Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Estetik əməliyyatlar son illərdə geniş yayılsa da, bu əməliyyatların yaratdığı risklər barədə xəbərdarlıqlar hələ də cəmiyyətdə lazımi qədər ciddi qəbul olunmur. Bir tərəfdən estetik əməliyyatların ciddi tibbi müdaxilə olduğu, hər bir əməliyyatın müəyyən risk daşıdığı barədə maarifləndirmə aparılır, digər tərəfdən həkimlərin lisenziyasının olub-olmaması və ya peşəkarlıqları ilə bağlı birmənalı qarşılanmayan fikirlər səslənir. Bəzi pasiyentlər isə araşdırma aparmadan əməliyyat qərarı verməkdə davam edirlər.

Baş verən hadisələr - ölüm halları, uğursuz əməliyyatlar "Estetik əməliyyatlar zamanı ölüm və ağır fəsadlarla nəticələnən halların əsas səbəbləri nələrdir", "Mövcud nəzarət mexanizmləri kifayət qədər effektivdirmi" kimi suallara cavab istəyir.

Tibbi və hüquqi araşdırma zərurəti

Professor Adil Qeybullanın fikrincə, tibbi müdaxilə zamanı xəstənin sağlamlığına ciddi zərər dəydikdə və ya ölüm baş verdikdə, ilk növbədə hadisənin səbəbləri araşdırılmalıdır:

"Əgər tibbi müdaxiləni həyata keçirən şəxsin müvafiq lisenziyası varsa, onun fəaliyyətində səhlənkarlıq və ya peşəkar səhv olub-olmaması müəyyən edilməlidir. Və ya əgər müdaxilə qeyri-peşəkar və ya müvafiq hüquqi səlahiyyəti olmayan şəxs tərəfindən həyata keçirilibsə, bu zaman hüquqi məsuliyyət məsələsi də gündəmə gəlir".

Professor bildirir ki, xüsusilə genişhəcmli estetik əməliyyatlardan, o cümlədən abdominoplastika, liposaksiya və kontur plastikası kimi müdaxilələrdən sonra xəstənin vəziyyətinə davamlı nəzarət mühüm əhəmiyyət daşıyır:

"Belə əməliyyatlardan sonra orqanizmdə su-elektrolit balansının pozulması, susuzlaşma, tromboz və digər ciddi ağırlaşmalar yarana bilər. Bu səbəbdən əməliyyatdan sonra xəstəyə lazımi infuzion və dəstəkləyici müalicənin göstərilməsi, eləcə də onun müəyyən müddət tibbi nəzarətdə saxlanılması vacibdir. Xəstənin vəziyyəti tam qiymətləndirilmədən və lazımi nəzarət təmin edilmədən erkən evə buraxılması ciddi fəsadların yaranmasına səbəb ola bilər. Belə hallarda ölüm və ya ağırlaşmanın məhz hansı səbəbdən baş verdiyi - əməliyyatın özünün yaratdığı risklər, xəstənin fərdi vəziyyəti, əməliyyatdan sonrakı nəzarət və müalicə, yaxud həkimin səhlənkarlığı ilə bağlı olub-olmaması - tibbi və hüquqi araşdırma nəticəsində müəyyən edilməlidir".

Əməliyyata qərar verməzdən öncə...

Hüquqşünas Ruslan Vəliyevin sözlərinə görə, estetik əməliyyat və ya kosmetoloji müdaxilə zamanı hər hansı ağırlaşma və ya ölüm baş verdikdə, ilk növbədə məsuliyyətin həkimin üzərinə düşüb-düşmədiyi araşdırılmalıdır:

"Həkimin lazımi tibbi tədbirləri görüb-görmədiyini müəyyən etmək üçün müvafiq ekspertiza keçirilməlidir. Əgər ekspertiza nəticəsində hadisənin həkimin qarşısını almaq imkanında olmadığı, fors-major vəziyyət səbəbindən baş verdiyi müəyyən olunarsa, bu halda onun məsuliyyətdən azad edilməsi mümkün ola bilər. Həmçinin, əgər həkimin həmin əməliyyatı həyata keçirmək üçün lazımi icazəsi, kvalifikasiyası və təcrübəsi olmadığı müəyyən edilərsə, bu hal məsuliyyəti ağırlaşdıran amil kimi qiymətləndirilə və daha sərt hüquqi sanksiyalara səbəb ola bilər".

Hüquqşünasın sözlərinə görə, klinikanın da maddi zərərə görə məsuliyyəti yarana bilər:

"Vətəndaş dəymiş maddi zərərin ödənilməsini həm klinikadan, həm də həkimdən tələb edə bilər. İnzibati və cinayət məsuliyyəti isə əsasən tibbi müdaxiləni birbaşa həyata keçirən şəxsin hərəkətləri ilə bağlı qiymətləndirilir". R.Vəliyev vətəndaşların da bu məsələlərdə diqqətli və məlumatlı olmasının vacibliyini vurğulayır: "İnsanlar hər hansı estetik əməliyyata qərar verməzdən əvvəl həkim haqqında kifayət qədər məlumat toplamalı, onun peşəkarlığını, təcrübəsini və müvafiq icazələrinin olub-olmadığını araşdırmalıdırlar".

