarısını çəkib, qalanını yolda və ya Türkmənistanda istifadə etmək üçün saxlayıb. Satmaq və ya başqasına vermək niyyətinin olmadığını deyib.
O, əməlindən peşman olduğunu bildirib.
Məhkəmənin qərarı ilə Bayram İsmayılov üç il sınaq müddəti olmaqla, üç il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun üzərinə şərti cəza dövründə probasiya şöbəsinə məlumat vermədən yaşayış yerini dəyişməmək öhdəliyi qoyulub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
Azərbaycanda yeni qanun qəbul ediləcək
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Əli Həsənova yeni vəzifə verilir
Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu