Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş
Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəlik ödəniş etməyi nəzərdə tutan təşəbbüs irəli sürüb. Bu addım özəl sektorun doğum səviyyəsinin artırılmasına və ailələrin dəstəklənməsinə yönələn təşəbbüslərdə iştirakını gündəmə gətirib.
Azərbaycanda da özəl şirkətlər əməkdaşlarının uşağı dünyaya gəldikdə belə təşəbbüslə çıxış edə, onlara böyük məbləğdə birdəfəlik ödəniş verə bilərmi? Bunun üçün qanunvericilikdə hər hansı məhdudiyyət varmı?
Globalinfo.az-a danışan iqtisadçı Fuad İbrahimov deyib ki, uşağın dünyaya gəlməsi münasibətilə özəl şirkətlər tərəfindən maddi dəstək göstərilməsi təcrübəsi var:
"Belə təşəbbüslər ayrı-ayrı şirkətlər tərəfindən həyata keçirilir. Şirkətlər yalnız uşağın doğulması ilə bağlı deyil, digər özəl günlərdə də əməkdaşlarını müxtəlif hədiyyə və yardımlarla sevindirə bilirlər. Bu, toy, uşağın dünyaya gəlməsi, ad günü və digər əlamətdar günlərlə bağlı ola bilər. Bununla bağlı qanunvericilikdə hər hansı məhdudiyyət yoxdur. Şirkətin maliyyə dayanıqlığı və gəlirliliyi varsa, bu cür xərclər onun maliyyə dövriyyəsinə problem yaratmırsa, eləcə də əməkdaş şirkətin fəaliyyətində uğurla iştirak edirsə, belə təşəbbüslər həyata keçirilə bilər. Azərbaycanda da bu cür hallar var və bununla bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb".
İqtisadçı bu dəstəyin daimi xarakter daşımadığını bildirib:
"Şirkətin əməkdaşa uşağın doğulması münasibətilə verdiyi birdəfəlik yardım dövlət tərəfindən uşağın müəyyən yaşına qədər aylıq ödənilən müavinətlə, yəni uşaqpulu ilə eyniləşdirilməməlidir. Bu, birdəfəlik maddi yardım ola bilər. Məbləğ isə, əlbəttə ki, şirkət rəhbərliyinin qərarından asılıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 109 Tarix: 18 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qalmaqallı şəkildə boşandığı ərini paylaşdı - Foto
Model Razi Əliyeva qalmaqallı şəkildə boşandığı həyat yoldaşı Nicat Əliyevin fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, fotoda Nicatın oğlu ilə vaxt keçirdiyi anlar əks olunub. Razi paylaşımına "Ata-bala" şərhini yazıb. Qeyd edək ki, Nicat Əliyev və Razi Əliyeva 2023-cü ildə ailə qurublar
16 oktyabrMetrodan istifadə edənlər azalıb
Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Qafqazinfo" bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və y
17 oktyabrAzərbaycanda yeni qanun qəbul ediləcək
Milli Məclisə yeni qanun layihəsi daxil olub. -ın məlumatına görə, sözügedən sənəd Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti həftə keçirilən iclasında müzakirəyə çıxarılacaq. İclasda "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi müzakirə ediləcək
16 oktyabrAzərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə
17 oktyabrSuya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış
Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il
16 oktyabrAzərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
Payız fəslinin başlamasına baxmayaraq, havaların isti keçməsi iqlim dəyişiklikləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sentyabr və oktyabr aylarında temperaturun yüksək olması, eləcə də isti havaların daha uzun müddət davam etməsi bir sıra amillərlə əlaqələndirilir. Bu ilin oktyabr ayınd
18 oktyabrBu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Report-a istinadən xatırladır ki, oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyat
17 oktyabr