Hüquqşünas hesab edir ki, vətəndaşların özlərinin də hüquqi məsuliyyət və təhlükəsizlik məsələlərinə diqqətli yanaşması, qanunsuz fəaliyyət halları ilə qarşılaşdıqda aidiyyəti dövlət qurumlarına məlumat verməsi vacibdir:

"Hüquq mədəniyyətinin formalaşdığı cəmiyyətlərdə vətəndaşlar gördükləri hüquq pozuntuları barədə aidiyyəti qurumlara məlumat verməkdən çəkinmirlər. Əks halda, problem aşkar edilən zaman artıq ciddi və geridönməz nəticələr ortaya çıxa bilər".

"Görünüşümü dəyişsəm, həyatım da dəyişəcək"

Psixoloq Nigar Məmmədova hesab edir ki, insanların estetik əməliyyata müraciət etməsinin səbəbi yalnız gözəllik arzusu deyil. Bu qərarın arxasında müəyyən psixoloji amillər də dayanır:

"Bəzi insanlar xarici görünüşlərində dəyişiklik etməklə özlərini daha rahat və güvənli hiss edəcəklərinə, daha çox diqqət görəcəklərinə inanırlar".

Psixoloqun fikrincə, sosial medianın da bu prosesə təsiri az deyil:

"İnsanlar ideal görünüşlərlə tez-tez qarşılaşdıqda özlərini başqaları ilə müqayisə edir və xarici görünüşlərindən narazı qala bilirlər. Nəticədə estetik əməliyyatı özləri üçün daha cəlbedici görünüşə çatmağın yolu kimi görürlər. Bəzi hallarda isə insanda "görünüşümü dəyişsəm, həyatım da dəyişəcək" düşüncəsi yaranır".

Bununla belə, psixoloq hesab edir ki, hər estetik əməliyyatın arxasında psixoloji problem axtarmaq doğru deyil:

"Bəzi hallarda insanlar tibbi ehtiyac və ya xəstəliklə əlaqədar estetik müdaxilələrə müraciət edirlər".

Onun qənaətincə, estetik əməliyyatdan əvvəl və sonra psixoloji müayinənin aparılması faydalıdır:

"Xüsusilə insanın əməliyyatdan gözləntiləri, öz görünüşü ilə bağlı narazılığının səbəbləri və qərarının həqiqi istəkdən qaynaqlanıb-qaynaqlanmadığı müəyyən edilməlidir. İnsan görünüşünü dəyişdirdikdən sonra da özündən narazı qala və təkrar əməliyyatlara ehtiyac duya bilər. Buna görə əsas diqqət insanın özünəinamının artırılmasına və özünü qəbul etməsinə yönəldilməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 173   Tarix: 18 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

17 oktyabr
.

1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları

18 oktyabr
.

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

Gəncə şəhərinin İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından altı il ötür. "Report"a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərini

17 oktyabr
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18 oktyabr
.

Dərslərin başlama saatı DƏYİŞDİRİLƏ BİLƏR

Son illərdə dünya təhsil sistemində, xüsusilə də yeniyetmələrin bioloji ritmləri və sağlamlığı nəzərə alınmaqla, dərslərin başlama saatının gecikdirilməsi müzakirə olunan məsələlərdən birinə çevrilib. Belə ki, dərslərin saat 08:00 əvəzinə 09:00-da və ya daha gec başlaması, eləcə də növbəli təhsil sistemini

18 oktyabr
.

Dövlət Komitəsinin sədri "2026 G20 Dinlərarası Forumu"nda çıxış edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 16-da ABŞ-nin Yuta ştatında keçirilən "2026 G20 Dinlərarası Forumu"nda (IF20) iştirak edib. Forumda dövlət nümayəndələri, dini icma liderləri və vətəndaş cəmiyyəti üzvləri, eləcə də ictimaiyyət nümayəndələri bir aray

17 oktyabr
.

İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video

Ölkəmizdə kifayət qədər vakansiya mövcuddur. Hər gün yenilənən onlarla iş elanı da bunu göstərir. Bəs işaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? Problem vakansiyaların sayında, təklif olunan əməkhaqqında, təcrübə tələbində, yoxsa işəgötürənlərin tələbləri ilə işaxtaranların bacarıqları arasındak

18 oktyabr
.

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %-ə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və ya 3,9 % azdır

17 oktyabr
.

Metrodan istifadə edənlər azalıb

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Qafqazinfo" bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və y

17 oktyabr