Dərslərin başlama saatı DƏYİŞDİRİLƏ BİLƏR
Son illərdə dünya təhsil sistemində, xüsusilə də yeniyetmələrin bioloji ritmləri və sağlamlığı nəzərə alınmaqla, dərslərin başlama saatının gecikdirilməsi müzakirə olunan məsələlərdən birinə çevrilib. Belə ki, dərslərin saat 08:00 əvəzinə 09:00-da və ya daha gec başlaması, eləcə də növbəli təhsil sisteminin optimallaşdırılması ilə bağlı müxtəlif yanaşmalar irəli sürülür.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Modern.az-a açıqlama verib.
Ekspert bildirib ki, dərslərin başlama saatının dəyişdirilməsi gələcəkdə müzakirə oluna və bununla bağlı müvafiq qərarlar qəbul edilə bilər:
"Hazırda paytaxtda müşahidə olunan sıxlıq, eləcə də nəqliyyat infrastrukturu ilə bağlı həm metropoliten, həm də yerüstü nəqliyyat istiqamətində görülən tədbirlər bu məsələnin aktuallığını göstərir. Mövcud vəziyyət nəzərə alınaraq dərslərin başlama saatının müəyyən qədər irəli və ya geri çəkilməsi müzakirə oluna bilər.
Paytaxtda və ona yaxın ərazilərdə, xüsusilə Abşeron rayonunda əhali sıxlığı şagirdlərin sayının artmasına da səbəb olur. Nəticədə bəzi təhsil müəssisələrində üçnövbəli, digərlərində isə ikinövbəli tədris prosesi təşkil edilir. Növbələrin sayının daha da artırılması şagirdlərin fiziki yorğunluğuna, eləcə də növbəti günün dərslərinə hazırlaşmaqda çətinlik çəkmələrinə səbəb ola bilər".
Elçin Əfəndi qeyd edib ki, yeni məktəblərin tikilərək istifadəyə verilməsi tədrisin birnövbəli sistemə keçirilməsinə imkan yarada bilər. Bu halda dərslərin başlama saatının dəyişdirilməsi də mümkün olar.
Onun sözlərinə görə, belə yanaşma həm nəqliyyat infrastrukturundakı sıxlığın azaldılmasına, həm də təhsil prosesinin daha səmərəli təşkilinə müsbət təsir göstərə bilər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 113 Tarix: 18 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qalmaqallı şəkildə boşandığı ərini paylaşdı - Foto
Model Razi Əliyeva qalmaqallı şəkildə boşandığı həyat yoldaşı Nicat Əliyevin fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, fotoda Nicatın oğlu ilə vaxt keçirdiyi anlar əks olunub. Razi paylaşımına "Ata-bala" şərhini yazıb. Qeyd edək ki, Nicat Əliyev və Razi Əliyeva 2023-cü ildə ailə qurublar
16 oktyabrMetrodan istifadə edənlər azalıb
Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Qafqazinfo" bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və y
17 oktyabrAzərbaycanda yeni qanun qəbul ediləcək
Milli Məclisə yeni qanun layihəsi daxil olub. -ın məlumatına görə, sözügedən sənəd Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti həftə keçirilən iclasında müzakirəyə çıxarılacaq. İclasda "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi müzakirə ediləcək
16 oktyabrAzərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə
17 oktyabrSuya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış
Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il
16 oktyabrAzərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
Payız fəslinin başlamasına baxmayaraq, havaların isti keçməsi iqlim dəyişiklikləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sentyabr və oktyabr aylarında temperaturun yüksək olması, eləcə də isti havaların daha uzun müddət davam etməsi bir sıra amillərlə əlaqələndirilir. Bu ilin oktyabr ayınd
18 oktyabrBu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Report-a istinadən xatırladır ki, oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyat
17 oktyabr