Türkiyədə hakim partiya təmsilçilərinin açıqlamaları Azərbaycanla münasibətlərə təsir edir

Türkiyədə hakim partiya təmsilçilərinin açıqlamaları Azərbaycanla münasibətlərə təsir edir"Türkiyədən sosial media platformalarında Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıyan çıxışlar səsləndirildi. Əvvəlcə Türkiyə sosial mediasında başlayan bu proses bəzi insanlar tərəfindən ayrı-ayrı şəxslərin həvəskar və ya özbaşına addımları kimi qiymətləndirilə, müvəqqəti xarakter daşıdığı düşünülə bilərdi. Lakin sonradan Türkiyədə hakim partiyanın sədrinin müşavirinin, hakim partiyadan olan millət vəkillərinin, eləcə də hakim partiyanın müttəfiqi olan siyasi partiyaların nümayəndələrinin bu istiqamətdə açıqlamalar verməsi vəziyyətin heç də təsadüfi və müvəqqəti olmadığını göstərdi. Xüsusilə hakim partiya nümayəndələrinin hicab məsələsi ilə bağlı Azərbaycanın daxili işlərinə müdaxilə etməsi olduqca yanlış yanaşmadır və mənfi təsir doğurur".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib.

"Bu proses artıq ictimai rəydə öz təsirini göstərir. Azərbaycanda Türkiyə ilə qardaşlıq münasibətləri o qədər dərin kök salıb ki, insanların bir çoxu baş verənlərdən hələ də şok vəziyyətindədir. Onlar Türkiyədən Azərbaycana qarşı belə addımların atıla biləcəyinə inanmadıqlarını ifadə edirlər. Eyni zamanda, Azərbaycan cəmiyyətinin böyük bir hissəsi üçün Türkiyə ilə qardaşlıq münasibətlərindən imtina etmək də asan deyil. Hər iki ölkənin ictimaiyyətində iki qardaş arasında belə problemlərin yaranmasından doğan ağrı və narahatlıq hiss olunur.

Təəssüf ki, Türkiyədən hicab məsələsi ilə bağlı Azərbaycanın daxili işlərinə müdaxilədə hakimiyyətdəki qüvvələrin də rol oynadığı artıq aydın görünür. Əvvəllər baş verənlər ayrı-ayrı şəxslərin və qərəzli ictimai dairələrin fəaliyyəti kimi qiymətləndirilə bilərdisə, indi hakim partiyaya yaxın qüvvələrin də bu prosesdə iştirak etdiyi görünür. Bu isə Azərbaycan ictimai rəyinə artıq nəzərəçarpacaq dərəcədə mənfi təsir göstərib.

Türkiyə-Azərbaycan münasibətlərinin bu şəkildə gərginləşməsi ciddi narahatlıq doğurur. Çünki Türk Dövlətləri Təşkilatının XXI əsrin ən böyük platformalarından birinə çevrilməsi hədəfi var. Azərbaycan bu məqsədi dəstəkləyir. Azərbaycan Prezidenti dəfələrlə Türk Dövlətləri Təşkilatını XXI əsrin ən perspektivli siyasi əməkdaşlıq platformalarından biri kimi qiymətləndirib və onun qorunmasının vacibliyini vurğulayıb.

Belə şəraitdə Azərbaycan-Türkiyə münasibətlərini əvvəlki səviyyəsinə qaytarmaq hər iki tərəfin əsas hədəflərindən biri olmalıdır. Fikrimcə, hazırkı vəziyyətdə iki ölkə prezidentinin görüşü münasibətlərə ciddi təsir göstərə bilər və belə bir görüşün mümkün qədər tez keçirilməsi prosesin müsbət istiqamətdə inkişafına kömək edər.

Azərbaycan heç vaxt Türkiyə ilə qardaşlıq münasibətlərinin pozulmasında maraqlı olmayıb və bu gün də belə bir marağı yoxdur. Təəssüf ki, Türkiyədə müəyyən siyasiləşmiş sektant qruplar və onları himayə edən hakimiyyət dairələrinin bəzi nümayəndələri Azərbaycanla gərginlik yaradan mövqe ortaya qoyublar. Bu vəziyyətin aradan qaldırılması üçün ilk növbədə Türkiyə tərəfindən siyasi və dövlət səviyyəsində müəyyən addımların atılmasına ehtiyac var".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 299   Tarix: 19 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün Azərbaycan üçün əsas iqtisadi faydalarından biri Asiya ölkələri ilə ticarət əlaqələrinin inkişaf etdirilməsi imkanlarıdır. Asiya dünya iqtisadiyyatının mühüm mərkəzlərini, geniş istehlak bazarlarını və müxtəli

19 oktyabr
.

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

15 oktyabr
.

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) fəaliyyətinə təsir göstərən əsas amillərdən biri təşkilata üzv dövlətlər arasında mövcud olan ciddi siyasi ziddiyyətlər və fikir ayrılıqlarıdır. Hindistan-Pakistan, İran-İsrail münasibətləri bu baxımdan səciyyəvi nümunələrdir

19 oktyabr
.

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq mövqeyini bir daha möhkəmlədib

Bakıın ev sahibliyi etdiyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı Azərbaycanın çoxtərəfli diplomatiyasının mühüm hadisələrindən biri olmaqla, Asiyada dialoqun, qarşılıqlı etimadın və regional əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyə

16 oktyabr
.

Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi

Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və dini nifrət, düşmənçiliyin salınması faktları üzrə cinayət işi başlanıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, sosial şəbəkələrdə müxtəlif şəxslər, o cümlədə

16 oktyabr
.

Ramiz Mehdiyev YAP-dan da çıxarıldı

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından (YAP) çıxarılıb. APA-ya istinadən xəbər verir ki, bu barədə YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib. Qeyd edək ki, YAP İdarə Heyətinin qərarı ilə Ramiz Mehdiyev Veteranlar Şurasından da çıxarılıb

16 oktyabr
.

"Demokratlar bu seçkilərə Trampın siyasətinə qarşı ictimai narazılığı siyasi nəticəyə çevirmək fürsəti kimi yanaşırlar" - BƏHRUZ QULİYEV

"ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilər təkcə Konqresdəki siyasi qüvvələr nisbətini müəyyənləşdirməyəcək, həm də Donald Tramp administrasiyasının növbəti iki ildə hansı imkanlarla fəaliyyət göstərəcəyinə ciddi təsir edəcək. Demokratlar bu seçkilərə Trampın siyasətinə qarşı ictimai narazılığ

19 oktyabr
.

AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Azərbaycanın sədrliyi ilə keçirilən Yeddinci Zirvə Görüşü ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, fəal diplomatik mövqeyinin və çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfənin növbəti təzahürüdür. Bi

16 oktyabr
.

Onlar üçün vəsaitin ayrılma müddəti uzadıldı

"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilib. "Qafqazinfo"

16 oktyabr