Təl-Əviv və Kiyev arasında əməkdaşlıq: İsrail Ukraynadan İran və Rusiya dronlarını əldə edib
İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlıq məqsədilə Ukraynadan gizli şəkildə əldə etdiyi Rusiya və İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.
Məlumata görə, İsrailin Kiyevdəki sabiq səfiri Mixael Brodski tərəflər arasında kəşfiyyat və hərbi texnologiya sahəsində əməkdaşlığın dərinləşdiyini təsdiqləyib.
Qeyd olunub ki, Ukrayna tərəfindən Rusiya hücumları zamanı ələ keçirilən "Shahed" və "Geran" tipli kamikadze dronları İsrailə çatdırılıb və bu vasitələr İrana qarşı yeni müdafiə sistemlərinin yaradılması üçün hərtərəfli tədqiq edilir.
Nəşrin yaydığı məlumata əsasən, Təl-Əviv rəhbərliyi İranın istehsal etdiyi və Rusiyanın Ukraynadakı müharibədə tətbiq etdiyi PUA-ların texniki göstəricilərini öyrənmək üçün Kiyevlə tərəfdaşlığı genişləndirib.
Qeyd olunur ki, Rusiya Ukraynadakı hərbi əməliyyatlarda İran dizaynı olan "Shahed-131" və "Shahed-136" kamikadze PUA-larından geniş miqyasda istifadə edib, daha sonra isə bu sistemləri öz ərazisində "Geran-1" və "Geran-2" adları altında istehsal edərək təkmilləşdirməyə başlayıb.
Ukrayna mənbələrinin məlumatına görə, İsrailə göndərilən nümunələrin araşdırılması Rusiyanın bu silahlarda etdiyi texniki yeniliklərin müəyyənləşdirilməsinə xidmət edir. Bu yeniliklərə naviqasiya sistemləri, elektron mübarizəyə qarşı dözümlülük və hava hücumundan müdafiə şəbəkələrindən yayınma xüsusiyyətləri daxildir.
Müharibə dövründə Ukrayna məhv edilən və ya qənimət götürülən dronları öyrənərək onlara qarşı aşkarlama və zərərsizləşdirmə üsulları formalaşdırıb. İsrail isə eyni silah növünün İran və onun regiondakı müttəfiqləri tərəfindən istifadəsini birbaşa təhlükəsizlik hədəsi kimi qəbul edir. Buna baxmayaraq, təhvil verilən nümunələrin dəqiq modelləri və İsrailin apardığı texniki ekspertizanın nəticələri ictimaiyyətə açıqlanmayıb.
Brodskinin sözlərinə görə, İsrail lazer əsaslı hava hücumundan müdafiə sistemləri və yeni PUA zərərsizləşdirmə texnologiyaları üzərində işləyir, lakin bütün dron növlərinə qarşı effektiv ola biləcək universal bir həll yolu hələ ki mövcud deyil.
İsrail mediasının məlumatları göstərir ki, hər iki ölkə silah nümunələrinin tədqiqi ilə yanaşı, kəşfiyyat mübadiləsi, təhdidlərin qiymətləndirilməsi və hava hücumundan müdafiə taktikaları üzrə də əməkdaşlığı gücləndirir. Elan edilən bu tərəfdaşlıq, əsas etibarilə İran və Rusiya mənşəli pilotsuz uçuş aparatı təhlükələrinə qarşı müdafiə texnologiyalarının yaradılmasına yönəlib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Xəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq
Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI
Prezidentdən Valeh Ələsgərovla bağlı - Sərəncam
Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış